Ermənistan cəmiyyətində əxlaqsızlıq baş alıb gedir
28.08.2019 [09:09]
İşğalçı dövlətdə çoxsaylı qadın və uşağın cinsi zorakılığa, ən yaxın qohumlarının təcavüzünə məruz qaldığı ortaya çıxıb
Ermənistanda uzun müddət hakimiyyətdə olan işğalçı, kriminal hərbi xunta rejimi bu ölkədə cinayətkarlığın geniş vüsət almasına və normal cəmiyyətə xas olmayan təzahürlərin, o cümlədən əxlaqsızlığın ən son həddə qədər baş qaldırmasına şərait yaradıb. Bu vəziyyət işğalçı dövlətdə o qədər dərin kök salıb ki, Ermənistanda hakimiyyət dəyişikliyindən 1 ildən artıq vaxt keçməsinə baxmayaraq, bütün sahələrdə əxlaqsızlığa və zorakılığa əsaslanan bu düzən hələ də mövcudluğunu davam etdirməkdədir.
Ermənistan mətbuatı erməni cəmiyyətinin durumunun acınacaqlı olmasını gizlətmək məqsədilə bu məsələlərin qabardılmasından nisbətən çəkinsə də, son bir ildə Rusiya mediasında, özü də milliyyətcə erməni olan jurnalistlərin yazdığı araşdırma materiallarında işğalçı dövlətdə əxlaqsızlığın, cinsi zorakılığın, uşaqbazlığın baş alıb getdiyinə dair tutarlı faktlar göstərilir. Elə bu günlərdə Rusiyanın “lenta.ru” saytının Ermənistandan hazırladığı araşdırma materialı bu il işğalçı ölkədə ən çox müzakirə olunan problemin dəhşətli tərəflərini ortaya qoyub. Saytın yazdığına görə, bu gün Ermənistanda zorakılıq, uşaqbazlıq və ən yaxın qohumlarla cinsi əlaqəyə məcburedilmə problemləri cəmiyyətdə ən çox müzakirə olunan mövzulara çevrilib.
Sözügedən araşdırma materialında qeyd olunur ki, erməni cəmiyyətinin əxlaqi cəhətdən naqis durumunun müzakirəyə çıxarılması Çexiyadan Ermənistana könüllü olaraq işləməyə gələn 28 yaşlı rəssam Evanın sayəsində başlayıb. Belə ki, adıçəkilən Çexiya vətəndaşının şikayəti əsasında ötən ilin aprel ayında Ermənistanın şimal rayonlarından birinin kişi sakini təcavüz cəhdində şübhəli bilinərək hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Bir il sonra isə Eva bu hadisənin təfərrüatlarını və Ermənistanda keçirdiyi 1 il ərzində başına gələn digər xoşagəlməz xatirələrini sosial şəbəkələr vasitəsilə bölüşüb. Dediyinə görə, o, sistematik təzyiqlərlə üzləşib. Bundan sonra Ermənistanda birmənalı qarşılanmayan bu iddialar cəmiyyətdə, nazirlər, hətta deputatlar səviyyəsində geniş müzakirə olunmağa başlayıb. Bir çoxları onu qəsdən yalan və manipulyasiyada ittiham etməyə başlayıblar və guya Evanın “xarici sifarişçilər”in (?) razı salınması üçün Ermənistanı, həmçinin erməniləri ləkələməyə çalışdığını söyləyiblər.
Çexiyalı rəssamın başına gələn hadisəni geniş şəkildə dərc edən jurnalist və blogger Lusi Koçaryan isə Evanı dəstəkləyib. Bundan sonra bir çox erməni qadın çexiyalı rəssama dəstək olaraq sosial şəbəkələrdə açılan hesab vasitəsilə L.Koçaryana məktublar yazaraq öz başlarına gələnləri danışıblar. Bununla da Ermənistanda təkcə hər hansı əcnəbi qadının deyil, əksər yerli erməni qadınlarının da dəhşətli zorakılığa və əxlaqsız hərəkətlərə məruz qaldıqları ortaya çıxıb.
L.Koçaryana ünvanlanan məktubların sayı-hesabı olmadığını yazan Rusiya saytına görə, ögey qızlarını zorlayan atalar, onlara inanmayan analar, təcavüzə uğradıqları üçün ailəsi tərəfindən zorakılığa məruz qalan qızlar, nəvələrini uşaqbazlara pulla “satan” nənələr haqqında çoxsaylı məktublar daxil olur. Ən maraqlısı da odur ki, L.Koçaryana yalnız qadınlar deyil, kişilər də müraciət edirlər. Sayt isə yazır ki, ümumiyyətlə, ənənəvi cəmiyyətdə kişinin adını gizli saxlasa da, təcavüzə uğradığı barədə şikayət məktubu yazması Ermənistan cəmiyyəti üçün “nonsens”dir.
