Oblomovla Bazarovun dialoqu
08.04.2023 [11:30]
Anton Pavloviç Çexovun “6 №-li palata” povesti haqqında
Əvvəli ötən sayımızda
Günlərin birində ruhi xəstələrin yatdığı 6-cı palataya baş çəkən Ragin burada Qromov soyadlı bir gənclə rastlaşır. İvan Dmitriç, soyadından göründüyü kimi, əsəbləri üzdə olan impulsiv, enerjili, bir sözlə, xaraktercə doktoru tam tərs göstərən bir tipdir. Çoxlu kitab oxuyub, ağıllı mühakimələr yürüdür, elə buna görə də Andrey Yefimıçın rəğbətini qazanır. Otuz üç yaşlı (məncə, bu da təsadüfi seçim deyil) Qromov izlənmə maniyasına mübtəla olduğundan bir il qabaq bu gedər-gəlməz palataya yerləşdirilib. Həkimlə xəstənin ilk dialoqundan bir fraqmentə diqqət yetirək:
“- Məni niyə burada saxlayırsınız?
- Xəstə olduğunuza görə.
- Hə, xəstəyəm. Amma onlarla, yüzlərlə dəli sərbəst gəzib dolaşır, çünki siz nadan olduğunuz üçün onları sağlam adamlardan ayıra bilmirsiniz. Nəyə görə mən, bu yazıqlar hamının əvəzinə cəza çəkməliyik? Nə üçün siz, feldşer, nəzarətçi, sizin kimi başqa rəzillər əxlaqca bizdən qat-qat aşağı ola-ola özünüz burada yatmayıb bizi yatırdırsınız? Hanı məntiq?
- Əxlaqın, məntiqin bu işə dəxli yoxdur. Hər şey təsadüfdən asılıdır. Kimi tutub buraya salıblarsa, burada qalır, kimi salmayıblarsa, sərbəst gəzib dolaşır, vəssalam. Mənim doktor, sizin xəstə olmağınızda nə əxlaq var, nə məntiq, bunlar hamısı puç təsadüfdür...”
Qromovun yaşamaq enerjisi aşıb-daşır, fəqət səbəbi anlaşılmayan qorxu, varlığını tez-tez qapsayan xof onun bu enerjidən barınmasına, zövq almasına imkan vermir. Ragin isə canındakı həyat işartılarını könüllü söndürüb, bununla bahəm əzabdan da yaxasını qurtarıb, ətrafında baş verən faciələrə laqeyd yanaşmaq vərdişi qazanıb. Bu təzada baxmayaraq həkim savadlı xəstəsiylə söhbətdən intellektual həzz alır, çünki şəhərdə fikirlərini bölüşməyə ağıllı, qanacaqlı adam tapmır.
Raginlə Qromov arasındakı dialoqun tarixi qədimdir. Antik dövrdə passiv, fatalist stoiklərlə insanı aktivliyə, qorxudan can qurtarıb həyatdan zövq almağa çağıran epikürçülər arasında belə fikir savaşları çox olmuşdu. Bu iki “düşmən” məktəbin ikisi də insanı sükunət məqamına, sakitliyə, ruhi, zehni dincliyə səsləyirdi, sadəcə, biri (epikürçülər) qorxunu, o biri (stoiklər) ehtirası hədəfə götürmüşdü; bir fəlsəfi məktəb problemlərin həllini mənfi emosiyaların əsarətindən, o biri məktəb müsbət emosiyaların köləliyindən qurtulmaqda görürdü. Klassik Şərq poeziyasında buna bənzər mübahisələr rindlərlə zahidlərin qarşıdurması timsalında yenidən söz meydanına yol tapmışdı. Təkrara yol versəm də, bir daha vurğulamaq istəyirəm: Molla Pənah Vaqiflə Molla Vəli Vidadinin məşhur deyişməsinə də bu kontekstdə baxılmalıdır.
Az qala üç min il çəkən bu dialoq bu gün də sona çatmayıb, mükəmməl həllini tapmayıb. Kimi düşüncə adamı bu, kimi o məktəbin tərəfini saxlayıb, kimisi də təfəkkür tarixinin bu mərhələsindən, bu mərtəbəsindən ya aşağıda, ya yuxarıda məskunlaşıb. Zənnimcə, Çexov fikir sarayının məhz bu mərtəbəsinin sakinidir, ancaq zehni genetikasına, ruhunun “kimyəvi” xassəsinə görə stoiklərə yox, epikürçülərə, zahidlərə yox,
rindlərə qohumdur. Oblomov-Bazarov qarşıdurmasında isə o, heç şübhəsiz, Bazarovun tərəfindədir. “6 №-li palata”nın sakinləri arasında Andrey Yefimıç Ragin - Oblomovun, İvan Dmitriç Qromov - Bazarovun mənəvi varisidir.
Çexov doktor Raginə çox ağır işgəncə verir. Zənnimcə, nə zavallı həkim, nə də onun mənəvi atası Oblomov bu qədər ağır cəzaya layiq deyil. Dünyanın şərindən uzaq durmaq, insanlara pislik eləməmək özü də bir xeyirdir. Hərəkət heç də hər zaman fayda vermir, bəzən xeyir işlər üçün yola çıxan adam insanların gününü qara gətirir, cəmiyyətin dinc, asudə, xoşbəxt yaşaması yolunda ən böyük əngələ çevrilir. Doktor Ragin Qromova qədim müdrik Diogeni misal çəkir, deyir ki, o, çəlləkdə yaşasa da, taxt-tac yiyələrindən bəxtəvər idi. Qromov bu dəlilin cavabında Diogeni söyməklə kifayətlənir.
