Ermənistanda hakimiyyət dəyişikliyi üçün “yol xəritəsi” hazırdır
23.06.2020 [00:15]
İşğalçı dövlətdə pandemiyanın yaratdığı problemlər və siyasi böhran Paşinyan hökumətinin istefaya göndərilməsini qaçılmaz edib
Məlum olduğu kimi, mövcud Ermənistan hakimiyyəti son zamanlar yeni növ koronavirus infeksiyası, sosial-iqtisadi böhran, xarici siyasətdə təcridin dərinləşməsi və siyasi müxalifətə qarşı repressiyalar səbəbindən daha da çıxılmaz vəziyyətə düşüb. Bu gərgin vəziyyətdə müxalif siyasi qüvvələrin hökuməti istefaya çağırması isə baş nazir Nikol Paşinyanın qeyri-adekvat addımlar atmasına gətirib çıxarıb. Pandemiyanın doğurduğu sosial-iqtisadi böhrana siyasi böhranın da əlavə olunması işğalçı ölkədə əsl xaos vəziyyətinin yaranmasına səbəb olub.
Ermənistan koronavirus infeksiyasının yayılması baxımından regiondakı ən təhlükəli ölkədir
Yaranmış vəziyyətdən çıxış yolu tapa bilməyən N.Paşinyan gülüş obyektinə çevrilən növbəti yersiz hərəkətə rəvac verib. Belə ki, o, bu günlərdə küçəyə çıxıb vətəndaşlara maska paylamaq metoduna baş vurub.
Təbii ki, koronavirus infeksiyasına qarşı mübarizədə heç bir nəticəyə nail ola bilməyən baş nazirin budəfəki “ucuz şousu” da cəmiyyətdə ikrah hissi ilə qarşılanıb. Çünki koronavirusa yoluxma və ölüm sayına görə nəinki regionda, artıq dünyada ön sıralara çıxan Ermənistan koronavirus infeksiyasının yayılması baxımından regiondakı ən təhlükəli ölkədir. Belə ki, “news.am” saytının Səhiyyə Nazirlyinə istinadən yaydığı məlumata görə, Ermənistanda koronavirusa yoluxanların sayı 20 min 500 nəfəri ötüb, ölənlərin ümumi sayı 500 nəfərə yaxınlaşır.
Nikol Paşinyan “reket jurnalist” olub?
Bu arada NikolPaşinyanın ifşası yönündə daha bir açıqlama eks-prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyandan gəlib. “Panorama.am” saytı yazır ki, M.Minasyanın sözlərinə görə,Paşinyan ənənəvi, sıravi şantajçı olub və istəyinə həmişə şantaj yolu ilə çatıb. Keçmiş səfir deyib ki, hətta onun baş nazir olması da şantaj yolu ilə mümkün olub.
M.Minasyanın sözlərinə görə, vaxtilə müxalifət partiyasının nümayəndəsi və qəzet baş redaktoru olan N.Paşinyan tərəfindən dəfələrlər şantaj edildiyi üçün onun özü uzun illər “Haykakan jamanak” qəzetini maliyyələşdirib. Belə çıxır ki, N.Paşinyan “reket jurnalist” olub.
Məhkəmələr Paşinyana qarşı
Onsuz da siyasi böhranla üzləşən N.Paşinyana bir zərbə də məhkəmələrdən gəlib. Belə ki, eks-prezident Robert Köçəryan barəsində həbs qətimkan tədbiri götürülüb. “News.am” saytı yazır ki, apelyasiya məhkəməsi 2 milyard dram məbləğində girov müqabilində Ermənistanın sabiq prezidenti Robert Köçəryanın həbs qətimkan tədbirini dəyişdirmək barədə qərar qəbul edib.
Ötən bazar günü birinci instansiya məhkəməsi Təhlükəsizlik Xidmətinin (TX) “Çiçəklənən Ermənistan” partiyasının sədri Qaqik Çarukyanın həbs edilməsi tələbini də rədd edib. Məhkəmənin həbs tələbini rədd etməsindən 1 gün sonra TX qərardan apelyasiya məhkəməsinə şikayət göndərib. Görünür, Paşinyan rəqibini həbsə atdırmaqdan əl çəkmək fikrində deyil.
