Məğlub Ermənistanda daxili siyasi vəziyyət kifayət qədər gərgindir
30.07.2021 [08:46]
Məlum olduğu kimi, iyunun 20-də Ermənistanda növbədənkənar parlament seçkiləri baş tutsa da, bəzi müxalifət partiyalarının seçkilərin nəticələri ilə bağlı şikayətləri yeni parlamentin fəaliyyətə başlamasını ləngidib. Erməni mətbuatı yazır ki, avqustun əvvəlində parlamentin ilk iclasının keçirilməsi nəzərdə tutulsa da, məğlub ölkədə daxili siyasi vəziyyət kifayət qədər gərgindir. Müxalif siyasi blokun nümayəndələrinin həbsi, parlament sədri və müavinlərinin seçilməsi məsələsində gözlənilən qarşıdurma, Paşinyanın yeni hökuməti formalaşdırmaq üçün kadr çatışmazlığından əziyyət çəkməsi siyasi böhranın davam etməsini şərtləndirir.
Bəzi ekspertlərin fikrincə, parlamentin elə ilk iclasından qanunverici hakimiyyətdə böhranın dərinləşməsi qaçılmaz olacaq. Belə ki, mövcud qanunvericiliyə görə, parlamentin üç vitse-spikerindən biri müxalifət qanadından olmalıdır. “Hraparak” qəzeti yazır ki, parlamentin ilk iclasına bir neçə gün qalmasına baxmayaraq, parlamentə daxil olan müxalifətçilər üçüncü vitse-spiker məsələsi ilə bağlı razılığa gələ bilmirlər. Qəzet, həmçinin bloklara daxil olan siyasi partiyalar arasında bu vəzifə uğrunda mübarizənin getdiyini də yazır: “Məsələn, “Ermənistan” blokunda daşnaklar “Daşnaksutyun” partiyasının nümayəndəsi İşxan Saqatelyanın namizəd göstərilməsi üçün bütün vasitələrə əl atırlar. Onların arqumenti odur ki, Saqatelyan guya “hərəkatın simvolu” olub, onun obrazı sayəsində küçə mübarizəsi nəticə verib və hakimiyyət seçkilərə getmək məcburiyyətində qalıb”.
Qəzet parlamentdə mandat qazanan “Şərəfim var” blokunda da vitse-spiker postuna namizədlə bağlı fikir ayrılığı olduğu barədə yazıb.
Bu arada, erməni mediasının yazdığına görə, hazırda Paşinyan hakimiyyəti yeni parlamentdə təhlükəsizlik tədbirlərini artırmaqla yanaşı, aparatı yeniləməklə də məşğuldur. “ArmLur.am” yazır ki, Ermənistan parlamentinin aparatında köklü dəyişikliklər baş verir. Sayt öz mənbəsinə istinadən bildirir ki, artıq aparat rəhbəri Arnak Avetisyanı kimin əvəz edəcəyi məlumdur: “Sözügedən vəzifə parlamentin sədri olacağı şübhə doğurmayan Alen Simonyanın dostu Vahan Naribekyana həvalə ediləcək. Bu arada, parlamentin aparat rəhbərinin müavini Samvel Meliksetyan da artıq istefa məktubu yazıb”.
Sayt yazır ki, parlamentin protokol şöbəsinin müdiri Artak Hovannisyan da tutduğu vəzifədən azad ediləcək. Sabiq spiker Ararat Mirzoyan təhlükəsizlik şurasının katibi təyin edildiyi halda, Hovannisyanın onun yanında işə başlayacağı ehtimal edilir.
Göründüyü kimi, məğlub Ermənistanda daxili siyasi durum gərgin olaraq qalır. Yeni parlament işə başlamamış vəzifə uğrunda aparılan mübarizələr, qanunverici orqanda nəzarəti gücləndirmək cəhdləri bu vəziyyəti daha da qəlizləşdirir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