Zərərçəkənlərdən Lilit adlı qız isə 15 yaşında olanda ad günü qeyd etmək üçün getdiyi tədbirdə iştirakçılardan biri tərəfindən ayaqyolunda təcavüzə məruz qalıb. Həmin şəxsin “boğazını kəsərəm” hədəsi ilə bu barədə heç kimə danışmayıb. Saytın yazdığına görə, xarici ölkələrdən fərqli olaraq, ümumiyyətlə, Ermənistanda müraciət edən qadınlar hələ də bu hadisələri öz adından danışmaqdan çəkinir. Çünki onların əksəriyyəti bu depressiyanın təsiri azalmadan gələcəkdə ailə qurmağı fikirləşərək mənfi reaksiyadan qorxurlar. Amma fakt odur ki, işğalçı Ermənistanda qızların çoxu gənclik illərində qarşısına çıxan hər hansı kişi tərəfindən və çirkin şəkildə təcavüzə məruz qalırlar.
Beləliklə, uzun illər kriminal rejimin qaydaları ilə idarə edilən işğalçı Ermənistanda cəmiyyətin deqradasiyaya uğradığı, əxlaqsızlığın baş alıb getdiyi bir daha öz təsdiqini tapır. Eyni zamanda, bu yaxınlarda Rusiya mediasında Ermənistanda və işğal altında olan Dağlıq Qarabağda fahişəliyin “çiçəkləndiyi” barədə geniş araşdırma yazısında ermənilərin yaşadığı cəmiyyətin əxlaqi cəhətdən son həddə yaxınlaşdığı birmənalı şəkildə vurğulanırdı. Bu faktların cəmi isə Ermənistanda əxlaqsızlığın baş alıb getdiyini göstərir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
14 Yanvar 23:37
Dünya
14 Yanvar 23:12
İdman
14 Yanvar 22:48
Hadisə
14 Yanvar 22:25
Sosial
14 Yanvar 21:52
Dünya
14 Yanvar 21:17
YAP xəbərləri
14 Yanvar 21:04
Dünya
14 Yanvar 20:43
Dünya
14 Yanvar 20:33
Dünya
14 Yanvar 20:18
Dünya
14 Yanvar 19:56
Müsahibə
14 Yanvar 19:30
İqtisadiyyat
14 Yanvar 19:21
YAP xəbərləri
14 Yanvar 18:43
YAP xəbərləri
14 Yanvar 18:22
Siyasət
14 Yanvar 18:11
Xəbər lenti
14 Yanvar 18:05
YAP xəbərləri
14 Yanvar 17:56
YAP xəbərləri
14 Yanvar 17:40
Sosial
14 Yanvar 17:10
Gündəm
14 Yanvar 17:08
YAP xəbərləri
14 Yanvar 17:04
Xəbər lenti
14 Yanvar 17:00
Dünya
14 Yanvar 16:39
İqtisadiyyat
14 Yanvar 15:41
Sosial
14 Yanvar 15:24
YAP xəbərləri
14 Yanvar 14:59
Dünya
14 Yanvar 14:38
Sosial
14 Yanvar 14:21
Dünya
14 Yanvar 13:49
Sosial
14 Yanvar 13:27
Sosial
14 Yanvar 13:03
YAP xəbərləri
14 Yanvar 12:46
YAP xəbərləri
14 Yanvar 12:42
Sosial
14 Yanvar 12:37
Siyasət
14 Yanvar 12:15
İqtisadiyyat
14 Yanvar 12:14
İqtisadiyyat
14 Yanvar 12:13
Hadisə
14 Yanvar 12:13
Siyasət
14 Yanvar 11:59
İqtisadiyyat
14 Yanvar 11:33
Müsahibə
14 Yanvar 11:06
İqtisadiyyat
14 Yanvar 10:57
Sosial
14 Yanvar 10:37
Sosial
14 Yanvar 10:35
Hadisə
14 Yanvar 10:28
Analitik
14 Yanvar 10:12
Analitik
14 Yanvar 09:55
İqtisadiyyat
14 Yanvar 09:30
Analitik
14 Yanvar 09:13
Sosial
14 Yanvar 08:52
Sosial
14 Yanvar 08:36
Dünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Siyasət
13 Yanvar 22:36
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
Siyasət
13 Yanvar 20:01
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
Gündəm
13 Yanvar 19:04
Siyasət
13 Yanvar 19:00
Siyasət
13 Yanvar 18:58
YAP xəbərləri
13 Yanvar 18:49
Siyasət
13 Yanvar 18:47
Gündəm
13 Yanvar 18:38

