Nikol Paşinyan növbəti dəfə ciddi tənqid obyektinə çevrilib
07.03.2020 [11:51]
Ermənistan hökumətinin Konstitusiya Məhkəməsinin (KM) sədri və üzvlərini vəzifədən uzaqlaşdırmaq məqsədilə ölkə konstitusiyasının 1 maddəsini dəyişdirmək üçün referenduma getməsi təkcə bu ölkə daxilində tənqid edilmir. Ermənistanın “News.am” saytının yazdığına görə, Qafqaz üzrə mütəxəssis, britaniyalı analitik Tomas de Vaal “World Politics Review” saytında yazdığı məqaləsində son bir ildə Nikol Paşinyan hökumətinin Ermənistanın ali dərəcəli hakimlərinə qarşı “müharibə” elan etməsinə diqqət çəkib. Onun sözlərinə görə, Paşinyan hökuməti bu addımı keçmiş prezident Serj Sarkisyandan miras qalan “korrupsiyalaşmış ədliyyə sistemini təmizləmək” üçün son tədbir kimi görür: “Hakimlərin fikrincə isə, bu addım siyasətçilərin qanunun aliliyinə etdiyi hücumdan başqa bir şey deyil”.
Tomas de Vaal yazısında Ermənistanda son hakimiyyət dəyişikliyinin təfərrüatlarını təqdim edərək xatırladıb ki, ötən ilin may ayında Paşinyan məhkəmənin eks-prezident Robert Köçəryanın həbs qətimkan qərarını ləğv etməsini açıq şəkildə tənqid edib, habelə 2019-cu ilin sentyabr ayında KM-in R.Köçəryanla bağlı qərarını “qanunsuz” adlandırıb və bundan sonra həmin məhkəmənin rəhbəri Hrayr Tovmasyana qarşı “müharibə”yə başlayıb.
Analitik qeyd edir ki, heç şübhəsiz, Ermənistan KM hakimlərinin bitərəfliyi ilə bağlı suallar var. Ona görə ki, H.Tovmasyan, həmçinin dörd həmkarı Köçəryan və Sarkisyanın prezident olduğu vaxtda təyin edilib və ikisi isə Paşinyanın siyasi himayədarı, Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın hakimiyyəti dövründən vəzifədə qalanlardır.
Britaniyalı analitik mövcud vəziyyəti dəyərləndirərkən qeyd edib ki, ancaq Paşinyanın KM-in hakimlərinin uzaqlaşdırılması ilə bağlı istəyi bir çox müşahidəçiləri, hətta köhnə rejimin tərəfdarı olmayanları da narahat edir. Bunların arasında Ermənistanın Ombudsmanı, Venesiya Komissiyası və ölkənin parlamentində təmsil olunan müxalifət partiyası “İşıqlı Ermənistan” da var. Tənqidçilərin bir çoxu aprel ayında Paşinyanın referendum yolu ilə köhnə üzvlərini öz silahdaşları ilə əvəz etməyə çalışacağından narahatdır.
Xəbər lenti
Hamısına baxDünya
21 Aprel 19:41
Dünya
21 Aprel 19:16
Dünya
21 Aprel 18:20
Analitik
21 Aprel 17:54
Maraqlı
21 Aprel 17:39
Dünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53

