Növbədənkənar seçkilər Ermənistanda mövcud böhranı aradan qaldırmayıb
13.07.2021 [08:37]
Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində Paşinyanın partiyası qalib elan olunsa da, müxalifətin tələbi ilə nəticələrin ləğv edilməsi məsələsinin gündəmdə olması ölkə daxilindəki böhranı daha da dərinləşdirib. Erməni mətbuatı yazır ki, daxili siyasi gərginliyin hökm sürdüyü Ermənistanda konstitusiya məhkəməsi (KM) məsələ ilə bağlı 4 siyasi qüvvə tərəfindən ünvanlanan müraciətlərin baxılmasını davam etdirir.
Qeyd edək ki, seçkilərdə qalib elan olunan Paşinyanın sədri olduğu “Vətəndaş müqaviləsi” partiyası da KM-də keçirilən məhkəmə işində iştiraka cəlb olunub. “News.am” yazır ki, KM-in növbədənkənar parlament seçkilərinin nəticələrinin mübahisələndirilməsinə dair iclasında, eyni zamanda, MSK sədri Tiqran Mukuçyan, katib Armen Smbatyan və üzv Nune Ovannisyan iştirak ediblər. Sayt yazır ki, ötən həftənin cümə və şənbə günlərində olduğu kimi, KM iyulun 12-də də müraciətlərin dinlənilməsini davam etdirib.
Bu arada, ölkə parlamentində mandat qazanan müxalifət qüvvələri ilə məhkəmə çəkişməsinə baxmayaraq, N.Paşinyan parlamentdənkənar 10 siyasi qüvvənin lideri ilə görüş keçirib. “Aysor.am”ın yaydığı məlumata görə, baş nazir səlahiyyətlərini icra edən N.Paşinyan “Ədalətli Ermənistan” partiyasının sədri Norayr Norikyan, “Suveren Ermənistan” partiyasının sədri David Sanasaryan, “Birləşmiş vətən” partiyasının sədri Mher Terteryan və digərləri ilə görüşüb. Həmin xəbərə görə, “Respublika” və “Maariflənən Ermənistan” partiyalarının sədrləri Aram Sarkisyan və Edmon Marukyan görüşə gəlməyiblər.
Qeyd edək ki, ictimai-siyasi və iqtisadi məsələləri müzakirə etmək üçün belə bir platformanın effektiv olacağını bəyan edən Paşinyanın təşəbbüsü ilə keçirilən görüş zamanı bu format çərçivəsində gələcək fəaliyyətlər barədə fikir mübadiləsi aparılıb.
Məsələ ilə bağlı “Sputnik-Ermənistan”a açıqlama verən polittexnoloq Armen Badalyan bildirib ki, parlamentdənkənar qüvvələrlə görüşməklə Paşinyan öz “müxalifəti”ni yaradır. Ekspertin sözlərinə görə, bu “alternativ müxalifət” əslində, Paşinyanın özünə xidmət edəcək: “Bununla Paşinyan parlament müxalifətinin “ağırlığını” hakimiyyətə sadiq olan partiyaların hesabına tarazlaşdırmaq istəyir. Bu, ilk növbədə, parlament müxalifətindən başqa müxalifət qüvvələrinin də olduğunu göstərmək məqsədi daşıyır. Əlavə olaraq hökumət başçısı bu platformadan gələcəkdə müəyyən fikirləri dövriyyəyə buraxmaq və tənqidlərdən yayınmaq üçün istifadə edə bilər. Digər tərəfdən, Paşinyan parlamentdənkənar müxalifətdən parlamentdəki qüvvələrə qarşı istifadə etməyə çalışacaq”.
Yeri gəlmişkən, müxalifəti təmsil edən “Respublikaçı” partiyasının yaydığı növbəti bəyanatda növbədənkənar seçkilərin Ermənistandakı daxili siyasi böhranı həll etmədiyi vurğulanıb. “News.am”ın yazdığına görə, açıqlamada qeyd olunur ki, Ermənistandakı sonuncu növbədənkənar seçkilər ölkədəki mövcud dərin böhranı həll etməyib: “Əksinə, son regional proseslər və çağırışlar kontekstində görünən odur ki, erməni xalqının maraqları arxa plana keçirilib”.
Göründüyü kimi, Paşinyan növbədənkənar seçkidə qalib gəlsə də, seçkilərin nəticələrinə etiraz edən müxalifətlə hakimiyyət arasında ciddi qarşıdurma davam edir. Bu isə bir daha onu göstərir ki, məğlub Ermənistandakı son seçkilər mövcud dərin böhranı aradan qaldırmayıb.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33

