Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Ukrayna taxılı olan gəmilər Türkiyəyə avqustun 3-də yola düşəcək

Ukrayna taxılı olan gəmilər Türkiyəyə avqustun 3-də yola düşəcək

31.07.2022 [13:02]

Ukraynadan taxıl daşıyan 16 quru yük gəmisindən ibarət ilk karvan avqustun 3-də Türkiyənin ərazi sularına çatacaq.

"Report" bu barədə "CNN Türk"ə istinadən xəbər verir.

Karvanı pilotsuz təyyarələr müşayiət edəcək. Bundan əlavə, İstanbul Birgə Koordinasiya Mərkəzinin nümayəndələri peyklərdən istifadə edərək taxıl daşıyan gəmilərin keçidinə nəzarət edəcəklər.

Telekanalın məlumatına görə, Ankaranın təşəbbüsü ilə taxıl daşıyan ilk gəmilər Somali sahillərinə doğru yola düşəcək.

Bundan əvvəl Türkiyənin Müdafiə Nazirliyi Ukraynadan taxıl ixracının təşkili üzrə texniki işlərin başa çatdığını və bunun qısa müddətdə başlaması planlaşdırıldığını açıqlayıb.

Xatırladaq ki, iyulun 22-də İstanbulda dünya bazarlarına ərzaq və gübrə tədarükü problemini həll etmək üçün sənədlər paketi imzalanıb. Rusiya, Türkiyə, Ukrayna və BMT arasında sazişlər dördtərəfli koordinasiya mərkəzinin yaradılmasını nəzərdə tutur ki, onun nümayəndələri silah qaçaqmalçılığı və təxribatların qarşısını almaq üçün taxıl gəmilərinə baxış keçirəcəklər.

Paylaş:
Baxılıb: 608 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30