Siyasi qarşıdurma məğlub Ermənistanı fəlakətə sürükləyir
16.12.2020 [09:22]
Etiraz aksiyalarını davam etdirən müxalifət mövcud hakimiyyətin devrilməsi üçün sona qədər gedəcəyini nümayiş etdirir
Məlum olduğu kimi, təcavüzkar siyasətinin qurbanı olan işğalçı Ermənistanın Azərbaycan qarşısında ağır məğlubiyyəti noyabrın 10-dan bu ölkədə sabitliyin pozulmasına gətirib çıxarıb. 1 aydan çoxdur ki, ölkənin hər yerində baş nazir Nikol Paşinyanın istefasını tələb edən vətəndaşlar müxalifətin təşkil etdiyi aksiyalara qoşularaq hakimiyyətə öz etirazlarını bildirirlər. Ermənistanın prezidentindən tutmuş sıravi vətəndaşına qədər bütün ölkə N.Paşinyanı istefaya çağırsa da, baş nazir son açıqlamaları ilə göstərib ki, hakimiyyətdən əl çəkmək fikri yoxdur. Belə ki, baş nazir funksiyalarını yerinə yetirməyə davam edəcəyini vurğulayan Paşinyan yalnız seçkilər yolu ilə hakimiyyətdən gedəcəyini deyib. Buna baxmayaraq, Ermənistan mətbuatının yazdığına görə, “Vətənin xilası naminə hərəkat”ın çağırışına qoşulan çoxsaylı vətəndaşlar Ermənistanın bütün vilayətlərində Paşinyanın istefası tələbi ilə vətəndaş itaətsizliyi aksiyalarını davam etdirirlər. “News.am” yazır ki, ölkənin ikinci şəhəri olan Gümrüdə narazı kütlə baş nazirin istefası tələbi ilə yürüş keçirib və şəhərin mərkəzində yolları bağlayıb. Paytaxtda da vətəndaşlar Alagöz-Artik kəsişməsinin yaxınlığında Vanadzor-Yerevan magistral yolunu bağlayıblar.
Qeyd edək ki, “Vətənin xilası naminə hərəkat” Yerevanın mərkəzində “Ləyaqət yürüşü” təşkil edib. “Aysor.am” saytı yazır ki, yürüş zamanı jurnalistlərin suallarını cavablandıran müxalifətin vahid namizədi Vazgen Manukyan baş nazirin başqa çıxış yolu qalmadığını, dərhal istefa verməli olduğunu deyib. V.Manukyan deyib ki, 5-6 ay sonra Paşinyan seçki keçirsə, ciddi pozuntular və saxtalaşdırmalar olacaq: “Paşinyan hakimiyyətdə qalmaq üçün hər vasitəyə əl atır. Ona görə də müxalifət indi seçki tələb etmir. Çünki müxalifət bu növbədənkənar seçkilərin saxtalaşdırılacağını bilir. Vətən xaini ya intihar edir, ya da vəzifədən gedir”.
“News.am”ın yazdığına görə, keçmiş ədliyyə naziri Arpine Ovannesyan hüquq-mühafizə orqanlarının əməkdaşlarını N.Paşinyanın göstərişlərini yerinə yetirməməyə çağırıb. “Daşnaksutyun” partiyasının idarə heyətinin üzvü İşxan Saqatelyan isə deyib ki, bu gün xalqın dəstəyindən istifadə etdiyini deyənlər xalqın ləyaqətini təhqir edirlər: “Bu ölkədə ilk dezinformasiya yayan da Nikoldur. Nikol artıq siyasi cəhətdən mövcud deyil. Getməsə, vəzifə ondan azad ediləcək”.
Onun sözlərinə görə, Paşinyan hakimiyyətdə qalmaq üçün bütün vasitələrə əl atır və onun 19 dekabrda elan etdiyi üç günlük matəmin məqsədi də kütləvi etiraz aksiyalarının qarşısını almaqdır.
Onu da vurğulayaq ki, N.Paşinyan xalqın iradəsi ilə seçildiyini bəhanə edərək istefa verməsə də, xalqdan qorxduğunu nümayiş etdirib. “Panorama.am” yazır ki, Yerevanda müxalifət tərəfindən təşkil edilən yürüşün iştirakçıları Ərəbkir inzibati ərazisindən şəhərin mərkəzi küçələri ilə Respublika meydanındakı Ermənistan hökumətinin binasına doğru yaxınlaşarkən 10-dan çox maşının, polis və təhlükəsizlik xidmətinin silahlı zabitlərinin müşayiəti ilə Paşinyan hökumət binasından qaçıb.
Beləliklə, müxtəlif bəhanələrlə öz hakimiyyətinin ömrünü uzatmaq istəyən baş nazirin ciddi müqavimətini dəyərləndirən yerli ekspertlərin qənaətlərinə görə, Paşinyanın inadkarlığı məğlub Ermənistanı fəlakətə sürükləyir. Çünki vətəndaş itaətsizliyi aksiyalarını davam etdirən müxalifət ritorikasını daha da sərtləşdirir və mövcud hakimiyyətin devrilməsi üçün sona qədər gedəcəyini nümayiş etdirir.
Qaşqay
Xəbər lenti
Hamısına baxDünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38

