Ermənistanda istefalar davam edir
23.07.2021 [09:09]
Məlum olduğu kimi, erməni müxalifətinin növbədənkənar parlament seçkilərinin nəticələrinin ləğv edilməsi yönündə tələbi Ermənistanda siyasi böhranın daha da dərinləşməsinə səbəb olub. Erməni mediası yazır ki, məsələ ilə bağlı 4 siyasi qüvvə tərəfindən ünvanlanan müraciətlərlə əlaqədar olaraq konstitusiya məhkəməsinin yekun qərarı müxalifətin lehinə olmayıb. İyulun 19-da konstitusiya məhkəməsi (KM) tərəfindən seçkilərin nəticələrinin ləğvinə dair müraciətlərin rədd edilməsi və MSK-nın seçki nəticələri ilə bağlı qərarının qüvvədə saxlanılması barədə qərar qəbul edilib.
Bu məqamda qeyd edək ki, seçkinin nəticələrini şübhə altına almalarına baxmayaraq, parlamentdə yer qazanan “Ermənistan” və “Şərəfim var” blokları parlamentdə təmsil olunmaqdan imtina etməyiblər. Baxmayaraq ki, KM-in qərarı açıqlanandan sonra “Ermənistan” blokunun rəhbəri, baş nazir postunun namizədi Robert Koçaryan mandatdan imtina edib.
“FactInfo”nun yaydığı məlumata görə, “Ermənistan” blokunun üzvü İşxan Saqatelyan deyib ki, parlament mandatından imtina edən namizədlər olsa da, siyasi qüvvə parlamentdə təmsil olunacaq. Bu arada, parlamentdə yer qazanan “Şərəfim var” blokuna daxil olan “Vətən” partiyasının mətbuat katibi Sos Hakopyan “Panorama.am”a bildirib ki, təmsil etdiyi blok da parlamentin işinə qatılacaq. Xatırladaq ki, iyunun 20-də keçirilmiş parlament seçkilərinin nəticələrinə görə, 8-ci çağırış Ermənistan parlamentində “Vətəndaş müqaviləsi” partiyası - 71 mandat, “Ermənistan” bloku - 29 mandat, “Şərəfim var” bloku - 7 mandat alacaq.
Yeri gəlmişkən, seçkilərin nəticələrinin qüvvədə saxlanması fonunda Ermənistan hakimiyyətində istefa dalğası baş verir, xüsusilə məğlub ölkə hərbi rəhbərlikdə kadr dəyişikliyi ilə çalxalanır. Belə ki, bu günlərdə müdafiə naziri səlahiyyətlərini icra edən Vaqarşak Harutyunyan istefa verib. “Aysor.am” yazır ki, baş nazir vəzifəsini icra edən Paşinyanın qərarı ilə Suren Sahakyan da müdafiə nazirinin müavini vəzifəsindən azad edilib.
Ermənistan prezidenti Armen Sarkisyan isə baş qərargah rəisinin birinci müavini Arşak Karapetyanın müdafiə nazirinin birinci müavini təyin edilməsi haqqında sərəncam imzalayıb. “Sputnik-Ermənistan”ın yaydığı məlumata görə, Karapetyan müdafiə naziri V.Harutyunyanı əvəz edəcək. Paşinyanın bu seçimi ölkədə birmənalı qarşılanmayıb. Çünki keçmiş hakimiyyət baş qərargahın kəşfiyyat idarəsinin rəisi vəzifəsini tutan bu generalı 2016-cı il aprel döyüşlərdən sonra vəzifəsindən kənarlaşdırmışdı. “Yerevan.today” yazır ki, Paşinyanın tərəfdarları da 2018-ci ilin dekabrında baş nazirin müşaviri təyin edilən bu şəxsə qarşı çıxıb. Yeri gəlmişkən, “İravunk” yazır ki, Ermənistan müdafiə nazirliyində ciddi dəyişikliklər gözlənilir. Qəzetin yazdığına görə, baş qərargah MN-ə birləşdiriləcək.
Göründüyü kimi, parlament və hökumət böhranı davam edən Ermənistanda hakimiyyət istefa və kadr dəyişikliyi ilə çalxalanır. Hakimiyyətin müxtəlif tədbirlərə əl atdığı indiki vaxtda yaranmış vəziyyət yaxın vaxtlarda məğlub ölkədə sabitlik əldə edilməsini istisna edir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29

