Paşinyan Ermənistanı vətəndaş müharibəsinə sürükləyir
18.02.2021 [08:52]
Hakimiyyətin öz ömrünü uzatmaq üçün siyasi repressiya da daxil olmaqla bütün sərt tədbirlərə əl atacağı istisna edilmir
Ermənistanda müxalif qüvvələrin birləşdiyi “Vətənin xilası naminə hərəkat” şənbə gününə təyin etdiyi ümumxalq mitinqinə hazırlaşır. Əhalini hökumətə qarşı daha böyük qüvvə ilə səfərbər etmək istəyən müxalifət hakimiyyət tərəfindən hər hansı güc tətbiqi və ya müdaxilə halında xalqı üsyana təşviq edəcəyi ilə hədələyir.
Ölkədəki mövcud vəziyyəti dəyərləndirən müxalifət nümayəndələri yaranmış hərc-mərcliyə görə əsas günahkarın baş nazir Nikol Paşınyan olduğunu bildirirlər. Məsələn, “Çiçəklənən Ermənistan” partiyasının deputatı Naira Zöhrabyan “News.am”a verdiyi açıqlamada baş nazir Nikol Paşinyanın məqsədyönlü şəkildə ölkəni vətəndaş müharibəsinə doğru apardığını deyib. Bu günlərdə Paşinyan tərəfdarlarının Gümrüdə keçirdiyi mitinqi şərh edən deputatın fikrincə, mövcud hökumətə dəstək mitinqlərinin keçirilməsi, sadəcə absurddur: “Siyasi praktikada belə hallara rast gəlinsə də, mövcud iqtidarın bu vəziyyətdə özünün reytinqə sahib olduğunu sübut etməyə çalışması anlaşılan deyil. Gümrüdəki mitinq iştirakçılarının əksər hissəsi hakimiyyətdəkilərin ailə üzvləri, qohumları, dostları və ya hökumət təmsilçilərinin, xüsusən də deputatların yaxınları olublar”.
Deputat bildirib ki, saylarının az olmasına baxmayaraq, Paşinyan tərəfdarlarının iqtidara qarşı fərqli fikir və tənqidlərə dözümsüz olduqları görünür. Onun sözlərinə görə, son dərəcə aqressiv davranan hakimiyyət tərəfdarlarının bu cür mövqe sərgiləməsi təhlükəlidir.
N.Zöhrabyan, mövcud rejimin ömrünü uzatmaq üçün Paşinyan hakimiyyətinin siyasi repressiya və müxaliflərə təzyiq də daxil olmaqla bütün sərt tədbirlərə əl atacağını istisna etməyib: “Paşinyanı yaxşı tanıyıram, onun hadisələri ölkədə vətəndaş qarşıdurmasına səbəb ola biləcək məcraya yönəltməyə hazır olduğu istisna olunmur. Paşinyan müharibədə ağır məğlubiyyətə uğrayan bir ölkənin baş naziri olduğunu hələ də başa düşmür. İqtisadiyyat məhv edilmiş və defolt vəziyyətinə düşmüş ölkədə çoxlu sayda problemlər olsa da, bu adam həqiqi Ermənistanı özünün “virtual ölkə”si ilə qarışdırmağa davam edir”.
Yeri gəlmişkən, iqtisadi ekspertlər ölkədə hökm sürən böhranın fonunda işsizlik və yoxsulluq səviyyəsinin getdikcə artdığını, ixracda və digər sahələrdə tənəzzülün müşahidə edildiyini vurğulayırlar. Məsələn “Panorama.am” yazır ki, iqtisadçı Tadevos Avetisyan “Hayeli” mətbuat klubunda jurnalistlərə açıqlamasında deyib ki, bu hökumət dövründə Ermənistanda hər üç şəxsdən biri yoxsul vəziyyətinə düşüb: “3 il əvvəl xalqın eyforik vəziyyətindən istifadə edərək hakimiyyətə gələnlər vədlərinə uyğun heç bir iş görmədilər. Vəzifəli şəxslər sosial sahədə firavanlıq, yoxsulluğun aradan qaldırılması, ixracata əsaslanan iqtisadi model vəd etsələr də, əslində, tam əksinə oldu. Sosial firavanlıqdan bəhs edənlərin fəaliyyəti nəticəsində yoxsulluq səviyyəsi 2020-ci ildə 30 faizə çatdı və Ermənistanda bu gün hər üç adamdan biri yoxsul hesab olunur”.
Göründüyü kimi, məğlub ölkədə siyasi, sosial və iqtisadi vəziyyət olduqca acınacaqlıdır. İqtidarla müxalifət arasındakı mövcud vəziyyət isə Ermənistana vətəndaş müharibəsi vəd edir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53

