Məğlub Ermənistanda anarxiya: yeni toqquşmalar gözlənilir
11.12.2020 [09:33]
Məlum olduğu kimi, Azərbaycanın qarşısında ağır məğlubiyyətə düçar olan işğalçı Ermənistanda xaos vəziyyəti davam etməkdədir. Belə ki, məğlub ölkənin əhalisi və müxalifət hökumətin istefası tələbi ilə noyabrın 10-dan başlayan etiraz aksiyalarını davam etdirir. Müxalifət tərəfindən yaradılan “Vətənin xilası naminə hərəkat”ın ultimatumuna məhəl qoymayan baş nazir parlamentdə çıxışı zamanı istefadan bəhs etməyib. Xatırladaq ki, hökumətin istefasına nail olmaq üçün müxalifətin çağırışı ilə ölkənin bütün vilayətlərində 8 dekabrdan başlayan vətəndaş itaətsizliyi aksiyaları davam edir. Qeyd edək ki, sözügedən hərəkatın paytaxt Yerevanda da etiraz aksiyaları genişlənir. Belə ki, dekabrın 9-da Ermənistan parlamentinin binası qarşısında aksiya keçirən etirazçılar ayın 10-da saat 11-də hökumət binasını mühasirəyə alıblar. “Aysor.am” yazır ki, səhər tezdən çox sayda polis qüvvələri hökumət binasının qarşısında cəmləşib. Daha sonra vətəndaşlar Azadlıq meydanına yönəliblər və burada aksiyanı başa çatdırıblar. Buna qədər isə “Daşnaksutyun” partiyasının tələbə birliyinin bir qrup üzvü “Xain, get!” şüarı səsləndirərək hökumət binasının girişində N.Paşinyanı yumurta atəşinə tutub. Erməni mediası yazır ki, baş nazirin parlament və hökumət binasına gediş-gəlişi zamanı onun mühafizəçiləri etirazçılara silah tuşlayıblar. Bu fakt ondan xəbər verir ki, vəziyyət gərginləşsə, Paşinyan xalqa atəş açmaqdan çəkinməyəcək.
Yeri gəlmişkən, Paşinyanın komandasında istefalar da davam edir. Belə ki, Ararat vilayətinin qubernatoru Qarik Sarkisyan istefa verib. Bununla yanaşı, hakim “Mənim addımım” blokundan olan daha bir deputat mandatından imtina edib. “Armeniasputnik.am”ın məlumatına görə, Ermənistan parlamentinin sədr müavini Lena Nazaryan deputat Aram Xaçatryanın artıq istefa ərizəsini yazdığını təsdiq edib.
Bu arada mövcud vəziyyəti şərh edən müxalif “Vətən” partiyasının sədri, Artur Vanetsyan deyib ki, Paşinyan getməlidir: “Başqa yol yoxdur. Vətəndaş itaətsizliyi aksiyaları, iki katolikosun, prezidentin, müxtəlif siyasi, ictimai xadimlərin və şəhər merlərinin açıqlamaları göstərir ki, Paşinyanın getməsi üçün yüz faiz konsensus mövcuddur”. “Aysor.am”ın yazdığına görə, A.Vanetsyan müxalifətin yeni şüarını da elan edib: “Paşinyansız yen il”. Hakim komanda daxilindən Ermənistan parlamentinin sədri Ararat Mirzoyanın baş nazir postuna məqbul namizəd ola biləcəyi sualını cavablandırarkən A.Vanetsyan deyib ki, baş nazir Nikol Paşinyan qərar qəbul etmək iqtidarında deyil: “Bu, onun ən böyük problemi idi. Paşinyan manipulyasiyanı davam etdirərək insanları aldatmağa çalışır”.
“Vətənin xilası naminə hərəkat”ın baş nazir postuna namizədi Vazgen Manukyan isə ölkənin telekanallarına müsahibəsində bildirib ki, Paşinyanın gedişi qaçılmazdır: “Məsələ buradan getməmişdən əvvəl dövlətə və insanlara nə qədər zərər verəcəyi ilə bağlıdır. Paşinyandan bu hallarda qurtula bilərik: ya özü istefa verib gedəcək, bu ehtimal az olsa da, amma istisna etmirəm. İkincisi, partiyadaşları etimadsızlıq göstərmək yolu ilə onu kənarlaşdıra bilərlər”.
Məğlub Ermənistanda mövcud vəziyyəti dəyərləndirən ekspertlər Paşinyan hakimiyyətinin müqavimətinin davam etdiyi təqdirdə növbəti günlərdə iğtişaşların genişlənəcəyi və toqquşmaların qaçılmaz olduğu qənaətində həmfikirdirlər.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxGündəm
22 Aprel 11:36
İqtisadiyyat
22 Aprel 11:34
Elm
22 Aprel 11:33
Sosial
22 Aprel 11:33
Gündəm
22 Aprel 11:20
İqtisadiyyat
22 Aprel 11:16
Siyasət
22 Aprel 10:58
Gündəm
22 Aprel 10:35
Dünya
22 Aprel 10:16
Analitik
22 Aprel 10:12
Siyasət
22 Aprel 10:04
Gündəm
22 Aprel 09:57
Ədəbiyyat
22 Aprel 09:30
Analitik
22 Aprel 09:14
Sosial
22 Aprel 08:56
Sosial
22 Aprel 08:32
YAP xəbərləri
21 Aprel 23:53
Dünya
21 Aprel 23:35
Dünya
21 Aprel 23:11
İqtisadiyyat
21 Aprel 22:58
Dünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19
Dünya
21 Aprel 20:57
Dünya
21 Aprel 20:35
Siyasət
21 Aprel 20:31
Dünya
21 Aprel 20:25
Dünya
21 Aprel 19:41
Dünya
21 Aprel 19:16
Dünya
21 Aprel 18:20
Analitik
21 Aprel 17:54
Maraqlı
21 Aprel 17:39
Dünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16

