İşğalçı Ermənistanda tam xaos hökm sürür
05.11.2020 [08:23]
Müşahidəçilərin fikrincə, ölkəni sosial-iqtisadi fəlakətə sürükləyən Nikol Paşinyan hakimiyyət daxilindəki qüvvələr və klanlar arasındakı ziddiyyətlərin qarşısını almaqda da acizdir
Artıq 1 aydan çoxdur ki, davam edən müharibə işğalçı Ermənistanda faktiki olaraq ictimai-siyasi və sosial-iqtisadi böhran vəziyyətinin yaranmasına gətirib çıxarıb. Təcavüzkar dövlətin silahlı qüvvələrinin Azərbaycan Ordusunun qarşısında məğlubiyyətə uğraması Paşinyan hökumətini çıxılmaz vəziyyətə salıb. Qeyd edək ki, saxta erməni təbliğatının uzun illərdir Ermənistan əhalisində “güclü ordu” barədə yaratdığı mif də tamamilə dağılıb. Olduqca acınacaqlı duruma düşən Paşinyan hakimiyyəti nə cəbhədə məğlubiyyətin, nə də ölkədə müşahidə edilən sosial-iqtisadi tənəzzülün qarşısını ala bilir. İşğalçı ölkənin ümidi, yalnız xaricdən gələn yardımlara qalıb.
Ermənistan mətbuatının yazdığı və sosial şəbəkələrdə yer alan faktlara görə, bu ölkənin işğalçı ordusu canlı qüvvə sarıdan da əziyyət çəkdiyi üçün insanlar küçədən və evlərindən silah gücünə hərbi komissarlıqlara, oradan isə birbaşa döyüşə aparılır. Çünki ölkədə kütləvi itaətsizlik və fərarilik baş alıb gedir. Parlamentdə təmsil olunan “Çiçəklənən Ermənistan” partiyasının deputatı Qevork Petrosyan öz “Facebook” hesabında hökumətdən yaranmış vəziyyyətə görə hesabat verməyi tələb edib. Deputat yazıb ki, orduda geyim, silah, ərzaq çatışmır və yaranan acınacaqlı duruma görə birbaşa baş nazir məsuliyyət daşıyır.
Yeri gəlmişkən, qeyd edək ki, Ermənistanda son günlər cəbhədə ölənlərlə bağlı məlumat verilməməsi də cəmiyyətdə narazılıq yaradıb. “Hraparak” qəzeti yazır ki, son 4 gün ərzində erməni tərəfdən itki olub-olmamasının və öldürülənlər barədə niyə məlumat verilməməsinin aydınlaşdırılması üçün Müdafiə Nazirliyinə (MN) sorğu göndərilib. MN-in mətbuat katibi Şuşan Stepanyan bunun səbəbini “Cəsədlərin tanınması ilə bağlı problem var” deyə izah edib. Bu məsələ ilə bağlı sosial şəbəkələrdə qızğın müzakirələr aparılır. Mediada və sosial şəbəkələrdə yer alan digər məlumatlara görə, Ermənistanda insanlar, təkcə ordunun məğlubiyyəti, ölkədəki hərc-mərclik, özbaşınalıqdan deyil, sosial-iqtisadi duruma görə də mövcud hakimiyyətdən narazıdırlar.
Xatırladaq ki, Ermənistanda 2021-ci ilin dövlət büdcəsinin müzakirəsində hökumətdə çalışanların maaşlarına əlavə mükafatın nəzərdə tutulması da həm parlament üzvləri, həm də vətəndaşlar arasında narazılığa səbəb olub. “News.am” yazır ki, məmurlara mükafat üçün 40 milyon dollar ayrılması 2021-ci il üçün dövlət büdcəsi layihəsinin müzakirə olunduğu parlamentin iclasında gərginlik yaradıb. Belə ki, hətta hakim partiyada olan deputat, İqtisadi məsələlər komissiyasının sədri Babken Tunyan da dövlət məmurlarına verilən mükafatlar məsələsini qaldırıb və dövlət aparatındakı mükafatlar üçün 18 milyard 825 milyon dram (təqribən 40 milyon dollar) vəsaitin ayrılmasının planlaşdırılmasını yanlış hesab edib. Deputat haqlı olaraq ölkədə müharibə getdiyi bir dövrdə maliyyə naziri Atom Cancuqazyandan mükafatların hansı məntiqlə verildiyini soruşub. Qeyd edək ki, müzakirələrdə iştirak edən baş nazirin müavini Mher Qriqoryan jurnalistlərə verdiyi açıqlamada hərbi vəziyyətin iqtisadiyyata ciddi təsiri olduğunu, büdcə gəlirləri və dövlət borcu sahəsində gərginliyin mövcudluğunu etiraf edib. Ermənistanın maliyyə naziri A.Cancuqazyan da qanun layihəsinin müzakirəsi zamanı 2020-ci ili “böhran ili” kimi qiymətləndirib.
Hökumət üzvlərinin etiraflarından da göründüyü kimi, işğalçı Ermənistanda əhalinin gündən-günə ağırlaşan sosial-iqtisadi durumdan narazı olması əbəs deyil. Belə ki, hazırda Ermənistanda ərzaq da daxil olmaqla, əksər məhsulların qiymətində artım müşahidə olunur ki, bu da onsuzda ciddi sıxıntılar içində olan sıravi insanların vəziyyətini daha da ağırlaşdırır.
Qeyd edək ki, son günlər işğalçı Ermənistanda ziddiyyətlər daha da kəskin xarakter alıb. Hakimiyyət daxilində olan qüvvələr, hətta klanlar arasında qarşıdurma o qədər kəskinləşib ki, ölkədə tam xaos hökm sürür. Müşahidəçilərin fikrincə, ölkəni sosial-iqtisadi fəlakətə sürükləyən Nikol Paşinyan hakimiyyət daxilindəki qüvvələr və klanlar arasındakı qarşıdurmanın qarşısını almaqda acizdir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
21 Aprel 23:53
Dünya
21 Aprel 23:35
Dünya
21 Aprel 23:11
İqtisadiyyat
21 Aprel 22:58
Dünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19
Dünya
21 Aprel 20:57
Dünya
21 Aprel 20:35
Siyasət
21 Aprel 20:31
Dünya
21 Aprel 20:25
Dünya
21 Aprel 19:41
Dünya
21 Aprel 19:16
Dünya
21 Aprel 18:20
Analitik
21 Aprel 17:54
Maraqlı
21 Aprel 17:39
Dünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28

