Almaniyanın ictimai televiziyası erməni mafiyasını ifşa etdi
25.12.2018 [10:05]
“Mərc mafiyası: Almaniya və mütəşəkkil futbol cinayətkarlığı” adlı sənədli filmdə qeyd edilir ki, mütəşəkkil cinayətkarlığın ən qorxunc və ən təhlükəli qruplaşmalarından hesab olunan erməni mafiyası bütün Avropada, o cümlədən Almaniyada fəaliyyət göstərir
Məlum olduğu kimi, noyabrın əvvəlində Almaniyada erməni mafiyasının fəaliyyəti və yerli hüquq-mühafizə orqanlarının neçə illərdir bu cinayətkar qruplaşmalarla mübarizədə çətinlik çəkdiyi barədə KİV-də yayılan xəbərlər bu ölkədə və ümumilikdə dünyada böyük rezonans doğurmuşdu. Bu dəfə isə Almaniyanın ARD ictimai televiziyasında 19 dekabr 2018-ci il tarixində efirə getmiş “Mərc mafiyası: Almaniya və mütəşəkkil futbol cinayətkarlığı” adlı sənədli filmdə və həmin televiziyanın “sportschau.de” idman xəbərləri saytında dərc olunmuş “Erməni mərc mafiyası Almaniyada da fəaliyyətdədir” başlıqlı məqalədə Almaniyadakı erməni mafiya şəbəkəsinin idman oyunları üçün keçirilən mərclərdə qanunsuz manipulyasiyalar etməklə gəlir əldə etməsindən bəhs olunur.
Həmin materiallarda Almaniyadakı erməni mafiyasının mütəşəkkil cinayətkarlığın ən təhlükəli qruplaşmalarından hesab olunduğu və bu şəbəkənin təkcə Almaniyada deyil, bütün Avropada fəaliyyət göstərdiyi qeyd edilir. ARD televiziyasının erməni mafiyası daxilində məxfiliyi qorunan mənbəyə istinadən təqdim etdiyi məlumata görə, erməni mafiyası müxtəlif idman növlərində yaxşı transmilli əlaqələrə malikdir və idmançılarla əlaqələr hesabına idman oyunlarının mərcində manipulyasiyalar edilir. Belə ki, bu cinayətkar şəbəkə futbol, həndbol, basketbol, voleybol, tennis və digər idman oyunları üçün keçirilən mərclərdə qanunsuz manipulyasiyalar etməklə gəlir əldə edir. Mənbənin ARD-yə təqdim etdiyi siyahıda erməni mafiyasının Almaniyadakı üzvlərinin mərclərdən qazanmaq metodları öz əksini tapıb. Mənbənin verdiyi məlumata görə, mərc sindikatları var və sindikatın mərkəzində “xaç atası” dayanır. Onun göstərişi ilə “fixer” adlandırılan şəxslər idman oyunlarının manipulyasiya edilməsi üçün idmançıları, idman funksionerlərini və hakimləri rüşvətlə ələ alırlar.
Onu da qeyd edək ki, 2008-ci ildə Almaniyada futbol oyunlarında olan manipulyasiyaları araşdırmaq məqsədilə Boxum polisi tərəfindən yaradılmış “Soko Flankengott” adlı əməliyyat qrupunun aparıcı şəxslərindən biri, kriminal polis əməkdaşı Mixael Bahrs erməni cinayətkar qruplaşmalarının Almaniyada dələduzluq yolu ilə gəlir əldə etdiyini təsdiq edib.
ARD-nin məlumatında o da bildirilir ki, Almaniyadakı erməni mafiyası Belçikadakı erməni mafiyası ilə idman mərclərinə dair məlumat mübadiləsi edir. Xatırladaq ki, erməni mafiyasının bu fəaliyyəti ilə əlaqədar cari ilin iyun ayında Brüsseldə keçirilən əməliyyatda Belçika tennisçilərinə məğlub olmaq üçün rüşvət verildiyi faktı ortaya çıxarılıb, 13 şəxs həbs edilib, 6 erməniyə qarşı ittiham irəli sürülüb. Belçikadakı polis əməliyyatından sonra iz itirmək məqsədilə bu əlaqələrə bir müddət son qoyulsa da, bir neçə aydan sonra şəbəkənin fəaliyyəti tam bərpa edilib.
Bu məqamda onu da vurğulamaq yerinə düşər ki, noyabr ayında Avropadakı beynəlxalq qurumlarda lobbiçilik fəaliyyəti aparan şəxslərlə sıx əlaqədə olan erməni mafiyasının mövcudluğuna dair məlumatlar da yayılmışdı. Həmin məlumatlarda da bildirildiyi kimi, böyük maliyyə resurslarına malik olan, Almaniyada və digər Avropa ölkələrində kök atmış erməni mafiyası həmin şəxslərin hesabına Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası və digər qurumlarda siyasətçilərin pul yolu ilə ələ alınması, onların Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərinin təşkil olunması, Avropa ölkələrinin mətbuat orqanlarında Azərbaycana qarşı kampaniyaların aparılmasını həyata keçirir. Yəni erməni mafiyası əslində erməni lobbisidir və kifayət qədər siyasiləşmiş radikal təşkilatdır. Avropanın paytaxtı hesab olunan Brüsseldə erməni mafiyasının “xaç atası” brilyant biznesi ilə məşğul olan Kaspar Karampetyan, İsveçrədə isə məşhur “Frənk Müller” saatlarının istehsalçısı, Azərbaycanın işğal olunmuş ərazilərində təbii sərvətləri talan edən Vartan Sermakesdir. Çox güman ki, Almaniya polisinin ardınca Belçika və İsveçrənin hüquq-mühafizə orqanları da bu şəxslərin fəaliyyətini araşdıracaq.
Onu da qeyd edək ki, ARD televiziyasında efirə gedən sənədli film və həmin televiziyanın saytında gedən məqalədəki məlumatlar 2 noyabr 2018-ci il tarixində “Spiegel online” xəbər saytında dərc edilmiş “Erməni mafiyası Almaniyada necə fəaliyyət göstərir” başlıqlı məqalə və 7 noyabr 2018-ci il tarixində ARD ictimai televiziyalar qrupuna daxil olan MDR televiziya kanalında efirə verilməsi Berlin məhkəməsinin qərarı ilə dayandırılmış “Almaniyada xaç ataları: erməni mafiyası və qanuni oğrular” sənədli filmindən sonra alman mətbuatının erməni mafiyası ilə bağlı araşdırmalarının yeni nəticələridir.
Sonda onu da bildirək ki, araşdırmaların mərkəzində Almaniyanın ictimai televiziyalarının dayanması və yayılan məlumatlarda Almaniyanın hüquq-mühafizə orqanlarından istinadların təqdim edilməsi bu mövzunun ictimailəşdirilməsində Almaniyanın dövlət qurumlarının da maraqlı olduğuna işarə edir. Bu isə onu deməyə əsas verir ki, tezliklə erməni mafiyasının həm Almaniyadakı, həm də ümumilikdə Avropadakı fəaliyyətinə dair yeni faktlar ortaya çıxa bilər.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxSosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06

