/ / Hüseyn Altınalan: Ermənilər həqiqətlərin ortaya çıxmasından qorxduqları üçün arxivlərini açmırlar
Hüseyn Altınalan: Ermənilər həqiqətlərin ortaya çıxmasından qorxduqları üçün arxivlərini açmırlar
24.04.2020 [16:17]
Ermənilər həqiqətlərin ortaya çıxmasından qorxduqları üçün arxivlərini açmırlar.
Bunu Trend-ə açıqlamasında Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hüseyn Altınalan deyib.
Onun sözlərinə görə, hər il 24 apreldə soyqırım lobbisi və Türkiyə əleyhdarı siyasi dairələr tarixi həqiqətləri təhrif edərək ölkəmizə qarşı qondarma “soyqırım” iddiasını dilə gətirməkdə, I. Dünya Müharibəsinin ağır şərtlərində erməni dəstələrinin fəaliyyətlərinə görə alınan məcburi köç qərarını soyqırım olaraq xarakterizə etməkdədirlər:
"Tarixləri qara ləkələrlə dolu olan və Xocalıda bir gecədə yüzlərlə azərbaycanlı qardaşımızı məhv edən ermənilərin havadarları də bilir ki, Türkiyə keçmişində ləkə olmayan bir ölkədir.
Bu iddialar tamamilə siyasi xarakter daşıyır. Məqsədləri həqiqətə nail olmaq deyil. Türkiyənin bu məsələdə ən kiçik bir narahatlığı belə olmadığı üçün bütün arxivlərini açıb. Ancaq ermənilər arxivlərini açmırlar. Ermənilər həqiqətlərin ortaya çıxmasından qorxduqları üçün arxivlərini açmırlar. Həqiqətlər ortaya çıxdığı təqdirdə, yalanları ilə beynəlxalq ictimaiyyəti aldada bilməyəcəklər.
Qorxurlar, çünki arxivlərdə iddia etdiklərinin əksinə, hadisələrin necə meydana gəldiyini, məcburi köçə nə üçün məruz qaldıqlarını, belə bir vəziyyətdə hər bir ölkənin məcburi köç qərarı alacağı həqiqətinin ortaya çıxmasını istəmirlər.
Onlar da bilir ki, tarixi faktlara görə, 1914-cü ildə erməni komitələrinin Türkiyədəki şöbələrinə rus ordusu sərhəd boyunca irəliləməyə başladığında üsyan çıxarmaq, türk ordusunu iki od arasında qoymaq, dövlet binalarını bombalamaq və ərzaq anbarlarına təxribatlar təşkil etmək təlimatı verilmişdir.
Həmçinin türk ordusu hücuma keçdiyində erməni əsgərlərinə birliklərindən qaçaraq rus ordusuna qoşulmaq, türk birliklərinin arxa cəbhələrinə zərər vermək və ölkə içində müxtəlif iğtişaşlar törətmək üçün dəstələr qurmaq təlimatı verilmişdir.
Müharibə başlayan kimi şərq cəbhəsində hadisələr qeyd edildiyi kimi baş vermiş, səfərbərliyin elan edildiyi 1914-cü ilin avqust ayının 3-dən etibarən ermənilər ordudan qaçmağa başlamış, türk əsgərlərinə qarşı silahlı hücumlar təşkil etmiş və Rusiyaya köç edərək dəstələrə qoşulmuşlar. 1914-cü ilin noyabr ayının 1-də rus ordusunun şərq vilayətlərimizə etdiyi hücumdan sonra bir çox şəhərdə üsyanlar başlamışdır.
Osmanlı hökuməti xüsusilə də Van üsyanı başlayanadək bəzi kiçik tədbirlər almaqla erməni dəstələrinin fəaliyyətinin qarşısını almağa çalışmışdır. Osmanlı hökumətinin xoş niyyətlə və kiçik tədbirlərlə məsələni həll etməyə cəhd etməsinin bir faydası olmamış, üsyanın və ermənilərin qəsəbə və kəndlərdə uşaq, qadın, yaşlı demədən mülki əhalini öldürməsinin qarşısını ala bilməməsi nəticəsində köç qərarı qəbul edilmişdir.
Belə bir vəziyyətdə bir dövlət bu tədbirlərlə qanuni müdafiə və suveren hüququndan istifadə etmişdir. Bunların ortaya çıxmasını istəmirlər. Ermənilərə tətbiq olunan məcburi köç siyasətinin bütün aspektlərdən haqlı bir qərar olduğunun görülməsini istəmirlər.
Köç qərarı düzgün verilmiş bir qərardır. Bu gün olsa yenə eyni qərar verilər və tətbiq olunar. Erməni dəstələri bir çox bölgədə üsyan qaldırmış, terror hadisələri, qırğınlar törətmiş, Osmanlı hökuməti isə sakit münasibətini qorumuşdur.
Bu da bir gerçəkdir ki, ermənilərin yerlərini dəyişdirmək onları məhv etmək deyil, dövlətin təhlükəsizliyini qorumaq məqsədi daşımışdır.
Məqsədi insan hüquqları və ya həqiqət olan hər bir ölkə keçmişi qurdalayıb yalanlarla bir şey əldə etməyi bir kənara qoyub günümüzdə belə Azərbaycan torpaqlarının 20 faizini işğal altında tutan ermənilərdən həm bu işğalın, həm də Xocalıda həyata keçirdikləri vəhşiliklərlə dolu soyqırımın hesabını soruşmalıdır. Bunları gündəmə gətirməlidir".
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29