Müxalif siyasi qüvvələr yeni hakimiyyətin formalaşdırılması üçün bir araya gəlir
Onu da qeyd edək ki, artıq Ermənistandakı siyasi qüvvələr tərəfindən mövcud hökumətin istefaya göndərilməsi, daha doğrusu, hakimiyyət dəyişiklyinin labüdlüyü barədə səslənən bəyanatların, aparılan müzakirələrin sayı artmaqdadır. Məsələn, “Hayrenik” (“Vətən”) partiyasının sədri Artur Vanetsyanın tərəfdarları ilə keçirdiyi görüşdə ölkədə mövcud olan sosial-iqtisadi böhranın, pandemiyanın yayılmasının və mənəvi-psixoloji vəziyyətin səbəbləri barədə dəyərləndirmələr aparılıb.
Uğursuz hakimiyyət idarəçiliyinin fəlakətli nəticələrini aradan qaldırmağın vacibliyini qeyd edən partiya lideri A.Vanetsyan deyib: “Bizdə hakimiyyət dəyişikliyi üçün “yol xəritəsi” artıq hazırdır”.
Onun sözlərinə görə, baş nazir və tərəfdarları artıq iki ildir ki, “şeytani fanatizm”lə insanlar arasında ksenofobiya, köhnə və yeni nəsillər arasında düşmənçilik yaratmaqla məşğul olurlar. Bununla yanaşı, “Tək Ermənistan” və “Milli gündəlik” partiyaları da ölkəni böhrandan çıxarmaq üçün hakimiyyətin istefası və keçid hökumətinin yaradılması, həmçinin növbədənkənar parlament seçkilərinin təşkili üçün müxalif siyasi qüvvələrlə əməkdaşlığa hazır olduqları barədə bəyanat yayıblar.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Dünya
22 Aprel 20:58
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13
Xəbər lenti
22 Aprel 19:45
Dünya
22 Aprel 19:31
Dünya
22 Aprel 19:17
Siyasət
22 Aprel 18:53
Hadisə
22 Aprel 18:38
Müsahibə
22 Aprel 18:25
Dünya
22 Aprel 17:41
Gündəm
22 Aprel 17:37
Sosial
22 Aprel 17:32
Sosial
22 Aprel 17:08
Xəbər lenti
22 Aprel 17:08
Siyasət
22 Aprel 17:06
Sosial
22 Aprel 17:04
Sosial
22 Aprel 17:00
İqtisadiyyat
22 Aprel 16:58
Gündəm
22 Aprel 16:28
Siyasət
22 Aprel 15:06
Gündəm
22 Aprel 15:06
Sosial
22 Aprel 14:46
Gündəm
22 Aprel 14:30
Siyasət
22 Aprel 14:21
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:14
Siyasət
22 Aprel 14:14
Gündəm
22 Aprel 13:15
Siyasət
22 Aprel 13:15
Sosial
22 Aprel 13:03
Siyasət
22 Aprel 12:49
Gündəm
22 Aprel 12:25
İqtisadiyyat
22 Aprel 12:20
YAP xəbərləri
22 Aprel 12:12
Gündəm
22 Aprel 11:50
Gündəm
22 Aprel 11:36
İqtisadiyyat
22 Aprel 11:34
Elm
22 Aprel 11:33
Sosial
22 Aprel 11:33
Gündəm
22 Aprel 11:20
İqtisadiyyat
22 Aprel 11:16
Siyasət
22 Aprel 10:58
Gündəm
22 Aprel 10:35
Dünya
22 Aprel 10:16
Siyasət
22 Aprel 10:14
Analitik
22 Aprel 10:12
Siyasət
22 Aprel 10:04
Gündəm
22 Aprel 09:57
Ədəbiyyat
22 Aprel 09:30
Analitik
22 Aprel 09:14
Sosial
22 Aprel 08:56
Sosial
22 Aprel 08:32
YAP xəbərləri
21 Aprel 23:53
Dünya
21 Aprel 23:35
Dünya
21 Aprel 23:11
İqtisadiyyat
21 Aprel 22:58
Dünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19

