Ermənistanın bütün dövlət qurumlarında xaos hökm sürür
27.01.2021 [08:57]
Paşinyanın opponentləri ölkədə vəziyyətin həddindən artıq acınacaqlı olduğunu bəyan edirlər
Məlum olduğu kimi, müharibədə məğlub olan Ermənistanda siyasi, iqtisadi və mənəvi-psixoloji böhran hökm sürməkdədir. Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə başlayan kütləvi etiraz dalğası son günlərdə bir qədər səngisə də, paytaxtda müxalifət nümayəndələrinin oturaq aksiya, piket və yürüşləri ara vermir. Belə ki, artıq bir aya yaxındır Yerevanın Respublika meydanında qurulan çadırlarda istefa tələbi ilə oturaq aksiya davam edir. Ermənistan mediası yazır ki, müxalif qüvvələrin birləşdiyi “Vətənin xilası naminə hərəkat” yaxın vaxtlarda yeni kütləvi aksiyalar keçirməyi də planlaşdırır.
Hazırda məğlub Ermənistanda mövcud olan vəziyyəti dəyərləndirən yerli ekspertlərin fikrincə, ölkədə hakimiyyətin növbədənkənar seçkilərə hazır olduğu, müxalifətin isə qarşı çıxdığı paradoksal bir vəziyyət yaranıb. Ancaq bu yalnız ilk baxışdan təzadlı görünür. Əslində, baş nazir bu təklifi səsləndirsə də, nə hakimiyyət, nə də müxalifət seçki istəyir. “Vətənin xilası naminə hərəkat” Paşinyanın istefasını, hakimiyyətin keçid hökumətinə təhvil verilməsini və yalnız bundan sonra növbədənkənar seçkilərin keçirilməsini tələb edir. Vəziyyətin çevik təhlili bu paradoksun səbəblərini anlamağa imkan verir. Məsələ burasındadır ki, 3 aya yaxın vaxt ərzində müxalifət öz hədəfini aydın şəkildə ortaya qoya bilməyib, müharibədən sonra ölkənin üzləşdiyi acınacaqlı vəziyyətdən çıxış yolu göstərməyib. Bu baxımdan həm parlamentdaxili, həm də parlamentdənkənar siyasi qüvvələr seçkilərin istənilən nəticəni verməyəcəyindən qorxurlar.
Yeri gəlmişkən, xatırladaq ki, parlamentdənkənar müxalifət yeni fəaliyyət taktikasını müzakirə edir. “Armenia today” yazır ki, “Daşnaksutyun” partiyasının ali şurasının nümayəndəsi İşxan Saqatelyanın sözlərinə görə, “Vətənin xilası naminə hərəkat” hakimiyyətə təzyiqin daha effektiv şəkildə təşkili barədə məsləhətləşmələr aparır: “Paşinyanın istefası tələbi ümummilli tələbdir, lakin bu müddət ərzində bu tələbi milli mübarizəyə çevirə bilmədik. Əlbəttə ki, yeni taktika problemimiz var və indi biz onu fəal şəkildə müzakirə edirik”.
İ.Saqatelyan müxalifətin növbəti kütləvi mitinqinin təxmini tarixlərini də açıqlayıb. Çox güman ki, növbəti ilk böyük mitinq 18 fevralda baş tutacaq. Hakimiyyətin növbədənkənar parlament seçkiləri təşəbbüsünə də münasibət bildirən Saqatelyan deyib ki, N.Paşinyanın rəhbərliyi altında keçirilən seçkilər Ermənistan tarixində ən biabırçı seçki olacaq.
Yeri gəlmişkən, onu da qeyd edək ki, Paşinyanın əleyhdarları ölkədəki böhran vəziyyətinə görə mövcud hökumətin mütləq getməli olduğunu bildirirlər. Məsələn, “news.am”ın yazdığına görə, “Çiçəklənən Ermənistan” partiyasının deputatı Naira Zöhrabyan bildirib ki, Ermənistan Respublikasının bütün dövlət qurumlarında xaos hökm sürür. Mövcud böhranı dövlətçiliyə ciddi zərbə hesab edən N.Zöhrabyanın sözlərinə görə, Paşinyanın siyasi yollarla hakimiyyətdən getməyə hələ də vaxtı var: “Mən, hələ Ermənistana mənfi təsir göstərə biləcək nəticələrdən danışmaq istəmirəm. Onun özü mükəmməl şəkildə başa düşür ki, bu gün olmasa, sabah mütləq siyasi və hüquqi məsuliyyət anı gəlib çatacaq. Buna görə də öz adamlarını Ermənistandan uzaqlaşdırmaq istəyir. Paşinyanın gedəcəyinə bir saniyə də şübhə etmirəm. Bu, müzakirə olunmayan bir aksiomdur”.
Beləliklə, ekspertlərin də qeyd edildiyi kimi, məğlub Ermənistanın bütün dövlət qurumlarında xaos hökm sürür. Çünki nə hakimiyyət, nə də müxalifət işğalçılıq siyasətinin qurbanı olan ölkəni böhrandan çıxarmaq iqtidarındadır. Belə ki, Paşinyanın opponentləri ölkədə bütün sahələrdə vəziyyətin həddindən artıq acınacaqlı olduğunu bəyan etsələr də, çıxış yolu təklif edə bilmirlər.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25

