Ermənistanda tətil və kütləvi itaətsizlik aksiyaları yeni mərhələyə qədəm qoyub
22.12.2020 [09:38]
Regionlarda Paşinyana qarşı çıxanların açıq şəkildə cəzalandırılmasına başlanılıb
İşğalçı Ermənistan tarixinin ən gərgin günlərini yaşayır. Paytaxtda və ölkənin müxtəlif regionlarında vətəndaş itaətsizliyi aksiyaları baş alıb gedir, dekabrın 22-dən isə kütləvi tətillər elan edilib. Hakimiyyət ölkəyə nəzarəti, demək olar ki, itirib, siyasi böhran, qarşıdurma və xaos hökm sürür. Belə ki, hər gün ölkənin regionlarında hökumət binalarına hücumlar olur, əsas magistral yollar bağlanır. Paşinyanın komandasında və yerlərdə istefalar davam edir.
“News.am” yazır ki, şənbə günü etiraz aksiyalarının iştirakçıları olan narazı kütlə Yerevandakı “Yerablur” hərbi qəbiristanlığına doğru yürüş edib və Paşinyanın ora gəlməsinə imkan verməyəcəkləri barədə fikir səsləndiriblər. Buna baxmayaraq, baş nazir və parlamentin sədrinin matəm yürüşünə qoşulması aksiya iştirakçılarının qəzəbinə səbəb olub. Eyni zamanda, Paşinyanın tərəfdarları və əleyhdarları arasında toqquşma baş verib. Yerli ekspertlərin fikrincə, baş nazir bilərəkdən belə bir qarşıdurmaya rəvac verib. Belə ki, onun tərəfdarları əvvəlcədən həmin əraziyə yerləşdirilib. Saytın yazdığına görə, yürüş zamanı Ermənistan parlamentinin sədri A.Mirzoyanın səhhəti qəfildən pisləşdiyindən hərbi panteona çatmayıb. Lakin Paşinyan daşqalaq edilsə də, qəbiristanlığa gedib çata bilib.
“Aysor.am” yazır ki, şənbə və bazar günləri Yerevanın mərkəzində kütləvi etiraz aksiyaları keçirilib. Erməni müxalifət partiyalarının nümayəndələri gələcək planlarını açıqlayıblar. “Daşnaksutyun” partiyasından olan İşxan Saqatelyan çıxışında həmvətənlərini çərşənbə axşamına planlaşdırılan ümumerməni tətilini dəstəkləməyə çağırıb: “22 dekabrda saat 12:00-da mitinq üçün Respublika meydanında toplaşacağıq, paralel olaraq hökumətin və digər nazirliklərin binalarını mühasirəyə alacağıq. Ermənistan ərazisində tətil və kütləvi itaətsizlik aksiyaları elan edirik. Çünki bu hökumətin fəaliyyəti yalnız fəlakət gətirir, dövlət əleyhinə, xalq əleyhinədir”.
Onun sözlərinə görə, matəm elan edən Nikol ondan da öz siyasi maraqları üçün istifadə edib: “Paşinyan kürsüsünü qorumaq üçün yenidən ölkəni qarşıdurmaya və böhrana aparır. Vətənin xilası naminə baş nazir vəzifəsindən uzaqlaşdırılmalıdır”. Bu arada “Aysor.am” yazır ki, dekabrın 21-də də Yerevanın mərkəzində mitinq-yürüşlər davam edib. Kütləvi aksiyada iştirak edənlər metronun işini pozublar. Regionlara gəlincə, bütün bölgələrdə vətəndaş itaətsizliyi aksiyaları davam edir.
Yeri gəlmişkən qeyd edək ki, regionlarda Paşinyana qarşı çıxanların açıq şəkildə cəzalandırılmasına başlanılıb. Belə ki, baş nazirə qarşı çıxış edən Gorusun meri Aruş Aruşanyan həsb edilib. Paşinyanın dekabrın 21-də Sünik vilayətinə səfəri ərəfəsində merin həbs edilməsi onun artıq əleyhdarlarına qarşı bütün səviyyələrdə amansız olacağını göstərir. “News.am” yazır ki, Paşinyanın Sünik səfəri zamanı da etiraz əlaməti olaraq vətəndaşlar yolları bağlayıblar.
“Panorama.am” yazır ki, ölkədə mövcud olan vəziyyəti dəyərləndirən beynəlxalq məsələlər üzrə mütəxəssis Suren Sarkisyan deyib ki, Ermənistan daxili, xarici, iqtisadi sahələrdə, hətta mənəvi və psixoloji cəhətdən də böhran dövrünü yaşayır: “Daxili siyasi böhran onsuz da mövcuddur. Zamanla dərinləşəcək və güclənəcək. “Vətəndaş müharibəsi” ifadəsindən çəkinirəm, amma tariximizdə cəmiyyətdə belə bir nifrət və dözümsüzlük həddinin olduğunu xatırlamıram. Ən azı qarşıdurmalar və iğtişaşlar baş verəcək”.
Onun sözlərinə görə bütün bunların qarşısını almaq üçün səriştəsiz hakimiyyət getməli və bütün sahələrə ixtisaslı kadrlar cəlb edilməlidir.
Göründüyü kimi, məğlub Ermənistanda vəziyyət gərginləşməkdə davam edir. Bir tərəfdən ona qarşı çıxanları həbs etdirən Paşinyanın digər tərəfdən öz tərəfdarlarını küçəyə çıxarması açıq şəkildə qarşıdurmaya rəvac verdiyini göstərir. Bu durum isə yaxın günlərdə vətəndaş müharibəsinə aparan qarşıdurmalar və iğtişaşların genişlənəcəyindən xəbər verir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxSosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52
YAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54
Sosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17
Gündəm
24 Aprel 12:16
YAP xəbərləri
24 Aprel 12:06
Gündəm
24 Aprel 11:52
YAP xəbərləri
24 Aprel 11:51
Siyasət
24 Aprel 11:50
Siyasət
24 Aprel 11:42
Siyasət
24 Aprel 11:36
Gündəm
24 Aprel 11:14
Gündəm
24 Aprel 10:56
İqtisadiyyat
24 Aprel 10:34
Gündəm
24 Aprel 10:33
Hadisə
24 Aprel 10:31
Sosial
24 Aprel 10:27
Hadisə
24 Aprel 10:27
İqtisadiyyat
24 Aprel 10:17
Sosial
24 Aprel 10:05
Dünya
24 Aprel 10:04
İqtisadiyyat
24 Aprel 09:52
Ədəbiyyat
24 Aprel 09:30
Analitik
24 Aprel 09:15
Yeni texnologiyalar
24 Aprel 08:59
Müsahibə
24 Aprel 08:32
Gündəm
24 Aprel 08:17
Dünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47

