Dünyanın avtomobil nəhəngləri qiymətləri endirməkdən imtina edirlər
14.09.2021 [09:14]
Rusiyanın “Lenta.ru” xəbər portalı “Financial Times”a istinadən yazır ki, “BMW” və “Daimler” bazarda məhsulların qiymətlərini yüksək saxlamaq üçün avtomobil istehsalını azaldacaqlar.
Belə ki, Almaniyanın avtomobil istehsalçıları “BMW” və “Daimler” şirkətləri kompüter çiplərinin çatışmazlığı problemi həll edildikdən sonra da artan avtomobillərin dəyərini indiki səviyyədə saxlamağı planlaşdırırlar. Şirkətlər ehtiyac duyduqları tədarük həcmini təyin etmək və lazım gəldikdə onu məhdudlaşdırmaq niyyətindədirlər.
“Tələbi artırmaq üçün qəsdən maşın çatışmazlığı yaradacağıq. Eyni zamanda, lüks avtomobillərin istehsalına diqqət yetirəcəyik”, - deyə “Daimler” şirkətinin maliyyə direktoru Harald Vilhelm bildirib. “BMW” eyni strategiyanı izmləmək barədə qərara gəlib. “Son iki il ərzində qiymətlərin müyəyyən edilməsində imkanlarımızı ciddi dərəcədə yaxşılaşdırdıq”, - deyə “BMW”nin maliyyə direktoru Nikolas Peter bildirib. Onun sözlərinə görə, əvvəllər müştərilər avtomobil almaq üçün bir neçə saatdan çox vaxt sərf etmirdilərsə, indi bir neçə ay gözləməyə hazırdırlar. Beləliklə, alıcıların yanaşmasında dəyişikliklər şirkətlərin qiymət siyasətinə müsbət təsir göstərir.
Qeyd edək ki, qlobal avtomobil istehsalçıları pandemiyadan sonra kompüter çiplərinin çatışmazlığı ilə üzləşiblər. Bu da onların yalnız bir-birləri ilə deyil, həm də mikrosxemlər tələb edən məişət texnikası istehsalçıları ilə rəqabət aparmağa məcbur edib. Əsas çip istehsalçıları tələbi ödəyə bilmir. Bunun nəticəsidir ki, cari ilin avqustun sonunda dünyanın dördüncü ən böyük avtomobil istehsalçısı olan “Stellantis” kompüter çiplərinin çatışmazlığı səbəbindən iki zavodunu bağlayıb. Əvvəllər bu səbəbdən, “Volkswagen”, “Audi”, “Volvo”, “Toyota”, “AvtoVAZ” da daxil olmaqla, dünyanın müxtəlif zavodlarında istehsal müvəqqəti olaraq dayandırılıb. Avtomobil istehsalının azalması isə onların qiymətinin bahalaşmasına səbəb olub.
Xəbər lenti
Hamısına baxDünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52
YAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54
Sosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17
Gündəm
24 Aprel 12:16
YAP xəbərləri
24 Aprel 12:06
Gündəm
24 Aprel 11:52
YAP xəbərləri
24 Aprel 11:51
Siyasət
24 Aprel 11:50
Siyasət
24 Aprel 11:42
Siyasət
24 Aprel 11:36
Gündəm
24 Aprel 11:14
Gündəm
24 Aprel 10:56
İqtisadiyyat
24 Aprel 10:34
Gündəm
24 Aprel 10:33
Hadisə
24 Aprel 10:31
Sosial
24 Aprel 10:27
Hadisə
24 Aprel 10:27
İqtisadiyyat
24 Aprel 10:17
Sosial
24 Aprel 10:05
Dünya
24 Aprel 10:04
İqtisadiyyat
24 Aprel 09:52
Ədəbiyyat
24 Aprel 09:30
Analitik
24 Aprel 09:15
Yeni texnologiyalar
24 Aprel 08:59
Müsahibə
24 Aprel 08:32
Gündəm
24 Aprel 08:17

