Ermənistan müharibə cinayətlərini davam etdirir
15.09.2020 [08:49]
Ekspertlərin qeyd etdikləri kimi, təcavüzkar dövlət qeyri-qanuni məskunlaşdırma siyasəti həyata keçirməklə işğal etdiyi Azərbaycan ərazilərində demoqrafik vəziyyəti dəyişməyə çalışır
Məlum olduğu kimi, Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarında qeyri-qanuni məskunlaşdırma siyasətini davam etdirməkdədir. Belə ki, Livandan gətirilən erməni ailələrin işğal altındakı Dağlıq Qarabağda yerləşdirilməsi faktları təsdiqlənir. Artıq onların Azərbaycan xalqı üçün böyük tarixi və mənəvi əhəmiyyətə malik Şuşa şəhərində yerləşdirilməsi barədə məlumatlar yayılıb. Qeyd etmək lazımdır ki, 1949-cu il Cenevrə Konvensiyası və ona əlavə Protokollara zidd olan bu köçürməni həyata keçirməkdə Ermənistanın əsas məqsədi Azərbaycanın işğal olunmuş ətraf rayonlarının etnik strukturunu, demoqrafik vəziyyətini öz lehinə dəyişməkdir. Bununla yanaşı, Ermənistanın Suriya və Livandan işğal olunmuş ərazilərə köçürülmüş insanları silahlı muzdlular kimi də istifadə etməsi əsas məqsədlərdəndir.
Ümumiyyətlə, beynəlxalq hüquqa əsasən, işğalçı dövlət tərəfindən zəbt olunmuş ərazilərdə məskunlaşma siyasətinin aparılması müharibə cinayəti kimi tövsif edilməlidir. Yeri gəlmişkən, məsələyə münasibət bildirən Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib ki, Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirilən qeyri-qanuni məskunlaşdırma siyasətinin heç bir hüquqi qüvvəsi yoxdur. Onun sözlərin görə, bu addımlar, eyni zamanda, BMT-nin məlum qətnamələrinə və beynəlxalq hüquqa zidd əməllərdir. “Azərbaycan torpaqlarını işğal edən ermənilər indi orada qeyri-qanuni olaraq məskunlaşma siyasətini həyata keçirirlər. Eyni zamanda, bizim dini, tarixi abidələrimizi dağıdaraq məhv edirlər. Bu da onu göstərir ki, Ermənistan vandalizmlə məşğuldur”, - deyən deputat əlavə edib ki, beynəlxalq qurumlar Ermənistanı qeyri-qanuni əməllərdən çəkindirmək üçün işğalçı dövlətə təzyiq göstərməli və bu proseslərin qarşısı qəti surətdə alınmalıdır.
“Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəylinin sözlərinə görə, işğal altında olan Azərbaycan ərazilərinin məskunlaşdırılması Nikol Paşinyan hakimiyyətinin əsas hədəflərindən biridir: “O, bununla ilk növbədə işğal altında olan Azərbaycan torpaqlarında tərəfdarlarının sayını artırmaq niyyətindədir. Hələlik isə Paşinyan rejiminin təmsilçiləri Azərbaycanın beynəlxalq müstəvidə səslənən etirazlarına cavab olaraq klassik erməni yalanlarına əl atmağı məqbul hesab edirlər”.
E.Mirzəbəyli ATƏT-in Minsk qrupunun həmsədrlərinin məsələyə səssiz qalmasının təəssüf doğurduğunu bildirib: “Görünür, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinə maneə yaradan amillərin aradan qaldırılması üçün birbaşa məsuliyyət daşıyan ATƏT-in Minsk qrupunun həmsədrlərinin də danışmaq niyyətləri yoxdur. Halbuki işğal altında olan Azərbaycan ərazilərinin qanunsuz məskunlaşdırılması Ermənistanın işğala son qoymaq, sülh danışıqlarını davam etdirmək niyyətində olmadığını, əksinə, prosesi dalana dirəmək, mövcud status-kvonu qoruyub saxlamaq üçün bütün vasitələrə əl atacağını bir daha sübuta yetirir”.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Dünya
22 Aprel 20:58
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13
Xəbər lenti
22 Aprel 19:45
Dünya
22 Aprel 19:31
Dünya
22 Aprel 19:17
Siyasət
22 Aprel 18:53
Hadisə
22 Aprel 18:38
Müsahibə
22 Aprel 18:25
Dünya
22 Aprel 17:41
Gündəm
22 Aprel 17:37
Sosial
22 Aprel 17:32
Sosial
22 Aprel 17:08
Xəbər lenti
22 Aprel 17:08
Siyasət
22 Aprel 17:06
Sosial
22 Aprel 17:04
Sosial
22 Aprel 17:00
İqtisadiyyat
22 Aprel 16:58
Gündəm
22 Aprel 16:28
Siyasət
22 Aprel 15:06
Gündəm
22 Aprel 15:06
Sosial
22 Aprel 14:46
Gündəm
22 Aprel 14:30
Siyasət
22 Aprel 14:21
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:14
Siyasət
22 Aprel 14:14
Gündəm
22 Aprel 13:15
Siyasət
22 Aprel 13:15
Sosial
22 Aprel 13:03
Siyasət
22 Aprel 12:49
Gündəm
22 Aprel 12:25
İqtisadiyyat
22 Aprel 12:20
YAP xəbərləri
22 Aprel 12:12
Gündəm
22 Aprel 11:50
Gündəm
22 Aprel 11:36
İqtisadiyyat
22 Aprel 11:34
Elm
22 Aprel 11:33
Sosial
22 Aprel 11:33
Gündəm
22 Aprel 11:20
İqtisadiyyat
22 Aprel 11:16
Siyasət
22 Aprel 10:58
Gündəm
22 Aprel 10:35
Dünya
22 Aprel 10:16
Siyasət
22 Aprel 10:14
Analitik
22 Aprel 10:12
Siyasət
22 Aprel 10:04
Gündəm
22 Aprel 09:57
Ədəbiyyat
22 Aprel 09:30
Analitik
22 Aprel 09:14
Sosial
22 Aprel 08:56
Sosial
22 Aprel 08:32
YAP xəbərləri
21 Aprel 23:53
Dünya
21 Aprel 23:35
Dünya
21 Aprel 23:11
İqtisadiyyat
21 Aprel 22:58
Dünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19

