Məmməd Araz - 90
14.10.2023 [11:30]
Poeziyamızın xan çinarı
“Azərbaycan” deyiləndə ayağa dur ki,
Ana yurdun ürəyinə toxuna bilər.
Yaradıcı insanların ortaq xüsusisyyətlərindən biri də onların əbədi və əzəli bir ilham mənbəyinin olmasıdır. Xalq şairi Məmməd Arazın əsas ilham mənbəyi tarixi minilliklərə söykənən, tarix səhnəsində hər zaman öz söz və mövqeyinə malik olan Vətənidir.
“Vətən” sözü şair üçün mücərrəd bir məfhum deyil. Məmməd Araz “Vətən” dedikdə gözlərimiz önündə yurdumuzun gözəl düzləri, bol sulu çayları, məğrur dağları, yalçın qayaları canlanır. Məmməd Araz yalnız Vətənin gözəlliyini təsvir etməklə kifayətlənmir. Şairin Vətənə məhəbbəti dərin duyğularla ifadə olunur, o, Vətənin yovşanını 4 yad elin gül-çiçəyindən daha əziz bilir və Vətənin “sağ ol”undan başqa özgə mükafat istəmir.
Bu dəfə yazımızda Məmməd Arazdan söz açmağımız təsadüfi deyil, çünki bu gün - 14 oktyabr müstəqil Azərbaycanın ilk xalq şairi Məmməd Arazın doğum günüdür.
Məmməd İnfil oğlu İbrahimov 1933-cü ilin bir payız günündə, oktyabr ayının 14-də Şahbuz rayonunun Nurs kəndində anadan olub. Ümumilikdə, Məmməd Araz aləmi sirli-sehirli, gəlimli-gedimli dünyada əbədiyyət qazanan bir aləmdir. O, sağlığında canlı klassikə çevrilən, hamının qəlbində özünə heykəl qoyan və həyatda Daşlaşan, Qayalaşan, Heykəlləşən bir sənətkar olub. Məmməd Araz yaradıcılığı rəngarəng, qol-budaqlıdır.
Onun yaradıcılığında gənclərin əxlaqi tərbiyəsi, torpağa qayğı və ehtiram, Azərbaycan təbiətinin qorunması kimi bir sıra problemlər daha geniş əks olunub. Şairin düşünən və düşündürən yaradıcılığını qidalandıran ən ali mənbə Vətənə, xalqa, doğma torpağa məhəbbət hissidir. Onun hər şeirində, hər sətrində, hər sözündə belə, Vətənə məhəbbət tərənnüm olunur.
Müstəqil Azərbaycanın ilk xalq şairi
Bir sözlə, Məmməd Arazın əsas şeirləri milli və mədəni məsələlərlə, sevgi, Vətən, insan haqqı, azadlıq və xalqın ürəyi ilə bağlı məqamları əks etdirir. Onun əsərlərində xalq sevgisi, milli hisslər və insanlığa müraciət mövzuları geniş şöhrət qazanıb. Şairin əsərləri Azərbaycan xalqı üçün böyük mənada motivasiya və milli identitetin inkişafı üçün bir qaynaq olub. Məmməd Arazın əsərləri həm Azərbaycan, həm də beynəlxalq miqyasda çox sevilir və qiymət verilir. O, Azərbaycanın ədəbiyyat tarixinin ən böyük şairlərindən biri kimi anılır və əsərləri hələ də xalq arasında sevgi ilə oxunur və tədqiq edilir.
