Prezident seçkilərinin nəticələri məlum oldu
02.05.2023 [10:47]
Hakim partiyanın nümayəndəsi qələbə qazanıb
N.BAYRAMLI
Aprelin 30-da Paraqvayda prezident və parlament seçkiləri keçirilib. Dövlət başçısı vəzifəsinə 13 namizəd mübarizə aparıb. Sorğulara görə, əsas mübarizə namizədlərdən ikisi - hakim mühafizəkar “Kolorado” partiyasının nümayəndəsi Santiaqo Penya və mərkəzçi Həqiqi Liberal Radikal Partiyasından namizəd olan Efrayn Aleqre arasında gedirdi. Hazırkı dövlət başçısı Mario Abdo Benites seçkilərdə iştirak etməyib. Çünki Paraqvay Konstitusiyası prezidentin səlahiyyətlərini bir müddətlə məhdudlaşdırır.
Paraqvayda prezident seçkilərində qalib gəlmək üçün namizədin nisbi səs çoxluğunu toplaması lazımdır. Demək olar ki, seçki bülletenləri tam hesablanıb. ilkin məlumatlara görə, prezident seçkilərində ölkənin hakim “Kolorado” partiyasının namizədi, keçmiş iqtisadiyyat naziri Santyaqo Penya qalib gəlib. O, seçicilərin 43 faizindən çoxunun səsini qazanıb. Onun əsas rəqibi, solçu koalisiyanın namizədi Efrayn Aleqre 27,62 faiz səs toplayıb. Sağçı namizəd Paraqvay Kuba isə 21 faiz səs qazanmaqla seçkilərdə üçüncü yerdə qərarlaşıb. Seçkilərdə qələbə qazanmaq üçün nisbi səs çoxluğu tələb olunduğu üçün səslərin ən çoxunu qazanan namizəd prezident seçilib.
Paraqvayın hazırkı Prezidenti Mario Abdo Benites hakim “Kolorado” partiyasının namizədi Santyaqo Penyanı prezident seçkilərində qazandığı qələbə münasibətilə təbrik edib. Prezident Benites tviter səhifəsində yazıb: “Paraqvay xalqını səsvermədə fəal iştirakına görə və Santyaqo Penyanı prezident seçilməsi münasibətilə təbrik edirəm. Biz institutlarımızı və demokratiyamızı gücləndirəcək hakimiyyətin şəffaf və nizamlı keçidi istiqamətində birlikdə işləməyə başlayacağıq”.
Paraqvay prezidentliyinə müxalifətdən olan namizəd Efrayn Aleqre seçkilərdə məğlub olduğunu etiraf edib. Müxalifətçi Aleqre deyib ki, onun və tərəfdaşlarının ölkədə dəyişiklik etmək üçün göstərdiyi əhəmiyyətli səylər kifayət qədər görünmür. O qeyd edib ki, Paraqvay xalqı əksəriyyətlə dəyişikliyə səs versə də, bölgü müxalifətin məqsədinə çatmasına imkan verməyib. Siyasətçi vurğulayıb ki, ölkənin müxalif qüvvələri öz birlikləri üzərində işləməyə davam edəcəklər. Müxalifət belə birliyə nail olduqdan sonra əhalinin əksəriyyətinin dəstəyini qazanacaq.
Ölkənin paytaxtı Asunsionda tərəfdarlarına müraciət edən S.Penya firəvanlığa və xoşbəxtliyə nail olmaq üçün Paraqvay vətəndaşlarını konsensusa çağıraraq deyib: “İxtilafları kənara qoymağın, bir millət olaraq bizi birləşdirən amillərə üstünlük verməyin vaxtı çatıb”.
Qeyd edək ki, yeni dövlət başçısı avqustun 15-də vəzifəsinin icrasına başlayacaq. Bütövlükdə, “Kolorado” partiyası bir neçə müddət istisna olmaqla XX əsrin ortalarından etibarən Paraqvayda hakimiyyətdədir.
Xatırladaq ki, aprelin 30-da keçirilən seçkilərdə Paraqvay seçiciləri prezidentlə yanaşı vitse-prezidenti, Senatın 45 üzvünü, Nümayəndələr Palatasının 80 üzvünü və 17 rayonun qubernatorunu seçiblər.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29

