Ermənistanda siyasi qarşıdurma səngimir
13.08.2021 [08:59]
Məlum olduğu kimi, Ermənistan seçkilərdən sonra kütləvi vətəndaş itaətsizliyi aksiyalarından imtina edən müxalifət indi də parlamentdə qalmaqal yaratmaqla gündəmdə qalmağa çalışır. Erməni mediasının məlumatına görə, müxalifət nümayəndələri tribunaya çıxan kimi hər fürsətdə hakimiyyətin, o cümlədən baş nazir Nikol Paşinyanın əleyhinə kəskin ifadələr işlədirlər. Məsələn, parlamentin avqustun 11-də keçirilən iclasında müxalifətdən olan deputatın çıxışı spikeri qəzəbləndirib və onun zaldan çıxmasını tələb edib. Bundan sonra zalda baş verən qarşıdurmanın qarşısını almaq bir qədər çətin olub.
Qeyd edək ki, parlamentdəki qarşıdurmaya hərbi formada olan mühafizəçilərin müdaxiləsi isə siyasi gərginliyi daha da artırıb. Bununla da yeni parlamentdə tətbiq edilən məhdudiyyət və yeni qaydalarla bağlı narazılıqlara daha biri əlavə olunub. “Panorama.am”ın yazdığına görə, vəkil Yervand Varosyan parlamentdə təhlükəsizlik əməkdaşlarının geyim formasına toxunaraq qanunverici orqanın binasında mühafizəçilərin hərbi kamuflyaj formasında dolaşmalarına, onların deputatlara və iclas zalına müdaxilələrinə görə hakimiyyəti ciddi tənqid edib.
Onu da xatırladaq ki, parlamentdəki insidentdən sonra mühafizəçilərin sayı artırılıb, parlament binasının ətrafına əlavə polis qüvvələri cəmləşdirilib. Bəzi müxalifətçi deputatlar isə həmkarlarının iclas zalından qovulmasına kəskin etiraz bildirərək deyiblər ki, əgər kimsə “kapitulyant” və digər ifadələri təhqir hesab edirsə, məhkəməyə müraciət etsin.
Qeyd edək ki, parlamentdəki daimi komissiyaların iclasları da qalmaqalsız ötüşmür. Bu dəfə “Ermənistan” fraksiyasının iqtisadi məsələlər daimi komissiyasının rəhbəri vəzifəsinə namizəd Vahe Hakopyanla vitse-spiker Ruben Rubinyan arasında mübahisə baş verib.
Yeri gəlmişkən, “Joğovurd” qəzeti yazır ki, hökumət daxilində tam sabitlik mövcud deyil. Baş nazirin müavini təyin edilən Suren Papikyanın nəzarəti tam ələ almaq və müxtəlif nazirlikləri özünə tabe etmək cəhdləri narazılıq yaradır: “Hökumətə yaxın mənbələrimiz S.Papikyanın özünü baş nazir kimi apardığını və bütün məsələlər barədə ona məlumat verilməsini tələb etdiyini bildirirlər. Kadr məsələləri də Papikyanın nəzarətindədir, kimin komandada qalması və kimin hökuməti tərk etməsi ondan asılıdır”.
Nəşrin yazdığına görə, bundan əvvəl ərazi idarəetmə və infrastruktur naziri olan Papikyan əsas maliyyə mənbələrinə də şəxsən nəzarət edir.
Beləliklə, parlamentdəki qalmaqallar, hökumət daxilindəki problemlər, eləcə də sosial-iqtisadi böhran məğlub ölkədə vəziyyətin gərgin olduğunu göstərir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29

