Ermənistanda ictimai-siyasi gərginlik hökm sürür
07.08.2021 [08:53]
Məlum olduğu kimi, avqustun 1-də öz işinə başlayan Ermənistanın yeni parlamentində böhran bütün həftə ərzində davam edib. Erməni mediası yazır ki, qanunverici orqanda rəhbərliyin və daimi komissiyaların formalaşdırılması ləngiyib. Belə ki, iqtidardan olan parlament sədri və müavinlərinin seçilməsinin hər birinə 1 gün vaxt sərf olunub. Müxalifətin vitse-spiker postuna vahid namizədi İşxan Saqatelyanın seçilməsi isə 2 gün keçirilən üç səsvermədən sonra baş tutub.
Qeyd edək ki, vitse-spiker vəzifəsinə müxalif “Ermənistan” və “Şərəfim var” fraksiyalarından namizəd İ.Saqatelyan cümə axşamı günü keçirilən ilk iki səsvermədə parlament sədrinin müavini ola bilməyib. Baxmayaraq ki, hakim “Vətəndaş müqaviləsi” fraksiyasının rəhbəri Hayk Koncoryan səsvermədən əvvəl Saqatelyanın seçilməsi üçün lazım olan sayda səsi təmin etməyə hazır olduqlarını bəyan etmişdi. Səsvermədən sonra hər iki tərəf seçkinin baş tutmadığına görə bir-birini günahlandırıb. Avqustun 6-da keçirilən növbəti səsvermədə İ.Saqatelyan sədr müavini seçilib. “Panorama.am” yazır ki, hesablama komissiyasının rəhbəri Narek Babayanın məlumatına görə, üçüncü səsvermədə 103 deputat iştirak edib, 2 bülleten etibarsız sayılıb, 64 deputat İ.Saqatelyanın lehinə, 37 deputat isə əleyhinə səs verib. Xatırladaq ki, bundan sonra parlamentin daimi komissiyalarının rəhbərlərinin və üzvlərinin seçilməsi prosesinə başlanılıb. “Newsarmenia.am” yazır ki, müzakirələr zamanı da müxalifət nümayəndələri ilə parlamentin rəhbərliyi arasında gərginlik yaşanıb.
Yeri gəlmişkən, hakimiyyətə qarşı radikal mövqeyi ilə seçilən daşnak İ.Saqatelyanın parlament rəhbərliyində təmsil olunmasına Paşinyan iqtidarının razılıq verməsi birmənalı qarşılanmır. Belə ki, müxalifəti təmsil edən indiki vitse-spiker, “Ermənistan” blokunun deputatı İşxan Saqatelyan ilk səsvermədən qabaq hökuməti devirmək üçün mübarizəni davam etdirəcəyini açıqlayıb.
Bu arada, Ermənistanda mövcud daxili vəziyyətin acınacaqlı olması cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələri tərəfindən etiraf olunur. “Tumanyan” kukla teatrının bədii rəhbəri Ruben Babayan “News24TV”-yə açıqlamasında bildirib ki, bu gün Ermənistan cəmiyyəti çox böyük problemlər yaşayır: “İlk növbədə, psixoloji durum qənaətbəxş deyil. Məğlub insanlar, məğlub olan cəmiyyət heç vaxt inkişaf edə bilməyəcək. Ona görə də bu psixologiyadan xilas olmağın yollarını axtarıb tapmaq lazımdır”.
Beləliklə, bütün sahələrdə ciddi böhranın müşahidə olunduğu məğlub ölkədə siyasi qarşıdurma səngimək bilmir. Daxili siyasi gərginliyə gəlincə, aylardır küçələrdə müşahidə edilən mübarizə indi parlament zalında davam edir. Ermənistan parlamentindəki böhrana görə isə iqtidar və müxalifətin bir-birini günahlandırması da gərginliyin pik həddə çatdığının göstəricisidir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