Məmməd Araz poeziyasına, onun yaradıcılığına biganə qalmaq, bu haqda fikir söyləməmək mümkün deyil. Ədəbiyyatımızın, milli-mənəvi dəyərlərimizin böyük və əvəzsiz hamisi ümummilli lider Heydər Əliyev də Məmməd Araz poeziyasına, onun fəlsəfəsinə və bəşəri dəyərinə çox yüksək qiymət verərək Məmməd Araza xitabən deyib: “Doğrudur, bəzən bu yaradıcılığınıza görə siz sıxılmısınız da, sizi incidiblər də, sizə kəm baxıblar da, sizi açıq və ya gizli tənqid də eləyiblər. Ancaq mənə belə gəlir ki, Məmməd Arazın, Bəxtiyar Vahabzadənin, Xəlil Rzanın qəhrəmanlığı - mən bu sözü tam cəsarətlə deyirəm - elə ondan ibarətdir ki, onları heç bir şey qorxutmayıbdır. Onların qarşısını heç bir şey kəsməyibdir. Onlar öz işlərini görüblər. Xırda-xırda, çox incə, çox zərif görüblər və məhz bu incəliyə, zərifliyə, nazikliyə görə də sizin bu fikirləriniz bizim vətənpərvər insanlarımızın, xalqımızın ürəyinə yol tapıbdır”.
Günel ABBAS
Xəbər lenti
Hamısına baxHadisə
15 Sentyabr 23:20
İdman
15 Sentyabr 22:41
Dünya
15 Sentyabr 22:16
Dünya
15 Sentyabr 21:59
Dünya
15 Sentyabr 21:25
Dünya
15 Sentyabr 20:53
Dünya
15 Sentyabr 20:22
Dünya
15 Sentyabr 19:50
YAP xəbərləri
15 Sentyabr 19:34
İqtisadiyyat
15 Sentyabr 19:17
Dünya
15 Sentyabr 19:13
Dünya
15 Sentyabr 18:32
YAP xəbərləri
15 Sentyabr 18:18
Dünya
15 Sentyabr 17:19
Siyasət
15 Sentyabr 17:09
Siyasət
15 Sentyabr 17:08
Sosial
15 Sentyabr 17:07
Siyasət
15 Sentyabr 16:59
Siyasət
15 Sentyabr 16:31
Siyasət
15 Sentyabr 16:30
Siyasət
15 Sentyabr 16:30
Dünya
15 Sentyabr 16:23
Gündəm
15 Sentyabr 16:22
Sosial
15 Sentyabr 16:07
Elanlar
15 Sentyabr 15:48
Dünya
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:28
Sosial
15 Sentyabr 15:17
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:13
Siyasət
15 Sentyabr 15:12
Siyasət
15 Sentyabr 15:10
YAP xəbərləri
15 Sentyabr 15:02
Sosial
15 Sentyabr 14:32
Analitik
15 Sentyabr 14:26
Dünya
15 Sentyabr 14:22
Gündəm
15 Sentyabr 14:03
Dünya
15 Sentyabr 13:59
Siyasət
15 Sentyabr 13:52
Gündəm
15 Sentyabr 13:24
Dünya
15 Sentyabr 13:15
Dünya
15 Sentyabr 12:25
Hadisə
15 Sentyabr 11:48
Elm
15 Sentyabr 11:47
Siyasət
15 Sentyabr 11:46
Elanlar
15 Sentyabr 11:37
Siyasət
15 Sentyabr 11:35
Sosial
15 Sentyabr 11:09
Sosial
15 Sentyabr 10:43
Siyasət
15 Sentyabr 10:42
Gündəm
15 Sentyabr 10:17
Gündəm
15 Sentyabr 09:48
Analitik
15 Sentyabr 09:20
Sosial
15 Sentyabr 08:52
Elm
15 Sentyabr 08:37
Sosial
15 Sentyabr 08:10
Dünya
14 Sentyabr 23:39
Müsahibə
14 Sentyabr 23:17
Elm
14 Sentyabr 22:40
YAP xəbərləri
14 Sentyabr 22:29
Dünya
14 Sentyabr 22:14
Sosial
14 Sentyabr 21:59
Dünya
14 Sentyabr 21:23
Dünya
14 Sentyabr 20:45
Dünya
14 Sentyabr 20:17
Gündəm
14 Sentyabr 19:59
Maraqlı
14 Sentyabr 19:58
Dünya
14 Sentyabr 19:24

