Koronavirus Afrikada tarixə qovuşub?
23.11.2021 [17:33]
Peyvənd imkanlarına və yaxşı səhiyyə xidmətlərinə baxmayaraq, Qərbi Avropa ölkələri yeni növ koronavirusu (COVID-19) cilovlaya bilmir, lakin Afrikada vəziyyət bir qədər fərqlidir. yeniazerbaycan.com Türkiyənin “Milliyyət” qəzetinə istinadən xəbər verir ki, Afrika qitəsində yoluxma və ölüm hallarının aşağı olması elm adamlarını da təəccübləndirir. Halbuki “SARS-CoV-2” ortaya çıxanda beynəlxalq səhiyyə mütəxəssisləri pandemiyanın Afrikada milyonlarla insanın ölümünə səbəb olacağını proqnozlaşdırmışdılar.
Məlumata görə, qitədə COVID-19-dan nə qədər insanın öldüyü dəqiq bilinməsə də, bir çox Afrika ölkəsində “fəlakət ssenarisi” baş tutmayıb. Məsələn, Zimbabvedə koronavirus artıq tarixə qovuşmuş kimi qəbul edilir. Siyasi partiyalar mitinqlər keçirir, konsertlər verir, evlərə toplaşırlar. Zimbabve Səhiyyə Nazirliyinin açıqladığı son məlumatlara görə, noyabrın 22-də ölkədə 27 yeni yoluxma qeydə alınıb, ölənlərin sayı isə sıfra bərabər olub.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, iyul ayından bəri qitədə yoluxmaların sayında böyük azalma var. Digər tərəfdən, ÜST-ün həftəlik dərc etdiyi pandemiya hesabatlarında Afrika aylardır "dünyanın ən az zərər çəkən bölgələri" arasındadır.
Bəzi tədqiqatçılar, qitənin əhalisinin gənc, urbanizasiyanın aşağı səviyyədə olması və bayırda daha çox vaxt keçirmək meylinin virusun ölümcül təsirlərinin qarşısını almağa kömək edə biləcəyini düşünürlər. Onlar, həmçinin genetikanın və ya irsi parazitar xəstəliklərin virusun yayılmasını yavaşlatdığını vurğulayır. Belə ki, Uqandada aparılan araşdırmada daha əvvəl malyariyaya yoluxmuş COVID-19 xəstələrinin ağır xəstəlik keçirmədiyi və bu insanlarda ölüm nisbətinin aşağı olduğu müəyyən edilib.
Ötən aylarda koronavirus Cənubi Afrika Respublikasına kifayət qədər mənfi təsir göstərərək 89 mindən çox insanın ölümünə səbəb olsa da, Afrika ölkələrindən koronavirusdan ölümlə bağlı yüksək rəqəmlər gəlmir. Məsələn, 200 milyon əhalisi ilə Afrikanın ən sıx məskunlaşdığı ölkə olan Nigeriyada hökumətin açıqladığı ölüm sayı 3000-ə yaxındır. ÜST-ün məlumatına görə, dünyada ölüm hallarının 46 faizi Amerika qitəsinin, 29 faizi Avropanın, cəmi 3 faizi isə Afrikanın payına düşür.
Xəbər lenti
Hamısına baxDünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03

