Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Ermənistan terror dövlətidir

Ermənistan terror dövlətidir

10.06.2020 [09:19]

İşğalçı Ermənistanda hakimiyyət dəyişə bilər, amma bu ölkənin terrorçu və faşist mahiyyəti dəyişməz olaraq qalır
Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlayan Ermənistan terror dövləti kimi tanınır və bu ölkədə faşizm ideologiyasının, terrorizmin dövlət siyasətinə çevrildiyini təsdiqləyən çoxsaylı faktlar mövcuddur. Prezident İlham Əliyev dəfələrlə beynəlxalq səviyydə Ermənistanın terroruçu və faşist mahiyyətini ifşa edən faktları, reallıqları dünya ictimaiyyətinin diqqətinə çatdırıb.Yeri gəlmişkən, qeyd edək ki, iyunun 3-də Prezident İlham Əliyev Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı çıxışında bir daha bu məqamlara toxunub. Dövlətimizin başçısı vurğulayıb ki, Ermənistanda hakimiyyət dəyişə bilər, amma bu ölkənin terrorçu və faşist mahiyyəti dəyişməz olaraq qalır və bunu hər kəs bilməlidir. Bütün dünya bilməlidir.
Məsələyə münasibət bildirən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib ki, Ermənistanda hakimiyyət dəyişsə də, işğalçı dövlətin faşist və terrorçu mahiyyəti ortadadır: “Ermənistan hakimiyyətinin və təcavüzkarlığı, separatizmi təbliğ edən erməni millətçilərinin faşizm ideologiyasından qidalanması nəinki postsovet ölkələrinə, bütövlükdə dünya ictimaiyyətinə məlumdur. Bununla bağlı çoxsaylı faktlar mövcuddur. Bu reallığın bariz nümunələrindən biri işğalçı Ermənistanın əvvəlki hakimiyyəti tərəfindən İkinci Dünya müharibəsində faşizməxidmət etmiş Njde ləqəbi ilə tanınmış Qaregin Ter-Arutyunyana İrəvanın mərkəzində heykəl qoyulmasıdır”.
S.Fətəliyeva bildirib ki, bütün beynəlxalq kürsülərdən Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin nəzərinə çatdıran Prezident İlham Əliyev “Valday” Beynəlxalq Diskussiya Klubunun toplantısında, MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında da Ermənistanın terrorçu mahiyyətini ifşa edərək reallıqların nədən ibarət olmasını bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb.
“Ermənistan dövlətinin hakimiyyətin faşist mahiyyəti dəyişməz olaraq qalır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, vaxtilə Ermənistanın Tərtər şəhərində, Ağdamın kəndlərində dinc əhalini bombalaması faşizmin təzahürüdür. Azərbaycanda quruculuq, abadlıq işləri aparılır, hər bir şəhərdə sosial obyektlər, belə gözəl olimpiya mərkəzləri, xəstəxanalar, məktəblər tikilir, yollar çəkilir, qazlaşdırma aparılır. Ermənistanda isə ondan-bundan dilənə-dilənə, güc-bəla ilə yaşayırlar, amma faşist Njdeyə 6 metrlik abidə ucaldırlar. Bugünkü Ermənistan rəhbərliyi faşist Njdeni”qəhrəman” kimi təqdim edir. Bu, onu göstərir ki, Ermənistanda hakimiyyət dəyişə bilər, amma bu ölkənin terrorçu və faşist mahiyyəti dəyişməz olaraq qalır”, - deyə S.Fətəliyeva vurğulayıb.
Milli Məclisin deputatı Ramil Həsən isə bildirib ki, Ermənistan terrorçu dövlətdir və bu dəfələrlə sübut edilib: “Onlar, hətta öz rəhbərlərinə qarşı terror törədiblər. Ermənistanda 2018-ci ilə qədər 20 il ərzində hakimiyyətdə olan cinayətkarların əksəriyyəti keçmişdə terror təşkilatları ilə əlaqəli şəxslərdir. İndi həbsdə olan Robert Koçaryanın yaratdığı silahlı terror təşkilatları 1989-cu ildən başlayaraq Dağlıq Qarabağda çoxsaylı terror aktları törədib. R.Koçaryan və əlaltılarının sonrakı fəaliyyətləri də terrorla və terror təşkilatları ilə əlaqəli olub. Tarixdə nadir terror aktlarından olan 27 oktyabr 1999-cu ildə Ermənistan parlamentindəki gülləbaran da hələ yaddan çıxmayıb. İyirmi il bundan əvvəl Ermənistan rəhbərliyinin bir çox üzvü bu ölkənin parlamentində qətlə yetirildi və o cinayətin üstü açılmayıb. Halbuki hər kəs bilir ki, o cinayətin sifarişçiləri kimdir. Ancaq onu ört-basdır edirlər. Çünki onların terrorçu mahiyyəti bu gün də yaşayır”.
Ermənilərin tarixən terrorizmlə əlaqələrinə gəlincə, deputat bildirib ki, çox az xalqlar var ki, ilk siyasi partiyaları terrorçuluğu ideologiya kimi mənimsəyib, əsas mübarizə metodu kimi terror yolunu seçib: “Söhbət indi də Ermənistanda əsas siyasi ideologiyaya təsir göstərən “Armenakan”, “Hnçak” və “Daşnaksutyun” partiyalarından gedir. Daşnak dəstələrinin tərkibində Türkiyə və Azərbaycan ərazilərində törətdiyi cinayətlərdən sonra Avropaya gedən Qaregin Njde kimi terrorçular faşist Almaniyası ordusunun tərkibində yəhudi və digər millətdən olan minlərlə insanın qətlində iştirak ediblər. Q.Njdenin ideologiyasına sahib çıxan, onun “Tsexakron” təliminə qulluq edən və ona abidə ucaldan isə digər terrorçu eks-prezident Serj Sarkisyan və onun partiyası olub”.
R.Həsənin sözlərinə görə, bu gün Dağlıq Qarabağda hakimiyyəti zəbt etmiş xunta rejimi dəErmənistanda mövcud olan 20 illik əvvəlkiterrorçu-işğalçı rejimintör-töküntüləridir və işğal edilmiş Azərbaycan əraziləri terror təşkilatlarının təlim düşərgələrinə çevrilib.
Qaşqay ZİYƏDDİNOĞLU

Paylaş:
Baxılıb: 572 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Sosial

Dondurulmuş meyvələr...

14 Yanvar 08:52  

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31