Ermənistanda siyasi xaos dərinləşir
03.02.2021 [08:57]
Müharibədə ağır məğlubiyyətə düçar olan Ermənistanda daxili siyasi böhran özünün növbəti mərhələsinə qədəm qoyub. Belə ki, müxalif siyasi qüvvələrin birləşdiyi “Vətənin xilası naminə hərəkat” hökumətin istefası tələbi ilə aksiyalarını yeni formada davam etdirir, hakim komanda daxilində isə istefa dalğası səngimək bilmir. Baş nazir Nikol Paşinyanın mövcud vəziyyətdə atdığı addımlar isə, onsuz da, ölkədə hökm sürən qeyri-müəyyənliyi daha da artırır.
Ermənistan mediasının verdiyi məlumata görə, yeni ildən Paşinyana qarşı mübarizədə taktikanı dəyişən 17 müxalifət partiyasının birləşdiyi “Vətənin xilası naminə hərəkat”ın təmsilçiləri regionlarda fəal iş aparırlar. “Panorama.am” yazır ki, hərəkatın əsas üzvlərindən hesab edilən “Hayrenik” (“Vətən”) partiyası da bölgələrdə görüşlərini davam etdirir. Belə ki, partiyanın mətbuat katibi Sos Hakopyanın sözlərinə görə, bu günlərdə Qeqarkunik və Kotayk vilayətlərində partiyanın regional ofislərində görüşlər keçiriblər. Görüşlər zamanı müxalifətin 18 fevral mitinqinə yerli strukturların daha fəal hazırlaşması və itaətsizlik aksiyalarının əhatə dairəsinin genişləndirilməsi məsələləri müzakirə olunub.
Yeri gəlmişkən, hakim komandanı yeni istefa dalğası təhlükəsi təhdid edir. Belə ki, Paşinyanın ən yaxın silahdaşlarından olan parlament sədrinin müavini Lena Nazaryanın əri, Dövlət əmlakının idarə edilməsi komitəsinin sədri Narek Babayan istefa verib. “Hraparak.am”ın yazdığına görə, bu qərarın səbəbi onun Ərazi idarəetmə və infrastruktur naziri Suren Papikyanla gərgin münasibətləri olub. Deyilənə görə, S.Papikyan vitse-spikerin həyat yoldaşı Babayanın baş nazir Paşinyanla birbaşa təmasını qadağan edibmiş.
Ən maraqlısı isə odur ki, Babayanın yerinə Paşinyanın etdiyi təyinat daha böyük hay-küyə səbəb olub. Belə ki, bu yüksək vəzifə Ararat (Vedi) vilayətinin keçmiş qubernatoru Qarik Sarkisyana həvalə olunub. Xatırladaq ki, Q.Sarkisyan qubernator olduğu zaman gülünc bəyanatları ilə dəfələrlə qalmaqalların mərkəzində olub. “News.am” yazır ki, Q.Sarkisyan qubernator işləyəndə Araratda damcı sistemi ilə suvarılan 40 min hektar əraziyə malik olması, timsah yetişdirmək üçün ferma açması, hətta xaricdən timsah yumurtaları gətirməsi barədə iddialarla üzləşmişdi. Q.Sarkisyan bu iddiaları təkzib etmək əvəzinə timsah yumurtalarını quş yumurtası adı ilə gömrükdən keçirərək gətirməsi və timsahların mənşəyi haqqında açıqlamalar verməklə özünü pis vəziyyətə salmışdı.
Qeyd edək ki, məğlub ölkədə qalmaqallar təkcə bununla bitmir. Ötən il mətbuatda dəfələrlə adı hallanan erməni “silah baronu” David Qalstyan həbs olunub. Xatırladaq ki, 2020-ci ilin iyulunda eks-prezident S.Sarkisyanın kürəkəni M.Minasyan Paşinyan hakimiyyətinin qanunsuz silah ticarətinə qurşanmasından bəhs edəndə Ermənistan Respublikası adından D.Qalstyana silah sövdələşmələrini həyata keçirmək hüququ verildiyini iddia etmişdi.
Göründüyü kimi, uzun müddətdir ki, siyasi, sosial-iqtisadi böhran dövrünü yaşayan məğlub Ermənistan artıq yeni qalmaqallarla çalxalanır. Ekspertlərin fikrincə, komandasında yeni istefa dalğasının başlamasından sonra Paşinyanın anlaşılmaz kadr siyasəti vəziyyəti daha gərgin məcraya yönəldir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
21 Aprel 23:53
Dünya
21 Aprel 23:35
Dünya
21 Aprel 23:11
İqtisadiyyat
21 Aprel 22:58
Dünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19
Dünya
21 Aprel 20:57
Dünya
21 Aprel 20:35
Siyasət
21 Aprel 20:31
Dünya
21 Aprel 20:25
Dünya
21 Aprel 19:41
Dünya
21 Aprel 19:16
Dünya
21 Aprel 18:20
Analitik
21 Aprel 17:54
Maraqlı
21 Aprel 17:39
Dünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28

