Ermənistanda siyasi böhran: məğlub ölkə uçuruma yuvarlanır
26.12.2020 [08:52]
Məlum olduğu kimi, Ermənistanda daxili siyasi böhran özünün növbəti mərhələsinə qədəm qoyub. Əsas müxalifət partiyalarının birləşdiyi “Vətənin xilası naminə hərəkat”ın dekabrın 22-dən ölkədə kütləvi tətillər və vətəndaş itaətsizliyi aksiyları elan etməsi paytaxt və regionların müxtəlif şəhərlərində vəziyyətin daha da gərginləşməsinə gətirib çıxarıb. Baş nazirin istefasını tələb edənlərə Nikol Paşinyanın yeni repressiyalarla və təxribatçı hərəkətlərlə cavab verməsi, habelə ölkədə hakimiyyətə qarşı nifrət və dözümsüzlük həddinin yüksək səviyyəyə çatması daha ciddi qarşıdurma və iğtişaşların baş verəcəyinə dəlalət edir.
Ermənistan mətbuatında yer alan məlumatlar, habelə yerli ekspertlərin siyasi təhlil və şərhlərindən belə qənaətə gəlmək olar ki, məğlub ölkədə vətəndaş müharibəsi təhlükəsi istisna olunmur. “Aysor.am” yazır ki, müxalifət partiyalarının elan etdiyi ümumrespublika tətili baş tutub, artıq neçə gündür ki, regionlarda tətillər və qarşıdurma ilə müşayiət olunan vətəndaş itaətsizliyi aksiyaları geniş vüsət alıb. Hava şəraitinin kəskin pisləşməsinə baxmayaraq, narazı vətəndaşlar yürüş və mitinqlər keçirməklə, yolları bağlamaqla hökumətə etirazlarını nümayiş etdirirlər.
Eyni zamanda, “Vətənin xilası naminə hərəkat” Yerevanın mərkəzində yürüş və mitinqlərini də davam etdirir. Hətta bəzi vətəndaşlar Respublika meydanında çadır quraraq oturaq aksiyaya start veriblər. Buna paralel olaraq etirazçılar tərəfindən bir sıra dövlət və hökumət orqanlarının binaları mühasirəyə alınır. “News.am” yazır ki, dekabrın 24-də müxalifətin baş nazir və nazirlərin hökumət binasına girişinin qarşısını almaq, bununla da nazirlər kabinetinin iclasının baş tutmasına mane olmaq cəhdləri baş tutmayıb. Belə ki, polis əvvəlcədən 5-6 sıradan ibarət canlı sədd çəkərək narazı kütlənin planının qarşısını alıb. Lakin etirazçılar “Xain Nikol” şüarları ilə aksiyanı davam etdiriblər və polislə qarşıdurma baş verib. Sayt yazır ki, bundan sonra vəziyyət gərginləşib, baş verən toqquşma zamanı, qadınlar da daxil olmaqla xəsarət alanlar olub və bir çox aksiya iştirakçısı həbs edilib.
Qeyd edək ki, Yerevanda və regionlarda müharibədə itkin düşənlərin yaxınlarının piketləri, nümayişləri, habelə digər motivli etiraz aksiyaları da keçirilir.
Xatırladaq ki, ümumrespublika tətilinə təhsil müəssisələri başda olmaqla bir sıra dövlət orqanları və özəl şirkətlər də qoşulub. Bununla yanaşı, indiyə qədər yerli və xaricdəki sahibkarlar baş nazirin istefası tələbi ilə çıxış ediblər. Bu arada, “Hraparak” qəzeti N.Paşinyanın istefasını tələb edən sahibkarlara qarşı repressiya və təzyiq kampaniyalarının başlandığını yazır: “Dövlət gəlir komitəsi və Dövlət nəzarət xidməti həmin şəxslərin müəssisələrində və obyektlərində genişmiqyaslı yoxlamalara başlayıb. Əvvəlcə Arkadi Amburtsumyana məxsus “Derjava” şirkətində, daha sonra Qriqoryanovların “Avşar” zavodunda və digər obyektlərdə yoxlamalar aparılıb. Bu cür repressiyalarla Paşinyan çərşənbə axşamı elan edilən ümumi tətilə qoşulan iş adamlarını qorxudacağına ümid edir”.
Yeri gəlmişkən, Ermənistan parlamentinin keçmiş aparat rəhbəri Ara Saqatelyan “Faktİnfo” agentliyinə açıqlamasında deyib ki, N.Paşinyan yalnız özünü qorumağa çalışır: “Onun inzibati resursdan istifadə edərək vətəndaşları zorla hansısa tədbirə aparması utancvericidir. Paşinyanın və onun komandasının siyasi gələcəyi yoxdur. O, siyasətdən getməli və bu gün təəssüf hissi keçirsələr də, qorxudan onun yanında olmağa məcbur olanları xilas etməlidir”.
Beləliklə, ölkədə başlayan kütləvi tətillər və vətəndaş itaətsizliyi aksiyaları fonunda baş nazir N.Paşinyanın yeni repressiyalara start verdiyi ortadadır. Bu dəfə ağılsız diktatorun hədəfinə onun istefasını tələb edən seçkili orqanların rəhbərləri və sahibkarlar tuş gəlib.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54
Sosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17
Gündəm
24 Aprel 12:16
YAP xəbərləri
24 Aprel 12:06
Gündəm
24 Aprel 11:52
YAP xəbərləri
24 Aprel 11:51
Siyasət
24 Aprel 11:50
Siyasət
24 Aprel 11:42
Siyasət
24 Aprel 11:36
Gündəm
24 Aprel 11:14
Gündəm
24 Aprel 10:56
İqtisadiyyat
24 Aprel 10:34
Gündəm
24 Aprel 10:33
Hadisə
24 Aprel 10:31
Sosial
24 Aprel 10:27
Hadisə
24 Aprel 10:27
İqtisadiyyat
24 Aprel 10:17
Sosial
24 Aprel 10:05
Dünya
24 Aprel 10:04
İqtisadiyyat
24 Aprel 09:52
Ədəbiyyat
24 Aprel 09:30
Analitik
24 Aprel 09:15
Yeni texnologiyalar
24 Aprel 08:59
Müsahibə
24 Aprel 08:32
Gündəm
24 Aprel 08:17
Dünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37

