Ermənistanda siyasi qarşıdurma yeni mərhələyə qədəm qoyub
28.05.2021 [10:06]
Məğlub Ermənistandakı siyasi qarşıdurma növbədənkənar parlament seçkilərinin vaxtının elan olunmasından sonra bir qədər fərqli məcraya yönəlib. Lakin 26 mayda seçkidə iştirak etmək istəyən partiya və blokların seçki komissiyasına müraciətindən sonra məğlub ölkədə hakimiyyət böhranının yeni mərhələyə qədəm qoyması müşahidə edilir. Erməni mediası yazır ki, partiyaların və blokların seçki siyahılarını elan etməsi siyasi qüvvələrin daxilində yeni narazılıqlara səbəb olub.
Qeyd edək ki, artıq seçki siyahılarını Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edən partiya və blokların adları da bəllidir. Onların adlarını təqdim edən “Novosti-Armeniya” agentliyinin məlumatına görə, ümumilikdə, 23 partiya və 4 blok daxil olmaqla 27 siyasi qüvvə siyahılarını MSK-ya təqdim edib. Seçkiqabağı ittifaqlar arasında “Yüksələn Ermənistan” partiyası və “Daşnaksütyun” erməni inqilabi federasyası ilə ittifaqdan yaranan “Ermənistan” bloku, “Azad vətən” bloku, Respublikaçı və “Vətən” partiyalarının “Şərəfim var” bloku, “Demokratlar ittifaqı” - Şirinyan-Babacanyan blokunu göstərmək olar.
Təkbaşına seçkiyə qatılan partiyalara gəlincə, məlumatda qeyd edilir ki, onların arasında baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi”, habelə Edmon Marukyanın “Maariflənən Ermənistan”, Qagik Çarukyanın “Çiçəklənən Ermənistan”, Aram Sarkisyanın “Respublika”, Levon Ter-Petrosyanın “Erməni milli konqresi”, sabiq baş nazir Hrant Baqratyanın “Azadlıq” partiyaları və digərləri var. Agentliyin yaydığı digər xəbərə görə, MSK tərəfindən müəyyən olunmuş qrafikə uyğun olaraq, seçkilərdə iştirak edən partiyaların və partiya bloklarının seçki siyahılarının qeydiyyatı mayın 31-dək aparılacaq.
“Aysor.am” yazır ki, artıq seçkilərdə əsas siyasi rəqabətin gedəcəyi güman edilən “Ermənistan” ittifaqı, “Şərəfim var” bloklarının və “Vətəndaş müqaviləsi” partiyasının seçki siyahılarında yer alan əksər namizədlərin adları mətbuata sızıb. Məsələn, hakim partiyanın siyahısında olan ilk 30 nəfərin adı açıqlanıb. Ekspertlərin fikrincə, ilk sıralarda yer almayan şəxslərin narazılıqlarına görə, bəzi partiyaların və hakimiyyətin daxilində ziddiyyətlər dərinləşir.
Qeyd edək ki, Paşinyanın komandasında istefalar da davam edir. Belə ki, Ermənistan hökuməti cümə axşamı keçirilən iclasda Kotayk vilayətinin qubernatoru Mesrop Mesropyanın istefasını qəbul edib. İstefanın səbəbinə gəlincə, keçmiş qubernator öz arzusu ilə istefa etdiyini qeyd edib. Onun sözlərinə görə, vilayətdəki kadr təyinatları ilə əlaqədar fikir ayrılığına görə istefa verib.
Göründüyü kimi, Ermənistanda siyasi qarşıdurma yeni mərhələyə qədəm qoyub. Bu isə gələcəkdə məğlub ölkədə böhranın daha da dərinləşəcəyindən xəbər verir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

