Ermənistanda kəskin daxili siyasi qarşıdurma hökm sürür
25.06.2020 [09:32]
Müxalif qüvvələrin əksəriyyəti əhalini mövcud hökuməti devirməyə çağırır
İşğalçı Ermənistanda daxili siyasi vəziyyət daha da gərginləşməkdədir. Parlamentdə hakim partiyanın qəbul etdiyiqərarlara görə mövcud hakimiyyətə qarşı olanların sıraları xeyli genişlənib. Ənənəvi olaraq Paşinyan hökumətini tənqid edən “Respublikaçı” və “Daşnaktsutyun” partiyalarına artıq “Çiçəklənən Ermənistan”, “Vətən” və müxalifətdə olan onlarla partiya qoşulub, hakimiyyəti “konstitusiyaya zidd” hərəkətlərdə ittiham edir və onun devrilməsinə çağırır.
Qeyd edək ki, ölkədədaxili siyasi sabitlyin pozulmasına əhalinin sosial-iqtisadi vəziyyətdən narazılığı da əlavə edilib. Ermənistan mətbuatı yazır ki, vəziyyət gərginləşəcəyi halda,iki il əvvəl olduğu kimi,xalqın Paşinyanımüdafiə etmək üçün küçələrə çıxacağına dair gözlənti yoxdur.
Üstəlik, bu hadisələrin fonunda yenidən məhkəmə hakimiyyətinin müqaviməti ilə üzləşən Paşinyan daxili situasiyaya nəzarəti o qədər itirib ki, nə bu dəfə əsas rəqibi Robert Köçəryanın girov müqabilində zaminə buraxılmasının qarşısını ala, nə də partiya sədri Qaqik Çarukyanın həbsinə nail ola bilib.
Xatırladaq ki, iyunun 16-da Ermənistan parlamenti 87 səslə Çarukyanın deputat toxunulmazlığından məhrum edilməsinə və 2017-ci il parlament seçkiləri zamanı seçicilərə rüşvət vermək ittihamı ilə onun haqqında cinayət məsuliyyətinə başlamasına razılıq verib. Ancaq 21 iyun tarixində birinci instansiya paytaxt məhkəməsinin hakimi Robert Papoyan Q.Çarukyanın həbs tələbini rədd edib. “Aysor.am”ın yazdığına görə, iyunun 23-də baş prokurorluq İrəvanın ümumi yurisdiksiya məhkəməsinin Q.Çarukyanın həbsinin rədd edilməsi barədə qərarından apelyasiya şikayəti verib. R.Köçəryanın məhkəmə işinə gəlincə, Avropa İnsan Hüquqları Məhkəməsi və Venesiya Komissiyasından məktub almış konstitusiya məhkəməsi bunu iyulun 7-də müzakirə edəcək.
Bu arada, “Hraparak” qəzeti yazır ki, R.Köçəryan bir tərəfdən reabilitasiya üzrə müalicəsinidavam etdirir, digər tərəfdən isə intensiv görüşlər keçirir. Əvvəlcə keçmiş komanda yoldaşları ilə görüşərək ölkədəki mövcud vəziyyəti müzakirə edib. Eyni zamanda, o, bir sıra müxalifət nümayəndələri və keçmiş rəsmilərlə siyasi görüşlər keçirib və telefon danışıqları aparıb. Hətta R.Köçəryanla eks-prezident Serj Sarkisyanın telefon danışığı baş tutub. Qəzet yazır ki, iki keçmiş prezident arasındakı münasibətlər olduqca mürəkkəbdir, lakin onlar fikir ayrılıqlarını həll etmək, birgə fəaliyyət planı hazırlamaq və bütün müxalifət qüvvələrini birləşdirmək lazım olduğunu başa düşürlər.
Konstitusiya məhkəməsi (KM) ilə bağlı məsələyə gəlincə, “mamul.am” saytının yazdığına görə, konstitusiya məhkəməsinin sədri Hrayr Tovmasyan jurnalistlərə söyləyib ki, konstitusiyaya əsasən, konstitusion dəyişikliklər KM nəzarəti ilə olmalıdır. Onun sözlərinə görə, KM belə bir layihəni müzakirə etməyib: “Siyasi dəyərləndirmələrə gəlincə, bir hüququşünas kimi parlamentdə baş verənlərdən utanıram”.
Son hadisələrlə bağlı bir qədər gözləmə mövqeyi tutan və “Çiçəklənən Ermənistan” partiyasının KM-ə müraciət üçün imzatoplama təşəbbüsünə qoşulmayan “İşıqlı Ermənistan” partiyasının sədri Edmon Marukyan da parlamentdə baş verənləri “konstitusiya məhkəməsinə hücum” adlandırıb.
Görünən odur ki, işğalçı ölkədə kəskin daxili siyasi qarşıdurma inkişaf edir. Buna görə də birmənalı şəkildə Köçəryan, Sarkisyan, Çarukyan və digərlərinin maraqlarının üst-üstə düşdüyünü söyləmək olar. Paşinyana qarşı cəbhə “konstitusiya quruluşunun devrilməsinin qarşısını almaq və hakimiyyətin qəsb edilməsinə qarşı mübarizə” şüarı altında birləşib. Siyasi səhnədə təklənən Paşinyana qarşı olan müxalifət əhalini mövcud hökuməti devirməyə çağırır.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03

