Ermənistanda parlament böhranı...
30.04.2021 [08:08]
Məlum olduğu kimi, siyasi xaosun hökm sürdüyü məğlub Ermənistanda növbədənkənar seçkilərin elan olunması da qarşıdurmanı səngitməyib. Yerli media yazır ki, siyasi böhran bu dəfə parlamentdə davam edir. Belə ki, hakim blokun üzvü olan deputatlar istefa verir, müxalifət isə deputatları yeni baş nazir seçməyə çağırır.
Qeyd edək ki, Paşinyan 25 apreldə istefa verdikdən sonra yeni baş nazirin seçilməsi üçün 3 may tarixində parlamentin xüsusi iclası keçiriləcək. Konstitusiyaya görə, növbədənkənar seçkilər yalnız baş nazirin istefası, deputatların iki dəfə baş nazir seçə bilməməsi və parlamentin buraxılması halında mümkündür. Parlamentdəki qüvvələrin razılaşması da buna hesablanıb.
Onu da xatırladaq ki, N.Paşinyanın istefadan sonra da baş nazir vəzifəsini icra etməsi məsələsi aktual olaraq qalır. Belə ki, bu məsələ həm parlamentdə, həm cəmiyyətdə ciddi mübahisələrə səbəb olub. Bir çox hüquqşünas konstitusiyaya və mövcud qanunvericiliyə görə, Paşinyanın əslində, hakimiyyəti qanunsuz olaraq ələ keçirdiyini, buna görə də onun imzaladığı bütün sənədlərin və qəbul etdiyi qərarların etibarsız olduğunu iddia edirlər.
Paşinyanı hakimiyyəti qəsb etməkdə günahlandıran hüquqşünaslar cinayət məcəlləsinin 300-cü maddəsinin 2-ci hissəsinə əsasən, cinayət işi açılmasını tələb edirlər. Eyni zamanda, prezidentə və deputatlara konstitusiyanın 168-ci maddəsinin 4-cü bəndində müəyyən edilmiş qaydada konstitusiya məhkəməsinə müraciət etmələri barədə çağırışlar səslənir. Bu arada, “News.am” yazır ki, prezident Armen Sarkisyan istefadan sonra Paşinyanın baş nazir vəzifəsini tutması ilə bağlı məsələyə şərh verməkdən imtina edib. Belə ki, Paşinyanın istefadan sonra baş nazir vəzifəsini icra etməsinin konstitusiyanın 123-cü maddəsinə zidd olub-olmadığı barədə administrasiyaya sorğu göndərən media orqanına cavab qısa və konkret olub: “Respublika prezidentinin konstitusiya ilə bağlı rəsmi şərh vermək səlahiyyəti yoxdur”.
Məsələyə münasibət bildirən politoloq Armen Bağdasaryan isə “Sputnik Ermənistan”a verdiyi açıqlamada deyib ki, Paşinyan bu və ya digər qanunu ilk dəfə pozmur: “İndi konstitusiyanı pozur, bu da Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkilərinin qanuniliyinə şübhə yaradır”.
Onun sözlərinə görə, Paşinyan artıq dəfələrlə hakimiyyəti əldən vermək fikrində olmadığını sübut edib: “Əminliklə deyə bilərəm ki, Paşinyan heç bir halda 1 dəqiqə də olsa, hakimiyyətdən əl çəkməyəcək. Seçkilərdə uduzsa da, könüllü getməyəcək. Bütün bunlar seçkidən sonra çox təhlükəli proseslərlə qarşılaşacağımıza dəlalət edir”.
Politoloq deyib ki, Paşinyan konstitusiyaya zidd addım atırsa, siyasi qüvvələrin seçkiləri boykot etmələri və ya vahid mövqedən çıxış etmələri daha doğru olar. A.Bağdasaryanın fikrincə, parlamentdəki müxalifət qüvvələri - “Çiçəklənən Ermənistan” və “Maariflənən Ermənistan” yeni parlamentdə çoxluq əldə edə bilməyəcəklər: “Üstəlik, hazırkı prosesdə onlar artıq əsas oyunçu sayılmırlar, əsas mübarizə mövcud hakimiyyət, keçmiş prezident R.Koçaryanın bloku və eks-prezident L.Ter-Petrosyanın rəhbərlik etdiyi “Erməni milli konqresi” partiyası arasında gedəcək”.
Beləliklə, məğlub ölkədə Paşinyan hakimiyyəti qəsb etməkdə günahlandırılır. Bununla razılaşan ekspertlər isə qanun pozuntularının seçkilər zamanı davam edəcəyi halda, Ermənistanda təhlükəli proseslərin qaçılmaz olacağını düşünürlər.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29

