Ermənistanda sosial-iqtisadi tənəzzül və ictimai-siyasi gərginlik davam edir
09.02.2019 [10:35]
Nikol Paşinyan ötən müddət ərzində işğalçı ölkənin qarşılaşdığı sosial-iqtisadi və siyasi problemlərin həlli istiqamətində heç bir uğurlu addım ata bilməyib, iqtisadiyyatın inkişafı ilə bağlı hər hansı plan irəli sürməyib
Ermənistanın işğalçı, təcavüzkar siyasət nəticəsində regional və beynəlxalq miqyasda təcrid vəziyyətinə düşməsi bu ölkə daxilində mövcud olan sosial-iqtisadi tənəzzülün daha da dərinləşməsini şərtləndirib. Heç nisbi müstəqilliyə də malik olmayan, total tənəzzülün müşahidə olunduğu Ermənistan ciddi siyasi, iqtisadi və demoqrafik böhranla qarşı-qarşıyadır. Dərin iqtisadi tənəzzül və xaos insanların həyat şəraitini olduqca çətinləşdirdiyi üçün ekspertlər işğalçı ölkənin gələcəyinin qeyri-müəyyən olduğunu bildirirlər. Xüsusi diqqət yetirilən məqam budur ki, Nikol Paşinyan ötən müddət ərzində ölkənin qarşılaşdığı sosial-iqtisadi və siyasi problemlərin həlli istiqamətində heç bir uğurlu addım ata bilməyib, iqtisadiyyatın inkişaf etdirilməsi ilə bağlı hər hansı plan irəli sürməyib.
Bundan başqa, işğalçı ölkədə küçə ixtişaşları nəticəsində hakimiyyəti ələ keçirən Nikol Paşinyan faktiki olaraq Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və digər rayonlarına nəzarət edən kriminal dəstənin fəaliyyətinə göz yumur. Daha dəqiq desək, Ermənistanın maliyyələşməsində narkotrafikdən gələn gəlir mühüm rol oynayır. Transmilli kriminal qruplar Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində fəaliyyətlərini genişləndirirlər. Yeri gəlmişkən, Böyük Britaniyanın məşhur araşdırmaçı-jurnalisti Harold Keyn “NarkoQarabağ” kitabında birbaşa təsdiq edir ki, Dağlıq Qarabağ ərazisi narkotiklərin istehsalı və satışı üçün münbit bir əraziyə çevrilib. Narkoticarət Ermənistanın işğalçı və Dağlıq Qarabağın cinayətkar rejimlərinin havadarlığı ilə həyata keçirilir və bundan böyük məbləğdə qazanc əldə edilir. Ermənistan və Dağlıq Qarabağ cinayətkarları işğal etdikləri Dağlıq Qarabağ və ondan kənardakı 7 rayonun ərazisindəki Azərbaycana məxsus yeraltı və yerüstü sərvətləri talan etməklə məşğuldurlar.
Digər tərəfdən, işğalçı ölkədə iqtisadi tənəzzül siyasi gərginliyin artmasını şərtləndirib. Başqa sözlə, vətəndaşlarla hakimiyyət arasındakı uçurum özünü daha çox ictimai-siyasi gərginlikdə, xüsusilə də etiraz aksiyalarında göstərir. Yəni Ermənistanda ictimai-siyasi vəziyyət gərgin olaraq qalır. İrəvanla yanaşı, işğalçı ölkənin əyalətlərində də aksiyalar səngimir. Belə ki, İrəvanda küçə ticarətçiləri və elm adamları etiraz aksiyası keçirirlər, həmçinin Arşaluys və Divi yaşayış məntəqələrində əhali hökumətdən narazılığını bildirir. Bundan başqa, Armavir əyalətinin Arşaluys kəndində polis əməkdaşları ilə etirazçılar arasında qarşıdurmanın baş verməsi ictimai-siyasi gərginliyin daha bir təzahürüdür.
Bütövlükdə, Ermənistanda sosial-iqtisadi tənəzzül və ictimai-siyasi gərginlik davam edir. Ekspertər qeyd edirlər ki, bütün bu hallar Ermənistanın yeni siyasi kataklizmlərə sürükləndiyini göstərir. İşğalçı siyasətini davam etdirən bu ölkədə qarşıdakı dövrdə siyasi, iqtisadi böhranın dərinləşəcəyinə, xarici siyasətdə silsilə uğursuzluqların artacağına dair yekun qənaət ifadə etmək heç də çətin deyil. Bildirilir ki, bu ölkənin sosial-iqtisadi problemləri aradan qaldırmaq üçün kifayət qədər güc və potensiala malik olmaması nəticəsində yaranan situasiya hakimiyyətlə xalq arasında ciddi qarşıdurmaya zəmin yaradır. Odur ki, ekspertlər işğalçı ölkənin gələcəyinə dair müsbət proqnozlar vermirlər.
NURLAN
Xəbər lenti
Hamısına baxDünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Dünya
22 Aprel 20:58
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13
Xəbər lenti
22 Aprel 19:45
Dünya
22 Aprel 19:31
Dünya
22 Aprel 19:17
Siyasət
22 Aprel 18:53
Hadisə
22 Aprel 18:38
Müsahibə
22 Aprel 18:25
Dünya
22 Aprel 17:41
Gündəm
22 Aprel 17:37
Sosial
22 Aprel 17:32
Sosial
22 Aprel 17:08
Xəbər lenti
22 Aprel 17:08
Siyasət
22 Aprel 17:06
Sosial
22 Aprel 17:04
Sosial
22 Aprel 17:00
İqtisadiyyat
22 Aprel 16:58
Gündəm
22 Aprel 16:28
Siyasət
22 Aprel 15:06
Gündəm
22 Aprel 15:06
Sosial
22 Aprel 14:46
Gündəm
22 Aprel 14:30
Siyasət
22 Aprel 14:21
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:14
Siyasət
22 Aprel 14:14
Gündəm
22 Aprel 13:15
Siyasət
22 Aprel 13:15
Sosial
22 Aprel 13:03
Siyasət
22 Aprel 12:49
Gündəm
22 Aprel 12:25
İqtisadiyyat
22 Aprel 12:20
YAP xəbərləri
22 Aprel 12:12
Gündəm
22 Aprel 11:50
Gündəm
22 Aprel 11:36
İqtisadiyyat
22 Aprel 11:34
Elm
22 Aprel 11:33
Sosial
22 Aprel 11:33
Gündəm
22 Aprel 11:20
İqtisadiyyat
22 Aprel 11:16
Siyasət
22 Aprel 10:58
Gündəm
22 Aprel 10:35
Dünya
22 Aprel 10:16
Siyasət
22 Aprel 10:14
Analitik
22 Aprel 10:12
Siyasət
22 Aprel 10:04
Gündəm
22 Aprel 09:57
Ədəbiyyat
22 Aprel 09:30
Analitik
22 Aprel 09:14
Sosial
22 Aprel 08:56
Sosial
22 Aprel 08:32
YAP xəbərləri
21 Aprel 23:53
Dünya
21 Aprel 23:35
Dünya
21 Aprel 23:11
İqtisadiyyat
21 Aprel 22:58
Dünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19

