“The USA Tribune”: Müzakirələr Paşinyan üçün uğursuz başa çatdı
19.02.2020 [09:57]
ABŞ-da nəşr olunan “The USA Tribune” qəzetində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin müzakirələrinə həsr olunmuş məqalə dərc edilib. Siyasi şərhçi Robert Qorovitsin müəllifi olduğu yazıda qeyd edilib ki, iki ölkənin rəhbərləri auditoriyaya Qarabağın tarixinə dair öz versiyalarını təqdim etdilər: “Erməni lider tükənmiş “arqument”ləri təkrar edirdi, ermənilərin guya Cənubi Qafqazın yerli sakinləri və Qarabağın tarixən Ermənistanın bir hissəsi olduğunu söyləyirdi. Paşinyanın mülahizələri göstərdi ki, onun beynəlxalq hüquq barəsində heç bir anlayışı yoxdur. Ermənistanın baş naziri BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi üzrə dörd qətnaməsini müzakirə edərkən uğursuz seçim etdi. O iddia etdi ki, guya BMT TŞ dərhal və qeyd-şərtsiz atəşkəs rejiminin tətbiqini tələb edib, belə ki, Azərbaycan bu qaydaları pozub və ərazilərini itirib. Əslində isə, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, BMT TŞ-nin 822, 853, 874 və 884 saylı qətnamələri Ermənistanın hərbi təcavüzü dayandırmasını və öz qoşunlarını işğal etdiyi Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarmasını, həmçinin bütün məcburi köçkünlərin öz torpaqlarına qayıtmasına şərait yaradılmasını tələb edib. Prezident Əliyev beynəlxalq ictimaiyyəti, xüsusən ATƏT-in Minsk qrupunu Ermənistana özünün qeyri-konstruktiv mövqeyindən imtina etmək üçün təzyiqi gücləndirməyə çağırdı”.
Müəllif onu da qeyd edib ki, müzakirələr Paşinyan üçün uğursuz başa çatdı: “O, Prezident İlham Əliyevin irəli sürdüyü arqumentlərdən və əsaslandırılmış fikirlərdən böyük zərbə aldı”.
Xəbər lenti
Hamısına baxİdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41

