Şuşada Vaqif Poeziya Günləri davam edir
22.07.2025 [21:09]
İyulun 22-də Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Şuşada növbəti dəfə Vaqif Poeziya Günləri təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov, mədəniyyət naziri Adil Kərimli, dövlət və hökumət qurumlarının nümayəndələri, elm və mədəniyyət xadimləri iştirak ediblər.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar bildirib ki, Vaqif Poeziya Günlərinin Şuşada artıq beşinci dəfə keçirilməsi mühüm hadisədir. Tədbirin ardıcıl və davamlı şəkildə təşkil olunması mədəniyyətimizə verilən yüksək dəyərin göstəricisidir.
"Şuşa sözün əsl mənasında Azərbaycanın mədəniyyət paytaxtıdır. Böyük bəstəkarların, şairlərin, sənətkarların və yaradıcı insanlarımızın doğulub boya-başa çatdığı müqəddəs bir yurd yeridir. Biz bu mənəvi məkanda — Vaqifin məqbərəsinin önündə poeziyanın və ədəbiyyatın bayramını qeyd edirik. Bu, mənim üçün həm qürurverici, həm də sevindirici bir hadisədir", - deyə o diqqətə çatdırıb.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova çıxışında Türk dünyasının ortaq dəyərlərindən olan poeziyanın insanları zaman və məkan tanımadan birləşdirdiyini vurğulayıb. O qeyd edib ki, Türk dünyasının ortaq mədəni dəyərlərinin bu cür tədbirlər vasitəsilə yaşadılması və dünyaya tanıdılması təqdirəlayiq təşəbbüsdür.
Sonra çıxış edən Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov Molla Pənah Vaqifin zəngin və çoxşaxəli yaradıcılığına toxunaraq qeyd edib: “Biz bu gün təkcə bir poeziya günündə deyil, eyni zamanda, Vaqifin keçdiyi mənəvi, ədəbi yolun son dayanacağı olan Şuşadayıq. Bu torpaq onun ruhunu yaşadır, bu şəhər onun sözünün, fikir dünyasının möhtəşəm təcəssümüdür. Qazaxdan başlanan və Şuşada öz zirvəsinə çatan yaradıcılıq yolu, əslində, Azərbaycan ədəbiyyatının özüdür. Şuşa doğrudan da sözün, musiqinin, sənətin sehri ilə yoğurulmuş mədəniyyət ocağıdır. Burada hər addımda tarix, poeziya və ruh var”.
Çıxışlardan sonra “Vaqifə məktub” esse müsabiqəsinin qalibləri mükafatlandırılıb. AZƏRTAC-ın müxbiri müsabiqədə birinci yerə layiq görülüb. Mükafatlandırma mərasimi zamanı qaliblər diplom və pul mükafatı ilə təltif olunublar.
Daha sonra Qarabağ Universitetinin İncəsənət fakültəsinin iştirakı ilə Molla Pənah Vaqifə həsr olunmuş “Səda içində söz” kompozisiyası və “İgidlərin sözü” layihəsi təqdim olunub.
Xatırladaq ki, Vaqif Poeziya Günlərinin açılışı iyulun 14-də Molla Pənah Vaqifin doğulduğu Qazax rayonunda olub. İyulun 15-də Gəncə şəhərində, iyulun 16-da isə Ağdam rayonunda davam edən Poeziya Günləri iyulun 23-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində yekunlaşacaq.
Poeziya Günləri çərçivəsində Şuşanın müxtəlif tarixi və mədəni məkanlarında – o cümlədən Heydər Əliyev Fondu tərəfindən bərpaolunan Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Natəvanın evi, Qarabağ hotelində və Mehmandarovlar malikanəsində poeziya saatları, kitab sərgiləri və təqdimatları, musiqili kompozisiyalar, elmi konfrans, teatr tamaşaları və müxtəlif ədəbi-bədii proqramlar təşkil ediləcək.
Qeyd edək ki, Vaqif Poeziya Günlərinin təməli Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1982-ci ildə Şuşada qoyulub. Məhz həmin tarixdə Ulu Öndərin iştirakı ilə Molla Pənah Vaqifin məqbərəsi və Poeziya Evi təntənəli şəkildə açılıb, Ümummilli Liderin tapşırığı ilə Vaqif Poeziya Günlərinin keçirilməsinə qərar verilib. 1991-ci ilə qədər hər il təşkil olunan bu poeziya bayramı ənənəvi olaraq şairin vətəni Qazaxdan başlayır və Şuşanın əsrarəngiz Cıdır düzündə başa çatırdı. Lakin 1990-cı illərdə Qarabağın işğalı ilə bu ənənəyə ara verildi.
2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilən tarixi Qələbə bu ənənənin yenidən doğuluşuna şərait yaratdı. 2021-ci ildən etibarən Şuşada Vaqif Poeziya Günləri bərpa olunaraq daha böyük ruhla keçirilməyə başlandı. Bu isə təkcə ədəbiyyat bayramı deyil, həm də milli qürur, azadlıq və torpaqlarımıza sahib çıxma əzminin təntənəsidir.
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22

