Böyük Zəfərə yol açan tarixi gün
27.09.2024 [12:16]
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində 27 Sentyabr - Anım Gününə həsr olunan “Qarabağ Zəfərindən Dövlət Suverenliyi Gününə” adlı tədbir keçirilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 gündə şanlı tarix yazaraq 30 illik işğala son qoyduğunu, 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində isə Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunduğunu diqqətə çatdırıb. Bildirib ki, Qarabağ Zəfəri Azərbaycanın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılıb.
“Qarabağın işğaldan azad edilməsinin əsası Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişindən sonra apardığı işlərlə bağlıdır”, - deyən AMEA rəhbəri dahi liderin ictimai-siyasi sabitliyin bərpası, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi, eləcə də cəbhə bölgəsində atəşkəs rejiminə nail olmasının böyük əhəmiyyətə malik olduğunu vurğulayıb. O, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Füzuli bölgəsində, Horadiz şəhərində ilk dəfə keçirilən döyüşlərdə torpaqlarımızın bir hissəsinin düşməndən azad edilməsinin xalqımızda böyük ümid və inam duyğuları yaratdığını söyləyib. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin ən müxtəlif səviyyələrdə apardığı beynəlxalq danışıqlar bugünkü diplomatiya və gələcək Qarabağ Zəfərinin bünövrəsi idi.
Akademik vurğulayıb ki, Prezident İlham Əliyevin bu istiqamətdə məqsədyönlü fəaliyyəti, onun rəhbərliyi dövründə dövlət siyasətinin işığında yetişdirilən gənc və vətənpərvər nəsil, formalaşdırılan mükəmməl ordu Qarabağın taleyini Ali Baş Komandanın rəhbərliyi ilə qəti şəkildə müəyyən edib.
AMEA prezidenti işğaldan azad olunmuş ərazilərimizdə hazırda Böyük Qayıdışın həyata keçirildiyini, irimiqyaslı bərpa və quruculuq işləri sayəsində doğma torpaqlarımızın sürətlə dirçəldiyini bildirib.
Akademik İsa Həbibbəyli Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” 2024-cü il 19 sentyabr tarixli Sərəncamını xatırladaraq, bu sənədi ölkəmizin ictimai-siyasi həyatında əlamətdar hadisə kimi dəyərləndirib. Vurğulayıb ki, Dövlət Suverenliyi Gününün təsis edilməsi Heydər Əliyevin “Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir” sözünün əyani isbatıdır.
Sonra AMEA Tarix və Etnologiya İnstitutunun direktoru professor Kərim Şükürovun “İkinci Qarabağ müharibəsi və dövlət suverenliyinin siyasi-tarixi əhəmiyyəti”, Fəlsəfə və Sosiologiya İnstitutunun direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətlinin “Böyük Qayıdış hərəkatı Yeni Azərbaycanın manifestidir” mövzusunda məruzələri dinlənilib.
Tədbirdə, həmçinin AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyev çıxış edərək sentyabrın 27-nin Azərbaycan xalqının tarixində ən önəmli, şərəfli günlərdən biri olduğunu deyib. “Uzun illər ərzində dövlətimizin başçısı ölkəmizin hərbi qüdrətinin artırılması və ordu quruculuğu sahəsində məqsədyönlü tədbirlər həyata keçirib. Dörd il öncə bütün Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi dövründə yumruq kimi birləşdi və dövlətimizin başçısının çağırışlarına cavab olaraq həmrəylik nümayiş etdirdi”, - deyə akademik vurğulayıb. Alim, həmçinin Qarabağ müharibəsindən sonra dövlətimizin yeni bir inkişaf mərhələsinə qədəm qoyduğunu, bütün sahələrdə olduğu kimi Azərbaycan elmi qarşısında da mühüm vəzifələrin müəyyənləşdirildiyini bildirib.
Xəbər lenti
Hamısına baxSosial
22 Aprel 08:32
YAP xəbərləri
21 Aprel 23:53
Dünya
21 Aprel 23:35
Dünya
21 Aprel 23:11
İqtisadiyyat
21 Aprel 22:58
Dünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19
Dünya
21 Aprel 20:57
Dünya
21 Aprel 20:35
Siyasət
21 Aprel 20:31
Dünya
21 Aprel 20:25
Dünya
21 Aprel 19:41
Dünya
21 Aprel 19:16
Dünya
21 Aprel 18:20
Analitik
21 Aprel 17:54
Maraqlı
21 Aprel 17:39
Dünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22

