Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Almaniyada radiostansiyaya silahlı hücum olub

Almaniyada radiostansiyaya silahlı hücum olub

10.12.2022 [15:32]

Almaniyanın Drezden şəhərində yerləşən “Radio Dresden” radiostansiyasına silahlı hücum olub.

Bu barədə “Radio Dresden” internet səhifəsində məlumat yayılıb.

Hazırda şəhər mərkəzi polis tərəfindən nəzarətə götürülüb. İlkin məlumata görə, silahlı insident zamanı bir qadın (70 yaş) öldürülüb.

Radiostansiyaya hücum edən şəxs atəş açdıqdan sonra yaxınlıqdakı ticarət mərkəzində gizlənib. Radiostansiyadan verilən məlumata görə, şirkətin əməkdaşları artıq təhlükəsiz yerdədir.

Ticarət mərkəzində gizlənən şəxsin bir neçə nəfəri girov götürməsi barədə məlumatlar var.

Polis tərəfindən hazırda lazımi tədbirlər həyata keçirilir və ticarət mərkəzində olanların təhlükəsizliyini təmin etmək üçün addımlar atılır.

Paylaş:
Baxılıb: 556 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Yeni texnologiyalar

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30