Paşinyan mürəkkəb situasiya qarşısında: hökumətə yönəlik istefa tələbləri artır
11.09.2020 [23:52]
İşğalçı Ermənistanda hakimiyyətlə müxalifət arasında gərginlik şiddətlənir, ölkədə yeni xaos mühiti formalaşır
Məlum olduğu kimi sosial-iqtisadi böhran girdabında olan Ermənistanda problemlərin həllində heç bir ciddi addım atmayan Paşinyan hakimiyyətinə yönəlik etirazlar səngimək bilmir. Erməni mediasının yazdığına görə, ölkədə fövqəladə vəziyyət rejiminin mövcud olmasına baxmayaraq, paytaxt İrəvanda sosial və digər tələblərlə hər gün bir yox, bir neçə etiraz aksiyası keçirilir. Son dövrlərdə daxili gərginliyin artması isə artıq müxalif siyasi partiyalar tərəfindən hökumətinistefası tələbi iləkütləvi aksiyalarınkeçirilməsini gündəmə gətirib.
Yuxarıda qeyd edildiyi kimi, İrəvanda hər gün bir neçə etiraz aksiyası təşkil edilir. Onlardan biri də sabiq prezident Robert Koçaryanın haqqında açılan cinayət işinin ləğv edilməsi ilə bağlı olub. “Panorama.am” saytı yazır ki, eks-prezidentin tərəfdarları İrəvandakı birinci instansiya məhkəməsinin Şengavit rayonundakı binası qarşısında mitinq keçiriblər. Belə ki, bir aylıq fasilədən sonra konstitusiya quruluşunun devrilməsi iddiası ilə bağlı dinləmələr sentyabrın 9-da hakim Anna Danibekyanın sədrliyi ilə başlayıb. Qeyd edək ki, aksiya iştirakçıları əllərində baş nazir N.Paşinyanın fotoşəkilləri olan plakatları tutaraq “Nikol qatildir” şüarları səsləndiriblər.
Yerli medianın yaydığı digər xəbərə görə, Ermənistan paytaxtında keçirilməsi nəzərdə tutulan növbəti mitinqdə hökumətin istefası tələbi qoyula bilər. Məlumata əsasən, bu yaxınlarda hakimiyyətə müxalif “Vətən”, “Çiçəklənən Ermənistan” və “Daşnaksutyun” partiyalarının birgə mitinqinin baş tutacağı istisna edilmir. Belə ki, “Çiçəklənən Ermənistan” partiyasının parlament fraksiyasının üzvü İveta Tonoyan “aysor.am”a verdiyi açıqlamada mitinq tarixinin partiya sədri Qaqik Çarukyanın regionlardakı görüşlərini başa vurduqdan sonra açıqlanacağını söyləyib. Digər iki partiyanın mitinqdə iştirakına gəlincə, İ.Tonoyan üçlük formatında birgə aksiyanınbaş tutacağını istisna etməyib. “Vətən” partiyasının idarə heyətinin üzvü Arsen Babayan isə deyib ki, üç partiya üçün əsas və prioritet gündəm Paşinyanın rəhbərlik etdiyi hakimiyyətin istefasıdır.
“Daşnaksutyun” ali şurasının nümayəndəsi Artsvik Minasyan isə “aysor.am”a verdiyi açıqlamada partiyanın birgə mitinqdə iştirak edəcəyini təsdiq edib. Ölkədə ciddi probelmlərdən əziyyət çəkən vətəndaşlara dəstək vermək üçün birgə mitinqlərin vacibliyini qeyd edən partiya finksioneri həm xarici, həm də daxili cəbhədə hakimiyyətin səriştəsiz siyasəti nəticəsində ölkənin üzləşdiyi çətinliklər və təhdidlərin bunu zəruriləşdirdiyini deyib. Onun sözlərinə görə, mövcud hakimiyyət vəzifəsinin öhdəsindən gələ bilmir: “Buna görə də ölkədə islahatlar üçün real vəziyyət yaratmağı bacaran və xalq tərəfindən qurulan yeni hökumətə ehtiyac var”.
Hakimiyyətə müxalif olanların sayı bununla bitmir. “News.am”ın yazdığına görə, jurnalistlərlə görüşdə “Milli cəbhə” təşkilatının rəhbəri Gevork Gevorkyan deyib ki, Ermənistana xidmət göstərməyə razı olmayanlar və xarici sifarişləri yerinə yetirənlərin hakimiyyətdə qalmaq haqqı yoxdur və onlar getməlidirlər. Onun sözlərinə görə, rəhbərlik etdiyi təşkilat artıq iki ildir ki, dövlətin əleyhinə yönəlmiş xarici qüvvələrin hərəkətlərini ictimaiyyətə çatdırmağa çalışır: “Bu gün çox vaxtımız yoxdur, çünki sabah gec ola bilər. Vətəndaşları ölkənin və gələcək nəsillərin taleyi üçün məsuliyyəti öz üzərlərinə götürməyə çağırıram”.
İki il əvvəl hakimiyyəti əldən verən Respublikaçı partiyanın sədr müavini Armen Aşoytan isə hökumətin idarəetmə sahəsində buraxdığı səhvlərin, artan sosial-iqtisadi problemlərin cəmiyyətdə daxili gərginlik yaratdığı üçün yaxın vaxtlarda siyasi proseslərin aktivləşəcəyini bəyan edib: “Sonda “Nikolsuz Ermənistan” hədəfinin reallaşa biləcəyinə şübhə yoxdur. İctimai narazılığın potensial enerjisi siyasi inkişafın kinetik enerjisinə çevrilə bilər”.
Beləliklə, yerli ekspertlərin və medianın ümumi qənaətinə görə, cəmiyyətdəki narazılığın kəskinləşməsi ölkədaxili siyasi gərginliyin daha da artmasına təkan verə, hökumət əleyhinə kütləvi aksiyaların baş tutması isə Paşinyan hakimiyyətinin sonunu gətirə bilər. Bir sözlə, Paşinyan olduqca mürəkkəb situasiya qarşısındadır.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
21 Aprel 23:53
Dünya
21 Aprel 23:35
Dünya
21 Aprel 23:11
İqtisadiyyat
21 Aprel 22:58
Dünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19
Dünya
21 Aprel 20:57
Dünya
21 Aprel 20:35
Siyasət
21 Aprel 20:31
Dünya
21 Aprel 20:25
Dünya
21 Aprel 19:41
Dünya
21 Aprel 19:16
Dünya
21 Aprel 18:20
Analitik
21 Aprel 17:54
Maraqlı
21 Aprel 17:39
Dünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28