Fəqət dahi müəllifi belə cavab razı salmır, o, Raginin (eləcə də iradəni söndürməyə çağıran bütün buddaçıların, stoyaçıların, volyuntaristlərin, passivistlərin, qonçarovların...) dərsini vermək üçün dünyanın əzablarından öz içində gizlənmiş gözləri yumulu, qulaqları tıxalı həkimi ruhi xəstələrlə bir palataya, qəddar nəzarətçi Nikitanın yumruğunun altına itələyir. “İsti, rahat kabinetlə bu palata arasında heç bir fərq yoxdur. İnsanın rahatlığı, firavanlığı ondan qıraqda deyil, onun içindədir... Adi adam yaxşılığı-pisliyi kənardan gözləyir, zəkalı adam isə bunu özündə tapır... Soyuğu, ağrını hiss eləməyə bilərsən, Mark Avreli deyirdi ki, ağrı - ağrı haqqında təsəvvürdür, bu təsəvvürü dəyişmək üçün iradənə güc ver, onu kənara tulla, şikayət eləmə - ağrı öz-özünə yox olacaq... Filosof, ya sadəcə düşünən adam başqalarından məhz bununla fərqlənir ki, iztiraba üstdən-aşağı baxır, o, həmişə razıdır, heç nəyə heyrətlənmir...” kimi fəlsəfi mühakimələr yürüdən müdrik doktor həyatın amansız sınağına çəkilir.
Anton Çexov tənbəlliyin, apatiyanın, ictimai passivliyin, insan əzablarına biganə münasibətin düşməniydi. “6 №-li palata”nı yazana qədər o, neçə min kilometr yol qət eləyib Sibirdən keçməklə Saxalin adasına gedib çıxmışdı, adadakı sürgünlərin dəhşətli həyatından kitab yazıb cəmiyyəti sarsıtmışdı; Moskva quberniyasında 25 kəndin tək həkimi kimi öz hesabına tibb məntəqəsi açmışdı, bu məntəqədə gündə nə qədər xəstə qəbul eləyirdi; yenə öz hesabına üç kənddə mujik balaları üçün məktəb tikdirmişdi; tacir atasının iflasından sonra böyük bir ailənin çörəkverəni kimi valideynlərinin, bacı-qardaşlarının qayğısını çəkirdi. Ən maraqlısı budur ki, bütün bu işləri o, xəstə, ümidsiz canıyla, Tanrıya, əbədiyyətə, cənnətə, mükafata inanmaya-inanmaya görürdü. Onun yalnız bir inancı vardı - insanlığa, vicdana, insanlıq borcuna inam. Həm də heç bir əvəz gözləmədən, mükafat ummadan.?
Nəhayət, bunca qayğılara qatlaşan gödək ömründə beş yüzə yaxın əsər də yazmışdı ki, bu əsərlərin mühüm qismi dünya nəsrinin, dramaturgiyasının qızıl fonduna düşüb. Belə bir aktiv, fədakar, yorulmaz insan stoikləri, zahidləri, oblomovları, raginləri bəyənərdimi? İnsan ağrılarına gendən baxmaqla razılaşardımı? Əsla!
“6 №-li palata”da əzab çəkən zavallıların əhvalını adamı havalandırmaq dərəcəsində amansızcasına təsvir eləyəndə yəqin Çexovun məqsədi oxucunu da öz həqiqətinə möhkəm inandırmaq olub. Oblomovu Bazarova, Ragini Qromova uduzduranda qəzəbli yazıçı bu həqiqəti dəmir barmaqla göstərir. Hərçənd mənə elə gəlir Bazarovun tapındığı həqiqət Oblomovun həqiqətini, Qromovun da həqiqəti Raginin həqiqətini (eləcə də epikürçülərlə stoiklər, rindlərlə zahidlər bir-birini) təkzib eləmir, əksinə, tamamlayır. Hər iki tərəf insanı sükunətə, dincliyə, zehni həzzə, qəlb rahatlığına (epikürçülər buna “ataraksiya”, stoiklər “apatiya” deyirlər) çağırır. Sadəcə, hər tərəf o sıfır nöqtəsinə öz yoluyla gəlib çıxır.
“6 №-li palata”ya XX əsrdə baş vermiş böyük fəlakətlərin anonsu kimi də baxmaq olar. Bu povesti ilk dəfə oxuyanda hövüllənib evdən küçəyə qaçan Vladimir Lenin sonradan bütöv bir imperiyanı nəhəng dəlixanaya, dövlət mexanizmini işgəncə maşınına çevirdi. Ölümündən bir az keçmiş Çexovun palatası Kafka yaradıcılığının timsalında genəlib amansız bir fələk administrasiyasına, insan qəssabxanasına, ümid səhrasına çevrildi.
“6 №-li palata”nın dözülməz üfunəti bəşər övladının üst-başından bu gün də çəkilməyib. Heyvan kimi ömür sürən vicdansız, savadsız, şüursuz Nikita da ölməyib, sağdır; özündən min qat üstün Allah bəndələrini yumruqlamaqdan hələ də vəhşi bir zövq alır...
F. Uğurlu
Xəbər lenti
Hamısına baxSosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41

