/ / Ermənistanda mövcud hakimiyyət opponentlərinə və vətəndaş cəmiyyəti fəallarına qarşı repressiyanı gücləndirir
Ermənistanda mövcud hakimiyyət opponentlərinə və vətəndaş cəmiyyəti fəallarına qarşı repressiyanı gücləndirir
05.08.2020 [08:55]
Baş nazir Paşinyanı kəskin tənqid etdikdən sonra Artur Vanetsyanın müxtəlif təzyiqlərə məruz qalması işğalçı ölkədə baş verənlərin siyasi təqib olduğunu sübut edir
Məlum olduğu kimi, baş nazir Nikol Paşinyanın səriştəsizliyi və pandemiya şəraitində fəaliyyətsizliyi Ermənistanda sosial-iqtisadi, həmçinin ictimai-siyasi böhrana səbəb olub. Çıxılmaz durumda olan baş nazir isə ona qarşı çıxış edənləri sıradan çıxarmaq üçün bütün vasitələrə əl atır. Elə işğalçı ölkədə baş verən son hadisələr də N.Paşinyanın ənənəvi olaraq həyata keçirdiyi siyasi repressiyaları davam etdirdiyini ortaya qoyur.
Ermənistan mətbuatının yazdığına görə, siyasi fəaliyyətə başladıqdan sonra hakimiyyəti kəskin tənqid edən Ermənistan Təhlükəsizlik Xidmətinin (TX) keçmiş direktoru, “Hayrenik” (“Vətən”) partiyasının sədri Artur Vanetsyana qarşı qanunsuz silah saxlamaq ittihamı ilə yeni cinayət işi açılıb. “Hraparak” qəzeti yazır ki, Paşinyanın birbaşa koordinasiyası ilə həyata keçirilən budəfəki istintaq işi çərçivəsində A.Vanetsyan TX-də dindirilib. Məsələnin absurdluğu ondadır ki, cinayət işinin açılmasına səbəb olan silah Ermənistan TX-nin silah anbarında tapılıb.
TX-dəki mənbələrisə partiya sədri A.Vanetsyana qarşı cinayət təqibi ilə bağlı yeni təfərrüatları açıqlayıblar. Həmin məlumata əsasən, silah şöbəsinin arsenalında qeydiyyatda olmayan qanunsuz silah aşkarlanıb. Bu hadisəyə görə TX-də axtarış və dindirmələr aparılıb. Öncə silah şöbəsinin rəisi Artak Torosyana tapılan silahın TX-nin keçmiş direktoru A.Vanetsyana aid olduğu barədə ifadə verməsi üçün hədə-qorxu gəliblər. Saxta ifadə verməkdən imtina etdiyi üçün A.Torosyan həbs edilib.
“Hraparak” qəzetinin yazdığına görə, daha sonra TX-nin direktoru Argişti Kərəmyanın birbaşa əmri ilə TX-nin İstintaq Departamentinin rəisi tərəfindən silah şöbəsinin həbsdə olan rəhbəri A.Torosyanın TX-də çalışan həyat yoldaşı dindirilib. Əvvəlcə ona həyat yoldaşını A.Vanetsyanın əleyhinə ifadə vermək üçün razı salmağı təklif ediblər, bunu qəbul etmədiyi üçün hədələyiblər: “Həyat yoldaşın həbs ediləcək, sən işdən qovulacaqsan, yetkinlik yaşına çatmayan üç uşağın ac qalacaq”.
A.Vanetsyan bildirib ki, son 8 ay ərzində siyasi fəaliyyətini dayandırması üçün hakimiyyət ona qarşı cinayət təqibinin bütün vasitələrini sınaqdan keçirib. Hüquq müdafiəçisi Arsen Babayan isə deyib ki, A.Vanetsyana qarşı siyasi təqib həyata keçirilir. Ekspertin fikrincə, N.Paşinyanın birbaşa tabeliyində olan hüquq-mühafizə sistemi uzun müddətdir sübut edir ki, onun əsas funksiyası müxalif siyasi qüvvələrin nümayəndələrini sifariş əsasında təqib etməkdir.
Yeri gəlmişkən, N.Paşinyanın ölkədə yaratdığı diktaturanın mahiyyəti barədə təkcə siyasi xadimlər və ekspertlər deyil, Ermənistanda vətəndaş cəmiyyəti fəalları da həyəcan təbili çalırlar. Məsələn, bütün təzyiq və təqiblərə rəğmən tez-tez virtual aksiyalar təşkil edən ictimai fəal Manuel Manukyan yazır ki, Ermənistanda demokratiya, söz azadlığı, sərbəst toplaşma azadlığı, insanların şikayət etmək hüququ yoxdur.
Beləliklə, görünən odur ki, N.Paşinyan onu tənqid edənlərin əleyhinə bütün siyasi təqib metodlarından istifadə edir. Üstəlik, Ermənistanda mövcud hakimiyyət siyasi opponentlərinə və vətəndaş cəmiyyəti fəallarına qarşı repressiyanı gücləndirməklə məşğuldur.
Q.ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48

