Paşinyan Ermənistanda konstitusiya çevrilişinə rəvac verir
24.06.2020 [08:27]
Ekspertlərin qənaətinə görə, ölkəni idarə edə bilməyən hakimiyyət siyasi böhrandan çıxmaq üçün bütün qanunsuz yollara baş vurur
İşğalçı Ermənistanda pandemiya ilə mübarizə bir kənarda qalıb, hakimiyyət son dövrlər ciddi zərbə alan mövqeyini gücləndirmək üçün hərəkətə keçib. Belə ki, hökumətin apreldə baş tutmayan referenduma çıxarılmalı olan məsələni parlamentdəki çoxluq hesabına həll etmək, ölkə prezidentinin səlahiyyətlərini əlindən almaq cəhdləri daxili gərginliyi daha da artırıb.
“Bu gün Paşinyan xalqdan qaçırsa, sabah xalq da ondan qaçacaq”
Təsadüfi deyil ki, ölkədəki böhran vəziyyətinə nəzarət edə bilməyən N.Paşinyan, eyni zamanda, cəmiyyətin problemləri ilə maraqlanmadığını bir daha sübut edib. Belə ki, baş nazir banklarla bağlı problemlərini çatdırmaq üçün əyalətdən İrəvana gələn bir qrup vətəndaşı dinləməkdən imtina edib. “Vətəndaş müqaviləsi” partiyasının ofisindən çıxanda ona tərəf gələn sakinlərə etinasız yanaşan Paşinyan qaçaraq addımlarla maşına minib.
“Armenianreport.com”da yer alan “Kimdən qaçırsınız, cənab baş nazir? “Qürurlu vətəndaşlardan”?” sərlövhəli yazıda həmin hadisəyə toxunan Samvel Ovannisyan N.Paşinyanın qaçmasını onun əhval-ruhiyyəsinin ürəkaçan olmaması ilə əlaqələndirib: “Məhkəmələr eks-prezident R.Köçəryanı sərbəst buraxdı, eyni zamanda, müxalifət partiyasının lideri Q.Çarukyanı həbs etməkdən imtina etdi. Bu hadisələri iki cür şərh etmək olar - köhnə rejim hələ də məhkəmə sisteminə nəzarəti saxlayır və Ermənistanda siyasi proseslər baş nazirin istədiyi məcrada və sürətlə getmir”.
Müəllif qeyd edir ki, bunlar onun bir vaxtlar “qürurlu vətəndaşlar” adlandırdığı sadə vətədaşlardan qaçması üçün əsas vermir: “Paşinyan başa düşməlidir ki, dünən onu küçələrdə müşayiət edən, polislə toqquşan və həbsxanaya düşənlərdən qaça bilməz. Bu gün Paşinyan xalqdan qaçırsa, sabah xalq da ondan qaçacaq”.
Ermənistan parlamentində “demokratiya” adı altında qanunların aliliyi məhv edilir
Cəmiyyətdə narazılıq yaradan digər məsələ iyunun 22-də Ermənistan parlamentində “Mənim addımım” parlament fraksiyasının 88 deputatının konstitusiya məhkəməsinin (KM) razılığı olmadan KM hakimlərinin səlahiyyətlərinə xitam verməyə imkan yaradan konstitusiyaya dəyişiklik layihəsini birinci oxunuşda qəbul etməsi olub.
Qeyd edildiyi kimi, bu dəyişiklik cəmiyyətdə birmənalı qarşılanmır. Məsələn, “Tert.am”ın yazdığına görə, Ermənistan Helsinki Komitəsinin sədri Avetik İşxanyan bəyan edib ki, hazırda parlamentdə “demokratiya” adı altında qanunların aliliyi məhv edilir: “Baş nazir 88 “oyuncaq” deputatla konstitusiya çevrilişi edir. Beləliklə, qondarma “yeni Ermənistan”ın baş naziri epidemik vəziyyətdən yararlanaraq öz planlarını həyata keçirir, beynəlxalq öhdəlikləri pozur”.
Onu da qeyd edək ki, səsverməni boykot edən “Çiçəklənən Ermənistan” partiyası artıq qəbul edilmiş konstitusiyaya dəyişikliklərlə bağlı KM-ə müraciət üçün deputatlardan imza toplamağa başlayıb və “İşıqlı Ermənistan” partiyasından olan deputatları da bu təşəbbüsə qoşulmağa çağırıb.
Prezidentin səlahiyyətləri əlindən alınır
Xatırladaq ki, bundan əlavə, həmin gün “Parlamentin reqlamenti”nə edilən düzəlişə görə, parlament tərəfindən konstitusiya dəyişiklikləri qəbul edildikdən sonra prezidentə göndərilmədən parlamentin spikeri imzalayır və dərc edir. Bununla da Ermənistan prezidentinin onsuz da məhdud olan səlahiyyətlərinin ən mühüm də əlindən alınır.
“Aysor.am”ın yazdığına görə, keçmiş ədliyyə naziri Arpine Ovannisyan parlamenti hakimiyyətin qəsb edilməsi və konstitusiya quruluşunun devrilməsi ilə bağlı inhisarçılıqda günahlandırıb: “Hakimiyyət Armen Sarkisyanı konstitusiya səlahiyyətlərini həyata keçirməkdən məhrum edir. Prezident A.Sarkisyanın konstitusiyaya edilən dəyişikliklərlə bağlı KM-ə müraciət etmək imkanını neytrallaşdırmaqla parlament hakimiyyəti qəsb etmək və konstitusiya quruluşunu devirmək yönündə inhisarı ələ alır”.
Beləliklə, Ermənistandakı siyasi böhran, etiraz aksiyaları və istefa çağırışları fonunda N.Paşinyanın “konstitusiya çevrilişi”nə rəvac verməsi, prezidenti isə oyundankənar vəziyyətə salması ölkədə xaotik vəziyyət yaradıb. Ekspertlərin qənaətinə görə, ölkəni idarə edə bilmədiyini artıq başa düşən hakimiyyət siyasi böhrandan çıxmaq üçün bütün qanunsuz yollara baş vurur.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxSiyasət
22 Aprel 10:58
Gündəm
22 Aprel 10:35
Dünya
22 Aprel 10:16
Analitik
22 Aprel 10:12
Gündəm
22 Aprel 09:57
Ədəbiyyat
22 Aprel 09:30
Analitik
22 Aprel 09:14
Sosial
22 Aprel 08:56
Sosial
22 Aprel 08:32
YAP xəbərləri
21 Aprel 23:53
Dünya
21 Aprel 23:35
Dünya
21 Aprel 23:11
İqtisadiyyat
21 Aprel 22:58
Dünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19
Dünya
21 Aprel 20:57
Dünya
21 Aprel 20:35
Siyasət
21 Aprel 20:31
Dünya
21 Aprel 20:25
Dünya
21 Aprel 19:41
Dünya
21 Aprel 19:16
Dünya
21 Aprel 18:20
Analitik
21 Aprel 17:54
Maraqlı
21 Aprel 17:39
Dünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59

