Məğlub Ermənistanda yeni siyasi kataklizmlər...
28.01.2021 [08:53]
Müharibədə uduzaraq kapitulyasiya aktına imza atan Ermənistanda 3 aya yaxındır davam edən daxili böhran daha da dərinləşməkdədir. Belə ki, cəmiyyətdə hökm sürən ümidsizlik və xaos vəziyyətinin fonunda hökumətin istefası tələbi ilə keçirilən etiraz aksiyaları müxtəlif formalarda davam edir. Erməni KİV-nin yaydığı məlumata görə, müxalif qüvvələrin baş nazir postuna vahid namizədi Vazgen Manukyanın rəhbərlik etidiyi “Vətənin xilası naminə hərəkat”ın liderlərinin regionlarda vətəndaşlarla görüşləri davam edir.
“News.am” yazır ki, “Vətənin xilası naminə hərəkat”ın üzvləri bu dəfə Ararat vilayətinə səfər ediblər. Vilayət sakinləri ilə görüşdə V.Manukyan bildirib ki, müxalifətin qapalı salonlarda tədbirləri və mitinqləri davamlı olacaq. Hərəkatın daxilində fikir ayrılığına dair iddialara gəlincə, V.Manukyan “Çiçəklənən Ermənistan” partiyasının onun namizədliyini qəbul etmədiyi xəbərini “uydurma” adlandırıb. O həmçinin Nikol Paşinyanın mütləq şəkildə hakimiyyətdən uzaqlaşdırılacağına əmin olduğunu bildirib: “İstənilən halda istefa olacaq, bu adam qala bilməz, imkan verməyəcəyik. Erməni müxalifəti konstitusion yolla hakimiyyət dəyişikliyinin tərəfdarıdır, üsyana da getməyə hazırdır, lakin zorakılıq tətbiqetmə ehtimalını istisna edir. Biz hələlik konstitusiya yolu ilə Nikolu qovmaq istəyirik. Əgər bu yol nəticə verməsə, üsyana getməliyik”.
Paşinyanın növbədənkənar seçki ilə bağlı təklifinə gəlincə, V.Manukyan qeyd edib ki, müxalifət də seçki keçirilməsinin tərəfdarıdır, amma mövcud hakimiyyətin dövründə deyil: “Son müharibə elə nəticələrə gətirib çıxarıb ki, insanlar hələ də şok vəziyyətindən tam ayıla bilməyiblər. Kapitulyasiya aktı imzalandıqdan iki ay sonra Nikol hakimiyyətdən getməyibsə, deməli, sona qədər vəzifədə qalmağa çalışacaq. Bu halda hansı demokratik seçkilərdən danışmaq olar?”
Bu arada, “Hraparak” qəzeti yazır ki, son həftələrdə hakim komanda növbədənkənar seçkilərə hazırlıqla məşğul olur. Onlar artıq partiyanın regional strukturlarını ziyarət etməyə başlayıblar. Hətta Paşinyanın may ayında növbədənkənar seçki keçirməyi planlaşdırması barədə qeyri-rəsmi məlumatlar yayılıb.
Yeri gəlmişkən, müxalifətin cəmiyyətlə dialoqun açarını tapa bilmədiyini bəyan edən politoloq və keçmiş deputat Vahe Ohannisyan “Sputnik-Ermənistan”a verdiyi açıqlamada deyib ki, növbədənkənar seçkilər zərurət olsa da, indi keçirilməməlidir: “Bu cür tələsik seçkidən yaranan riskləri, bu ssenarinin müsbət və mənfi tərəflərini anlamalıyıq. Növbədənkənar seçkilər yeni parlamentin və hökumətin qurulmasına gətirib çıxaracaq, ancaq daxili siyasi vəziyyətin sabitləşməsinə kömək etməyəcək. Biz mövcud problemləri həll etmək əvəzinə seçkilərlə bağlı daxili qarşıdurmaya gedirik. Mənəvi-psixoloji baxımdan daha çox nəzərdən keçirilməli olan digər problem minlərlə vətəndaşın şok vəziyyətində olduğu bir vaxtda seçkiyə getməyin nə qədər düzgün olmasıdır”.
Bəzi yerli ekspertlər isə ötən ilin sonunda daha fəal olan müxalifətin çıxılmaz vəziyyətə düşdüyünü iddia edirlər. Dinc yolla hakimiyyətin istefasına nail olmayan müxalifətin qiyama hazırlaşması da bu səbəblə əlaqələndirilir. Göründüyü kimi, Paşinyanın mütləq şəkildə hakimiyyətdən uzaqlaşdırılmasının vacibliyini bəyan edən rəqibi konstitusion yolla dəyişikliyə tərəfdar olsa da, üsyanı da istisna etmir. Bu vəziyyət isə yaxın vaxtlarda məğlub ölkədə daha ciddi qarşıdurmaların olacağından xəbər verir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48

