Azərbaycanın qarşısında ağır məğlubiyyətə uğrayan işğalçı Ermənistanda xaos hökm sürür
11.11.2020 [09:32]
Təcavüzkar və məğlub ölkənin paytaxtı İrəvanda vəziyyət gərgin olaraq qalır, siyasi qüvvələr mövcud hökumətə qarşı etiraz aksiyalarını davam etdirirlər
Azərbaycanın qarşısında ağır məğlubiyyətə uğrayan işğalçı Ermənistanda xaos hökm sürürş Təcavüzkar və məğlub ölkənin paytaxtı İrəvanda vəziyyət gərgin olaraq qalır, siyasi qüvvələr mövcud hökumətə qarşı etiraz aksiyalarını davam etdirirlər. Yeri gəlmişkən, Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağla bağlı bəyanatı imzaladığı barədə sosial şəbəkə vasitəsilə məlumat verdikdən sonra Ermənistan vətəndaşları hökumət binasına hücum ediblər. Bu ölkə mətbuatının yazdığına görə, etirazçılar hökumət və parlament binalarını ələ keçiriblər.
“News.am” yazır ki, həmin gecə “Çiçəklənən Ermənistan”, “Vətən” və “Daşnaksutyun” partiyalarının liderləri baş nazir N.Paşinyanı və müdafiə naziri D.Tonoyanı hadisələrin bu vəziyyətə çatmasında günahkar bildikləri üçün ölkədə hakimiyyəti təhvil almaq tələbi ilə Ermənistan silahlı qüvvələri baş qərargah rəisi Onik Qasparyanla görüşüblər. Nəşr yazır ki, görüş zamanı ölkədəki vəziyyət müzakirə edilib. Baş qərargah rəisinin bu təklifi qəbul etməməsindən sonra partiya rəhbərləri tərəfdaş siyasi qüvvələrlə məsləhətləşdikdən sonra mövcud vəziyyətdən çıxış yolu ilə bağlı təkliflərlə çıxış edəcəklərini bəyan ediblər. Bununla yanaşı, parlamentdə təmsil olunan müxalifət partiyaları isə N.Paşinyanın Qarabağla bağlı razılaşmalarda iştirakını ləğv etmək üçün ölkə parlamentinin iclasını çağırmaq üçün imza toplamağa başlayıb. Müxalifət qüvvələri baş nazirin və müdafiə nazirinin istefasını tələb edirlər.
“Panorama.am” isə yazır ki, bütün ermənilərin katolikosu II Qaregin N.Paşinyandan xalqa ağlabatan və hərtərəfli izahatlar təqdim etməyə çağırıb.
Ermənistanın paytaxtı Yerevanda keçirilən etiraz aksiyaları zamanı isə Baqramyan prospektində yolu bağlanıb, nümayişçilər parlamentin binasının qarşısına toplaşıblar. Həmin əraziyə çoxlu sayda polis qüvvələri cəlb olunub. Qeyd edək ki, Ermənistan paytaxtında vəziyyət gərgin olaraq qalır və siyasi qüvvələr mövcud hökumətə qarşı etiraz aksiyalarını davam etdirəcəklərini bəyan edirlər.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

