Rusiyalı jurnalistdən Nikol Paşinyanın ünvanına ağır sözlər
23.11.2018 [08:48]
Sergey Dorenko: Paşinyan siyasət sahəsində seçim edə bilmədiyi kimi, cinsi azlıqlara münasibətdə də mövqeyini müəyyən edə bilməyib
Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkilərinə artıq sayılı günlər qalıb. Və ötən hər gün baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın qalmaqallı addımları ilə yadda qalır. Onun sonuncu biabırçı addımı isə noyabrın 1-də buraxılan parlamentin üzvlərini noyabrın 22-də zorla parlamentə gətirib 2019-cu ilin büdcəsini qəbul etdirməsi olub. Əslində, söhbət Ermənistandan getdiyi üçün buna təəccüblənməmək olardı. Amma ən maraqlısı odur ki, ermənisayağı bu hadisəni erməni mediası da “absurd” kimi qiymətləndirib.
Lakin N.Paşinyanın biabırçılığı bunlarla yekunlaşmır. Və onunla bağlı daha bir qalmaqla hətta Ermənistanın Rusiyadakı səfirliyi də qarışıb. Belə ki, N.Paşinyanın vaxtilə Fransa səfəri ilə bağlı çıxışı və yürütdüyü siyasət rusiyalı jurnalist, teleaparıcı, “Danışır Moskva” radiostansiyasının baş redaktoru Sergey Dorenko tərəfindən sərt tənqid edilib. Yayılan məlumatlara görə, cinsi azlıqların nümayəndələrinin Ermənistanda forum keçirmək məsələsinə N.Paşinyanın tərəddüdlü münasibətinə toxunan S.Dorenkonun fikirləri Ermənistanda böyük rezonans doğurub. Bəs bu ölkənin Rusiyadakı səfirliyinin də sərt cavab verdiyi müsahibədə S.Dorenko N.Paşinyanla bağlı hansı qalmaqallı ifadəni işlədib?
Qeyd edək ki, rusiyalı jurnalist rəhbəri olduğu radiostansiyanın “Podyom” verilişində aparıcı Anastasiya Onoşkonun suallarını cavablandırıb. Birbaşa efirdə söhbətin mövzusu cinsi azlıqlara gəlincə, Ermənistanda keçirilməsi planlaşdırılan və bəzi mühafizəkarların, o cümlədən II Qareginin qarşı çıxması ilə təxirə salınan cinsi azlıqların LGTB forumuna və N.Paşinyanın buna münasibətinə toxunulub. Daha doğrusu S.Dorenko Fransa səfərindən sonra N.Paşinyanın parlamentdə çıxışını yada salaraq Ermənistanın baş naziri vəzifəsini icra edən bu şəxsin Parisdə qaldığı mehmanxanada ona qəhvə gətirən erməni oğlandan bəhs etməsini xüsusi vurğulayıb. Jurnalist LGTB forumunun keçirilməsinin mümkünlüyü barədə çıxışına görə N.Paşinyanı mühafizəkar ermənilərdən fərqləndirib və onun siyasətçi kimi sonunun yaxınlaşdığını iddia edib: “Düşünürəm ki, bununla Paşinyan siyasət sahəsində intihar edib. O, Parisdə bir mehmanxanada sevdiyi başqa bir erməni oğlanla Ermənistandan Fransaya qaçan oğlan haqqında həsrətlə danışıb”.
S.Dorenkonun sözlərinə görə, N.Paşinyan siyasətçi kimi düzgün mövqe tutmalı və fəaliyyətinə kölgə salmamalıdır. Parlamentdə homoseksual oğlandan və onun gözəl gözlərindən danışan N.Paşinyan haqqında tamam başqa cür düşünməyə başladığını deyən S.Dorenko onun cinsi azlıqları müdafiə etdiyini və siyasətçi kimi danışmadığını söyləyib. “Paşinyan siyasət sahəsində seçim edə bilmədiyi kimi, cinsi azlıqlara münasibətdə də mövqeyini müəyyən edə bilməyib”, - deyən S.Dorenko bundan sonra seçicilərin bu siyasətçi haqqında yaxşı düşünməyəcəklərini bildirərək, Paşinyanı “biseksual-intelligent” adlandırıb.
