Ermənistanda hakimiyyət rəqiblərinə qarşı yeni repressiyalara başlayıb
03.07.2021 [09:43]
20 iyun seçkilərindən qalib çıxan Paşinyan hakimiyyətinin hələ də hökuməti formalaşdıra bilməməsi, yeni təzyiq və repressiyalara start verilməsi Ermənistanda daxili vəziyyətin gərgin olaraq qaldığına işarə edir. Erməni mediası yazır ki, hazırda baş nazirin səlahiyyətlərini icra edən N.Paşinyanın birbaşa göstərişi ilə əleyhdarlarının cəzalandırılmasına start verilib. Belə ki, seçkilərdən dərhal sonra keçmiş qərargah rəisi, sabiq prezident başda olmaqla haqqında cinayət işi açılan və ya məhkəmə işi davam edən şəxslər barədə proseslər genişləndirilir.
Məsələn, “News.am” yazır ki, Ermənistan silahlı qüvvələri baş qərargahının keçmiş rəisi, general-polkovnik Movses Hakopyan haqqında həbs qətimkan qərarı verilib. Xüsusi istintaq komitəsindən verilən məlumata görə, M. Hakopyan 2020-ci il noyabrın 19-da KİV-ə müsahibəsi zamanı dövlət sirri olan məlumatları ictimailəşdirdiyi üçün ona Ermənistan CM-nin 306-cı maddəsinin 1-ci bəndinə əsasən, cinayət işi açılıb. Erməni mediası yazır ki, sabiq prezident Serj Sarkisyanın dövlət əmlakını mənimsəməsi ilə bağlı məhkəmə prosesi də öz işini davam etdirir.
Bununla yanaşı, Paşinyan artıq vəzifə yerdəyişmələrinə də başlayıb. “Sputnik-Ermənistan” yazır ki, bundan əvvəl baş nazirin müşaviri işləmiş Arayik Harutyunyan Ermənistan baş nazirinin aparat rəhbəri vəzifəsinə təyin edilib. Bu vəzifədə çalışmış Arsen Torosyanın taleyi isə məlum deyil. Saytın yaydığı xəbərlərə görə, Paşinyan A.Torosyanı və nazir vəzifəsini icra edən Suren Papikyanı baş nazirin müavinləri vəzifələrinə təyin etmək istəyir. İndiki baş nazirin müavinləri Tiqran Avinyan və Mher Qriqoryanın hansı vəzifələri tutacaqları isə hələlik dəqiqləşməyib. Ancaq M.Qriqoryanın XİN-nin başçısı ola biləcəyi və paytaxtın hazırkı bələdiyyə başçısı Hayk Marutyanın işindən narazılığın fonunda T.Avinyanın Yerevan meri vəzifəsinə seçiləcəyi barədə ehtimallar var. Ermənistan parlamentinin Xarici əlaqələr komissiyasının sədri Ruben Rubinyan isə XİN rəhbəri vəzifəsinə namizədliyinin müzakirəsi ilə bağlı mətbuatda yayılan xəbərləri təkzib edib.
Qeyd edək ki, seçkilərin nəticəsi də məğlub ökənin gündəmində qalmaqdadır. “Aysor.am” yazır ki, iyulun 2-də “Ermənistan” bloku 20 iyun növbədənkənar parlament seçkilərinin nəticələrinin ləğv edilməsi tələbi ilə konstitusiya məhkəməsinə müraciət edib. Müraciətdə seçki nəticələrinin etibarsız sayılması və ya seçkilərin ikinci turunun təyin edilməsi tələb edilir.
Bu arada, “News.am” yazır ki, müxalifət qüvvələrinin seçkilərdə uduzmasına münasibət bildirən siyasi analitik Argişti Kiviryan müxalifətin parçalanmış halda seçkilərə qatıldığını və ənənəvi metodlarla hərəkət etdiyini deyib. Ekspert “Şərəfim var” blokunun uduzacağını bilə-bilə seçkiyə getməsini də “səhv addım” adlandırıb.
Göründüyü kimi, növbədənkənar parlament seçkiləri başa çatan kimi Paşinyan hakimiyyəti repressiyaların yeni dalğasına başlayıb. Ekspertlər qeyd edirlər ki, hakimiyyətin rəqiblərinə qarşı bu addımları daxili siyasi böhranı daha da dərinləşdirə bilər.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11

