Ermənistanda mövcud böhran daha da dərinləşir
14.08.2020 [11:32]
Koronavirus pandemiyası və digər problemlər qarşısında adekvat addımlar ata bilməyən Paşinyan hakimiyyəti heç bir iş görmək iqtidarında deyil
Məlum olduğu kimi, Ermənistanda fövqəladə vəziyyət rejiminin 5-ci dəfə uzadılması ölkə daxilində birmənalı qarşılanmayıb. Ermənistanın sıravi vətəndaşlarından tutmuş parlament üzvlərinə qədər hər kəs neçə aydır heç bir effekt verməyən fövqəladə vəziyyət rejiminə qarşı çıxırlar. Ermənistanda keçirilən etiraz aksiyalarında da işsizlikdən əziyyət çəkən əhalinin daha bərbad vəziyyətə düşməsinə, xaricə işləməyə getmək istəyənlərə mane olmasına, ölkədə mövcud olan böhranı daha da dərinləşdirməsinə görə fövqəladə vəziyyət rejimi ciddi tənqid edilir. Qeyd edək ki, hökumətin opponentləri sübut edirlər ki, fövqəladə vəziyyət rejimi pandemiyaya mübarizədə səmərəli deyil.
Belə ki, “Vətən” partiyasının rəhbəri Artur Vanetsyan koronavirusdan ölüm sayının yüksək olmasında birbaşa hökumətin məsuliyyət daşıdığını bəyan edib. “Aravot” qəzetinə müsahibəsində A.Vanetsyan deyib ki, evdə müalicə alan insanlar diqqətdənkənar qalırlar: “On minlərlə vətəndaşımızın bahalı dərman almaq imkanı yoxdur. Vəziyyətin pisləşməsi və ölüm səbəbi bu deyilmi?”.
A.Vanetsyanın sözlərinə görə, Ermənistanda yaranan vəziyyət təkcə səhiyyə problemi deyil, həm də dövlət təhlükəsizliyi məsələsidir: “1000-dən çox ölüm barədə bu qədər rahat danışmaq mümkün deyil. Parlament və parlamentdənkənar müxalifət bu məsələni gündəmin əsas məsələsinə çevirməli, vətəndaş cəmiyyətinin nümayəndələri də bu prosesdə iştirak etməlidirlər”.
Qeyd edək ki, Ermənistanın pandemiya ilə mübarizədə aciz qaldığı, sosial-iqtisadi böhranın dərinləşdiyi bir vaxtda Beyrutda baş verən partlayışdan sonra çox sayda livanlı erməninin Ermənistana gətirilməsi vəziyyəti daha da gərginləşdirib. Üstəlik Ermənistan baş naziri yanında Diaspor işləri üzrə komissar Zara Sinanyanın nəinki ermənilərin, hətta assuriyalıları, ərəbləri də qəbul etməyə hazır olduqları barədə bəyanatı faşizm və ksenofobiyanın tüğyan etdiyi Ermənistan cəmiyyətində birmənalı qarşılanmayıb.
Belə ki, “Tert.am”a verdiyi müsahibədə “Daşnaktsutyun” partiyasının İrəvan şəhər komitəsinin nümayəndəsi Jirayr Peoçekyan Z.Sinanyanın açıqlamasını şərh edərkən bildirib ki, bu yanaşma milli təhlükəsizliyə təhlükə yaratmaqdadır: “Ermənistandan kənarda hər gün fərqli millətlər tərəfindən istismara məruz qalan 7 milyon erməni var. Onların Ermənistana qaytarılması prioritet məsələdir”.
Yeri gəlmişkən, Ermənistan hakimiyyəti Livandan olan erməniləri, hətta ərəbləri də qəbul etməyə hazır olduğunu bəyan etsə də, işsizlikdən əziyyət çəkən ölkə vətəndaşları işləmək məqsədilə Rusiyaya getmək üçün hökumət binası qarşısında etiraz aksiyası keçirirlər.
“News.am”ın yazdığına görə, əvvəlki hallardan fərqli olaraq bu dəfə aksiya iştirakçılardan dörd nümayəndə hökumət rəsmiləri tərəfindən qəbul edilib. Onlara deyiblər ki, ölkəni tərk edə bilərlər, amma xarici vətəndaşların ölkəyə girişinə icazə barədə Rusiyanın qərarını gözləmək lazımdır.
Hökumətin etirazçılara verdiyi vədə baxmayaraq, ölkədə mövcud olan fövqəladə vəziyyət rejimi vətəndaşların Ermənistanı tərk etməsi və əcnəbilərin ölkəyə girişini qadağan edir. Amma maraqlıdır ki, Livan erməniləri heç bir maneəsiz qəbul edilir. “Aysor.am” saytı yazır ki, bu məsələyə toxunan “Çiçəklənən Ermənistan” partiyasının sədri Naira Zöhrabyan ölkədə fövqəladə vəziyyət rejiminin uzadılması üçün heç bir əsas olmadığını bildirib. Parlamentdə bu məsələnin əleyhinə səs verdiyini deyən N.Zöhrabyanın sözlərinə görə, fövqəladə vəziyyət rejimini uzatmaqla hökumət vətəndaşları işləmək üçün xaricə, məsələn, Rusiya Federasiyasına getmək hüququndan məhrum edir.
Mövcud vəziyyəti qiymətləndirən ekspertlərin fikrincə, ölkəni ciddi şəkildə təhdid edən koronavirus pandemiyası və digər problemlər qarşısında adekvat addımlar ata bilməyən Paşinyan hakimiyyəti heç bir iş görmək iqtidarında deyil.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09

