Paşinyanın ətrafında halqa daralır
04.12.2020 [08:57]
Ermənistanda müxalifət genişmiqyaslı aksiyalara start verib
Məğlub Ermənistanda hakimiyyətsizlik və xoas vəziyyəti özünün növbəti mərhələsinə qədəm qoyub. Belə ki, müxalifətin tələbləri qarşısında mövcud hökumətin “Ermənistan Respublikasında hərbi vəziyyət elan edilməsi haqqında” qərarında dəyişikliklər etməsi kütləvi etiraz aksiyalarına qoyulan məhdudiyyəti aradan qaldırdığı üçün əhali küçələrə axışıb. Kütləvi etiraz aksiyaları təkcə Yerevanda deyil, digər şəhərlərdə də, hətta baş nazir Nikol Paşinyanın vətəni İcevanda da baş tutub və etirazçılar İcevan-Yerevan yolunu bağlayıblar.
Ermənistan mediasının yazdığına görə, kütləvi aksiyalara qoyulan qadağanın aradan qaldırılmasını fürsət bilən hökumətin əleyhdarları da artıq Paşinyanı devirmək üçün gələcək planlarını elan ediblər. “Aysor.am” yazır ki, dekabrın 2-də N.Paşinyanın istefası tələbi ilə keçirilən “Ləyaqət yürüşü” zamanı müxalifət ölkədə vətəndaş itaətsizliyi aksiyalarının genişləndirilməsinin vacibliyini bəyan edib. Bu məqsədlə dekabrın 3-dən etibarən Yerevanın müxtəlif küçələrində itaətsizlik aksiyalarına start verilib. Bu barədə məlumat verən “Daşnaksutyun” partiyasının nümayəndəsi Qor Sarkisyanın sözlərinə görə, küçələri bağlamaqla N.Paşinyana Ermənistanda ona yer olmadığını göstərmək lazımdır.
“News.am” yazır ki, sözgedən partiyanın digər nümayəndəsi Artsvik Minasyan jurnalistlərə açıqlamasında deyib ki, hədəfləri normal fəaliyyət göstərəcək keçid hökuməti qurmaqdır: “Təəssüf ki, hakimiyyət bunu anlamır, əksinə cəmiyyətdə parçalanmaya səbəb olur. N.Paşinyan özünün provokasiyaları ilə ölkəni müharibəyə cəlb etdi, bu gün özünü müdafiə üçün absurd açıqlamalar verir. Paşinyan vəzifəsini davam etdirmək üçün mümkün olan bütün məhdudiyyətləri saxlamağa hazırdır. Bizim əsas vəzifəmiz bu satqını vəzifədən kənarlaşdırmaq olmalıdır”.
Onun sözlərinə görə, xalq ardıcıl şəkildə müqavimət göstərsə, Paşinyan rejimi getməyə məcbur olacaq: “Xalq tələb edərsə, o zaman bu satqın hakimiyyətdən konstitusiya yolu ilə uzaqlaşdırılacaq və qanunla müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə cəlb olunacaq. Bundan sonra layiqli bir hökumət qura biləcəyik”. A.Minasyan növbəti mitinqdə 17 partiyanın yeni hökumətin qurulması ilə bağlı planlarının, hətta baş nazir postuna namizədin adının açıqlanacağı barədə də məlumat verib.
Digər müxalifət partiyasının nümayəndəsi isə növbəti mitinqə qədər gözləmədən Paşinyanın yerinə namizədin adını açıqlayıb. Belə ki, “Vətən” partiyasının idarə heyətinin üzvü Robert Harutyunyan Rusiyanın “RBK” telekanlına verdiyi açıqlamada deyib ki, baş nazir postuna müxalifətin yeganə namizədi keçmiş baş nazir və müdafiə naziri Vazgen Manukyan olacaq. Qeyd edək ki, müxalifətin keçid hökumətinə vahid namizədi V.Manukyan hələ 27 oktyabrda hökuməti istefaya və hakimiyyəti orduya təhvil verməyə çağırmışdı.
Onu da bildirək ki, Paşinyanın istefasını təkcə siyasi qüvvələr deyil, ictimaiyyətin nümayəndələri də tələb edirlər. Belə ki, mədəniyyət və elm xadimləri ölkədə normal hakimiyyətin mövcud olmadığını elan ediblər. “Tert.am” yazır ki, mədəniyyət xadimi Tiqran Yekekyan keçirdiyi mətbuat konfransında deyib ki, bu gün ölkədə bütün sahələrdə qeyri-müəyyənlik və mütləq bir siyasi böhran var. Onun sözlərinə görə, müharibədə məğlub olanlar, adətən, dərhal istefaya gedir: “Paşinyan - siyasi meyitdir və mütləq istefa verməlidir”.
Beləliklə, Paşinyanın istefa verməsində israrlı olan müxalifət Ermənistanın gələcəyinin onunla bağlı olmadığını iddia edir. “Joxovurd” qəzetinin yazdığına görə, Paşinyanın istefasına nail olmaq üçün müxalifət yaxın gələcəkdə taktikanı dəyişəcək. Qəzet öz mənbələrinə istinadən yazır ki, Yerevanda mitinqlərdən əlavə, xüsusi görüşlər keçirmək, mediada aktiv olmaq və kiçik qruplar halında yolları bağlamaq barədə qərara gəliblər.
Buna baxmayaraq, müşahidəçilərin fikrincə, öz hakimiyyətini ölkədə hərbi vəziyyət rejiminin saxlanması ilə qorumağa çalışan N.Paşinyan bundan sonra da güc strukturlarının köməyi ilə Ermənistanda etiraz aksiyalarının qarşısını almağa cəhd edəcək. Kütləvi aksiyalara polisin müdaxiləsinin müşayiət olunması isə onsuz da hakimiyyət böhranı baş verən işğalçı ölkədə ciddi qarşıdurmaların da gözlənildiyindən xəbər verir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13
Siyasət
22 Aprel 19:56
Xəbər lenti
22 Aprel 19:45
Dünya
22 Aprel 19:31
Dünya
22 Aprel 19:17
Siyasət
22 Aprel 18:53
Hadisə
22 Aprel 18:38
Müsahibə
22 Aprel 18:25
Dünya
22 Aprel 17:41
Gündəm
22 Aprel 17:37
Sosial
22 Aprel 17:32
Sosial
22 Aprel 17:08
Xəbər lenti
22 Aprel 17:08
Siyasət
22 Aprel 17:06
Sosial
22 Aprel 17:04
Sosial
22 Aprel 17:00
İqtisadiyyat
22 Aprel 16:58
Siyasət
22 Aprel 15:06
Gündəm
22 Aprel 15:06
Sosial
22 Aprel 14:46
Gündəm
22 Aprel 14:30
Siyasət
22 Aprel 14:21
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:14
Siyasət
22 Aprel 14:14
Gündəm
22 Aprel 13:15
Siyasət
22 Aprel 13:15
Sosial
22 Aprel 13:03
Siyasət
22 Aprel 12:49
Gündəm
22 Aprel 12:25
İqtisadiyyat
22 Aprel 12:20
YAP xəbərləri
22 Aprel 12:12
Gündəm
22 Aprel 11:50
Gündəm
22 Aprel 11:36
İqtisadiyyat
22 Aprel 11:34

