Ermənistanda siyasi qarşıdurma yeni mərhələyə qədəm qoyur
29.01.2021 [09:14]
Üsyan variantını istisna etməyən müxalifət ümumrespublika mitinqinə hazırlaşır
Azərbaycan qarşısında sarsıdıcı məğlubiyyətə uğrayan təcavüzkar Ermənistanda 10 noyabr 2020-ci ildən başlayan siyasi qarşıdurma davam etməkdədir. Belə ki, baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirən “Vətənin xilası naminə hərəkat” taktikanı dəyişərək son günlər regionlarda sakinlərlə görüşlər təşkil edir. Ermənistan mediasının məlumatına görə, müxalif qüvvələrin birləşdiyi hərəkat bu tədbirlər və digər aksiyalarla yanaşı, 18 fevral tarixində Yerevanda ümumrespublika mitinqi keçirməyi planlaşdırır.
Qeyd edək ki, yanvarın 27-də “Vətənin xilası naminə hərəkat”ın liderinin rəhbərliyi ilə iclas keçirilib, ölkədə yaşanan xaos vəziyyətindən çıxmaq üçün “yol xəritəsi” elan edilib. “Sputnik Ermənistan”ın yaydığı məlumata görə, toplantıda 18 fevralda ümumxalq mitinqi keçirmək barədə qərar qəbul edilib. Toplantı zamanı çıxış edənlər hərəkatın ümumerməni xarakteri daşımasının, bölgələrdə görüşlərin intensivləşdirilməsinin vacibliyini qeyd ediblər. Hərəkatın sosial şəbəkədə yaydığı bəyanata görə, hazırkı baş nazirin və ya mövcud hakimiyyətin rəhbərliyi altında növbədənkənar seçkilərin keçirilməsinə yönələn hər hansı bir cəhd əvvəlcə sabitliyin pozulması və daxili siyasi qarşıdurma təhlükəsi ilə müşayiət olunacaq, seçkilər baş tutsa belə, legitimliyi şübhə altına alacaq. Bəyanatda bütün ermənilərin ciddi problemlərlə üzləşdikləri və Ermənistanın dövlətçiliyinin təhlükə altında olduğu bildirilir: “Bütün cəhətləri ilə iflasa uğrayan, ölkəni sosial-iqtisadi tənəzzül həddinə çatdıran bu hökumətə ümid etmək olmaz. “Vətənin xilası naminə hərəkat” məğlubiyyətin simvolu olan Paşinyanın istefa verəcəyi təqdirdə, keçid hökumətinin qurulacağına, ölkədəki vəziyyət sabitləşdikdən, lazımi şərait yaradıldıqdan sonra növbədənkənar parlament seçkilərinin keçiriləcəyinə əminlik ifadə edir”.
Yeri gəlmişkən, qeyd edək ki, məğlubiyyətin simvolu hesab edilən Paşinyanı devirmək istəyən müxalifətin “ya istefa, ya üsyan” şüarı hakimiyyətin diqqətindən yayınmayıb. Belə ki, Ararat (Vedi) vilayətinə səfər zamanı V.Manukyanın Paşinyanın hakimiyyətdən uzaqlaşdırılmasının vacibliyini bəyan edərək qiyam variantını istisna etməməsi Ermənistan baş prokurorluğunu hərəkətə keçirib. “Faktİnfo” yazır ki, prokurorluğun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri A.Xaçatryan bildirib ki, baş prokurorluq V.Manukyanın üsyan və müharibə dövründə erməni generallara zəng etməsi məsələləri ilə bağlı KİV-də yayımlanan açıqlamalarını araşdırır. Xatırladaq ki, V.Manukyan son çıxışlarından birində qeyd edib ki, hökumət öz vəzifələrini yerinə yetirə bilmirsə, xalqın qiyam etmək hüququ var.
Bu arada Paşinyanın yaxın adamlarının siyasi dəstəyindən də məhrum olması prosesi davam edir. Erməni mediasının yazdığına görə, onun yaxın dostu, Yerevan şəhərinin meri Hayk Marutyan “Vətəndaş müqaviləsi” partiyasının sıralarını tərk edib. Qeyd edək ki, bundan bir qədər əvvəl “Faktİnfo” Yerevan merinin hakim komanda ilə problemi olduğunu və məzuniyyətdən qayıtdıqdan sonra istefa verəcəyini yazmışdı.
Onu da qeyd edək ki, N.Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyasının da daxil olduğu “Mənim addımım” fraksiyasında təlatümlər davam edir. Son günlər tez-tez qapalı iclas keçirən fraksiyanın müzakirə etdiyi məsələlər barədə rəsmi açıqlama verilmir. Mətbuata sızan məlumatlara görə, baş nazirin istefası, növbədənkənar seçkilər və parlamentin buraxılması məsələləri əsas müzakirə mövzusu ola bilər.
Göründüyü kimi, məğlub Ermənistanda mövcud olan böhran yeni mərhələyə qədəm qoyur. 18 fevral ümumrespublika mitinqinə hazırlaşan müxalifətin üsyan yolunu istisna etməməsi yaxın vaxtlarda ölkədə daha ciddi siyasi qarşıdurma olacağı ehtimalını artırır.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48

