Ermənistanda yenidən hakimiyyət dəyişikliyi baş verə bilər
11.01.2020 [10:33]
Son dövrlər Ermənistanın baş naziri Nikol Paşinyanın fəaliyyəti ətrafında qalmaqallı hadisələr səngimək bilmir. Ötən ilin dekabrında onun getdikcə aşağı düşən reytinqi barədə Təhlükəsizlik Xidmətinin apardığı rəy sorğusunun nəticələrinin mətbuata sızması və digər faktlar bəzi dairələrdə Ermənistanda informasiya təhlükəsizliyi sahəsində vəziyyətin olduqca ağır olması barədə qənaət yaradıb.
Erməni KİV-in yazdığına görə, indiki hökumətə müxalif olan həmin dairələr bu təhlükənin, daha doğrusu, boşluğun N.Paşinyan hakimiyyətə gəldikdən sonra yarandığını iddia edirlər. Onların iddiasına görə, hazırda Ermənistanda bu vəziyyətin hökm sürməsinə səbəb mövcud hakimiyyətin hər hansı informasiya siyasəti həyata keçirməməsidir. Qeyd olunur ki, indiki hökumət heç bir informasiya siyasəti aparmadığı üçün hazırda ortada yalnız N.Paşinyanın və onun xarici qüvvələrin təsir dairəsində olan komandasının sosial şəbəkələrdəki statusları ilə cəmiyyəti qeyri-müəyyənliyə sürükləyən davranışları var.
İşğalçı ölkədəki mövcud hakimiyyətin son günlərdə aldığı daha bir zərbə baş nazir N.Paşinyanın mətbuat katibi Vladimir Karapetyanın istefa verməsi olub. Bu barədə V.Karapetyan öz “facebook” səhifəsində bildirib. Baxmayaraq ki, baş nazir guya özünün onu vəzifəsindən azad etdiyini bildirib. Əslində, onun istefasının əsl səbəbi N.Paşinyanın Yeni il öncəsi və sonrakı biabırçılıqların günahkarı kimi göstərilməsi olub. Xatırladaq ki, Karapetyan 2018-ci ilin fevralından N.Paşinyanın mətbuat katibi vəzifəsini daşıyıb. Bundan əvvəl o, sabiq prezident Levon Ter-Petrosyanın “Ermənistan Milli Konqresi” partiyasının üzvü olub.
Onu da xatırladaq ki, 2019-cu ildə N.Paşinyan komandasının xeyli üzvünü itirib. Onlardan ən qalmaqallı şəkildə hakimiyyəti tərk edən isə faktiki olaraq özünü dövlətdə ikinci şəxs kimi aparan Təhlükəsizlik Xidmətinin rəisi Artur Vanetsyan olub. A.Vanetsyanın böyük siyasətə qoşulması istisna olunmur.
Təsadüfi deyil ki, erməni ekspert Vigen Hakopyan müxalifət meydanına keçidlərin artması prosesinin 2020-ci ildə sürətlənəcəyi barədə proqnoz verib. A.Hakopyanın sözlərinə görə, Ermənistandakı daxili siyasi mübarizə keçmiş hakimiyyətlə əlaqəsi olmayan qüvvələr arasında gedəcək. Bəzi erməni ekspertlər iddia edirlər ki, son dövrlər N.Paşinyanın ətrafındakıların silsilə istefaları işğalçı Ermənistanda yenidən hakimiyyət dəyişikliyi baş verməsi ehtimalını gündəmə gətirir. Beləliklə, bu qənaətə gəlmək olar ki, getdikcə təklənən N.Paşinyan 2020-ci ildə məhz ondan üz döndərənlər tərəfindən hakimiyyətdən uzaqlaşdırıla bilər.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29

