/ / Yeni etiraz aksiyalarının başlanması məğlub Ermənistanda siyasi gərginliyin hökm sürdüyünü göstərir
Yeni etiraz aksiyalarının başlanması məğlub Ermənistanda siyasi gərginliyin hökm sürdüyünü göstərir
26.06.2021 [08:27]
Ermənistanda seçkisonrası mərhələdə siyasi gərginlik davam edir. Xüsusilə seçkidən sonra müxalifət nümayəndələrinə təzyiqlər göstərilməsi Ermənistanda yeni etiraz aksiyalarının baş verməsinə səbəb olub. Belə ki, müxalif siyasi qüvvələrin təmsilçiləri repressiyalarla bağlı baş prokurorluğun qarşısında aksiyalar keçirirlər. Digər tərəfdən, vətəndaşlar da müxtəlif səbəblərdən hökumət binası qarşısında fasiləsiz aksiyaya başlayıblar. Erməni mediası yazır ki, bütün bunların fonunda həm seçkilərdə qalib gələn Paşinyan, həm də seçkilərin nəticələrini tanımayan müxalifət növbəti addım üçün seçkilərin rəsmi nəticələrinin elan olunacağı 27 iyun tarixini gözləyir.
Yeri gəlmişkən, “Newsarmenia.am” yazır ki, Ermənistan Mərkəzi Seçki Komissiyasının (MSK) qərarına əsasən, 70 seçki məntəqəsində yenidən sayım aparıldıqdan sonra seçkinin ilkin nəticələrinə təsir edəcək rəqəmlər ortaya çıxmayıb. Saytın digər məlumatına görə, əvvəlki parlamentdə ikinci müxalifət partiyası kimi təmsil olunan “Maariflənən Ermənistan” partiyasının sədri Edmon Marukyan seçkinin ilkin nəticələrini qəbul etdiklərini söyləyib. Paşinyanla görüşü də şərh edən E.Marukyan deyib ki, ona vəzifə təklif edilməyib: “Görüş zamanı Paşinyan parlamentdənkənar qüvvələrlə əməkdaşlıq formatı yaratmaq fikrinin olduğunu söylədi, ancaq onun hansı formada olacağı hələ aydın deyil”.
Qeyd edək ki, hələlik hökuməti qura bilməsə də, Paşinyanın yeni hökumətdə nazir vəzifələrinə kadr axtarışındadır. “Joğovurd” qəzeti yazır ki, hakimiyyət xüsusilə boş qalan xarici işlər naziri vəzifəsinə münasib namizəd axtarır. Qəzetin yazdığına görə, bu məsələ “Vətəndaş müqaviləsi” partiyasında qızğın şəkildə müzakirə olunur.
“News.am” isə yazır ki, hakimiyyət yeni hökumət formalaşana qədər müdafiə nazirliyində də “təmizləmə” işləri aparmağa başlayıb. Belə ki, 25 iyunda Ermənistan prezidentinin müvafiq fərmanları ilə mühəndis qoşunlarının rəisi İşxan Matevosyan və hava hücumundan müdafiə qoşunlarının rəisi Armen Vardanyan vəzifələrindən azad olunublar.
Polittexnoloq Armen Badalyan isə “Aysor.am”a verdiyi açıqlamada Ermənistanda qurulacaq yeni hökumətin uğur qazanacağına şübhə ilə yanaşdığını dilə gətirib. Onun sözlərinə görə, problem hakim siyasi qüvvənin və onun liderinin 2018-ci ildən bu günə qədər Ermənistanın inkişafı barədə heç bir konkret proqramının olmamasındadır. Müxalifətin fəaliyyətinə toxunan ekspert bütün hallarda hüquqi proseslərin izlənilməli olduğunu, qanun pozuntularına Ermənistanda və ölkə xaricindəki məhkəmə orqanlarında baxılmasının vacibliyini bildirib.
Beləliklə, məğlub ölkədə müşahidə edilənlər göstərir ki, Ermənistanda siyasi böhran aradan qalxmayıb. Hələ formalaşmayan hökumətin fəaliyyətinin səmərəsiz olacağı barədə söylənilənlər də yaxın zamanlarda Ermənistanda vəziyyətin sabitləşməyəcəyindən xəbər verir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