Ən nəhayət, rusiyalı jurnalist N.Paşinyanı homoseksuallıqda, avropalılara yarınmaqda günahlandıraraq ona Avropaya getməyi məsləhət görüb: “Bu, avropalı görünməyə cəhddir. Lakin açıq demir. Onda açıq şəkildə de: avropalıyam, cinsi azlıqlar da mənim dostumdur. Avropalı ol, amma burada o tərəfə, bu tərəfə rəqs etmə. Əks təqdirdə, düşünürük ki, siz nəsə gizlədirsiniz”.
Onu da xatırladaq ki, bu ayın əvvəlində bütün ermənilərin katolikosu II Qaregin də LGBT forumunu tənqid edərək keçirilməsinə qarşı çıxmışdı. Bundan sonra II Qareginə qarşı növbəti etiraz askiyası keçirilmişdi. Bu isə vaxtaşırı II Qareginə qarşı yeni hakimiyyətin də dəstəklədiyi aksiyaların Ermənistanda yaşayan cinsi azlıq nümayəndələrinin iştirakı ilə baş tutduğuna dəlalət edir. Çünki Qərb dəyərlərinə inteqrasiyanı prioritet tutduğunu deyən N.Paşinyanın, ümumiyyətlə, məhz həmin məsələyə görə II Qareginə təzyiq göstərdiyi iddia edilir.
Bu ölkənin Rusiyadakı səfirliyinin S.Dorenkonun N.Paşinyanla bağlı qalmaqallı ifadələrinə görə verdiyi bəyanata gəlincə, ən maraqlısı odur ki, Ermənistan səfirliyi diplomatik missiyanın hansısa media orqanında səsləndirilən bəyanatlara münasibət bildirməsinin düzgün olmadığını etiraf edib. Bununla yanaşı, səfirlik guya rus jurnalistin canlı yayımda Ermənistanı, erməni xalqını və hakimiyyəti təhqir etdiyini bildirib.
Həqiqət isə odur ki, baş verən xaos mühitindən istifadə edərək hakimiyyətə yiyələnən N.Paşinyan çıxışları, addımları və verdiyi sərsəm bəyanatları ilə siyasətçi olmadığını dəfələrlə sübut edib.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13
Siyasət
22 Aprel 19:56
Xəbər lenti
22 Aprel 19:45
Dünya
22 Aprel 19:31
Dünya
22 Aprel 19:17
Siyasət
22 Aprel 18:53
Hadisə
22 Aprel 18:38
Müsahibə
22 Aprel 18:25
Dünya
22 Aprel 17:41
Gündəm
22 Aprel 17:37
Sosial
22 Aprel 17:32
Sosial
22 Aprel 17:08
Xəbər lenti
22 Aprel 17:08
Siyasət
22 Aprel 17:06
Sosial
22 Aprel 17:04
Sosial
22 Aprel 17:00
İqtisadiyyat
22 Aprel 16:58
Siyasət
22 Aprel 15:06
Gündəm
22 Aprel 15:06
Sosial
22 Aprel 14:46
Gündəm
22 Aprel 14:30
Siyasət
22 Aprel 14:21
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:14
Siyasət
22 Aprel 14:14
Gündəm
22 Aprel 13:15
Siyasət
22 Aprel 13:15
Sosial
22 Aprel 13:03
Siyasət
22 Aprel 12:49
Gündəm
22 Aprel 12:25
İqtisadiyyat
22 Aprel 12:20
YAP xəbərləri
22 Aprel 12:12
Gündəm
22 Aprel 11:50
Gündəm
22 Aprel 11:36
İqtisadiyyat
22 Aprel 11:34

