/ / Ermənistanın yeganə çıxış yolu Azərbaycanın bölgədə sülh və əməkdaşlığın bərpa olunması ilə bağlı təşəbbüslərinə qoşulmaqdır
Ermənistanın yeganə çıxış yolu Azərbaycanın bölgədə sülh və əməkdaşlığın bərpa olunması ilə bağlı təşəbbüslərinə qoşulmaqdır
30.04.2021 [08:12]
Bu gün Ermənistanla rəsmi dövlət sərhədini etibarlı şəkildə qoruyan, bütün mümkün təxribatlara qarşı hazır mövqedə dayanan Azərbaycan həm də işğaldan azad edilmiş torpaqların dirçəldilməsi, ermənilər tərəfindən xarabalığa çevrilmiş yurdlarımızın abadlaşdırılması istiqamətində əsaslı addımlar atır. Ermənistan isə bunun əksinə, çoxsaylı problemlərin girdabından xilas ola bilmir. Belə demək mümkündürsə, sərhədin bir tərəfində praqmatik, realist siyasət nəticəsində Zəngilan rayonunun timsalında dağıdılmış rayonlarımızı yenidən quran Azərbaycan, digər tərəfində isə mifologiyanı, uydurmaları dövlət siyasətinə çevirərək faciəsini daha da dərinləşdirən Ermənistan dayanır. Bir tərəfdə qələbə qazanmış, əraziyə hakim, müasir silahlarla təchiz edilmiş nizami Azərbaycan əsgəri öz torpaqlarını qürur və əzmlə qoruyursa, digər tərəfdə təxribat və terror həyata keçirən, sərxoş olub hikkəsindən ətrafa atəş açan məğlub, rəzil Ermənistan əsgərinin isterik halı nəzərə çarpmaqdadır. Ermənistanın düşdüyü bu ağır durumdan xilası üçün yeganə yolu isə bütün təhrikedici təxribatlardan əl çəkmək, Azərbaycanın bölgədə yaratdığı əməkdaşlıq platformasına qoşulmaqdır.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Müşfiq Məmmədli bildirib ki, Azərbaycan Ordusunun Vətən müharibəsindəki qəti qələbəsi Ermənistanda siyasi böhranla yanaşı, iqtisadi çöküşü də sürətləndirib. Millət vəkili qeyd edib ki, müharibə meydanında Azərbaycana açıq şəkildə məğlub olan Ermənistan bu gün seçim qarşısındadır. Onun sözlərinə görə, bölgədə Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən nəqliyyat-kommunikasiya layihələri genişmiqyaslı əməkdaşlıq üçün münbit şərait yaradıb: “Ermənistan revanşist iddialarını kənara qoymalı və prosesə qoşulma şansından maksimum istifadə etməlidir. Bu, Ermənistana iqtisadi, sosial problemlərini həll etməsi üçün yaranmış yeganə şansdır. Bununla da Ermənistan öz mövcudluğunu qoruya bilər. Çünki hansısa əsassız ərazi iddiaları və ya revanş arzuları ilə yaşasa, Ermənistanın bir dövlət kimi gələcəyi sual altına düşəcək. Ermənistan dərk etməlidir ki, Azərbaycanın regionda yaratdığı əməkdaşlıq platforması bölgənin gələcəyi ilə bağlı yol xəritəsidir. Bu əməkdaşlıq platforması həm də bölgənin təhlükəsizliyi baxımından olduqca böyük əhəmiyyət daşıyır”.
Milli Məclisin deputatı Vüqar İskəndərov da bildirib ki, bu gün Cənubi Qafqaz regionunda sülh və təhlükəsizlik təmin ediləcəyi təqdirdə, inkişaf üçün əsaslı zəmin mövcuddur. Azərbaycan isə bu reallığın güc mərkəzi statusunda çıxış etməkdədir: “Zəngəzur dəhlizinin açılması, bu yol vasitəsilə Şərqlə Qərbin mühüm bir kommunikasiya xətti əldə etməsi mühüm iqtisadi dividendlər vəd edir. Əminliklə bildirirəm ki, bu xətt gələcək illər üçün dünyada ən yüksək potensiallı yükdaşıma trayektoriyalarından birinə çevrilə bilər. Ermənistan bir dövlət kimi var olmaq istəyirsə, Azərbaycanın regionda yaratdığı reallıqlardan faydalanmalı və hər hansı bir təxribata yol verməməlidir. Əks halda, bu ölkə ən böyük pisliyi özünə etmiş olacaq. Ermənistan, həqiqətən də, xilas olmaq istəyirsə, Azərbaycanın bölgədə sülh və əməkdaşlığın bərpa olunması ilə bağlı təşəbbüslərinə qoşulmalıdır”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxGündəm
22 Aprel 12:25
İqtisadiyyat
22 Aprel 12:20
YAP xəbərləri
22 Aprel 12:12
Gündəm
22 Aprel 11:50
Gündəm
22 Aprel 11:36
İqtisadiyyat
22 Aprel 11:34
Elm
22 Aprel 11:33
Sosial
22 Aprel 11:33
Gündəm
22 Aprel 11:20
İqtisadiyyat
22 Aprel 11:16
Siyasət
22 Aprel 10:58
Gündəm
22 Aprel 10:35
Dünya
22 Aprel 10:16
Siyasət
22 Aprel 10:14
Analitik
22 Aprel 10:12
Siyasət
22 Aprel 10:04
Gündəm
22 Aprel 09:57
Ədəbiyyat
22 Aprel 09:30
Analitik
22 Aprel 09:14
Sosial
22 Aprel 08:56
Sosial
22 Aprel 08:32
YAP xəbərləri
21 Aprel 23:53
Dünya
21 Aprel 23:35
Dünya
21 Aprel 23:11
İqtisadiyyat
21 Aprel 22:58
Dünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19
Dünya
21 Aprel 20:57
Dünya
21 Aprel 20:35
Siyasət
21 Aprel 20:31
Dünya
21 Aprel 20:25
Dünya
21 Aprel 19:41
Dünya
21 Aprel 19:16
Dünya
21 Aprel 18:20
Analitik
21 Aprel 17:54
Maraqlı
21 Aprel 17:39
Dünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31

