İşğalçı Ermənistandan Gürcüstana növbəti xəyanət
04.10.2018 [08:34]
Ermənilərin Abxaziya və Cənubi Osetiyada separatçılıq meyillərini dəstəkləməsi Gürcüstanın Cavaxetiya regionuna olan ərazi iddialarının daim aktual olduğunu göstərir
Məlum olduğu kimi, ermənilər tarix boyu özgə millətlərə, xüsusilə də türklərə qarşı ərazi iddiaları ilə çıxış edib və təcavüz hesabına “böyük Ermənistan” arzularını gerçəkləşdirməyə çalışıblar. Onlar bu məqsədlə müxtəlif çirkin metod və vasitələrə baş vurublar. Mənfur qonşularımızın “Hai Tahd ideologiyası”na uyğun olaraq “Böyük Ermənistan” yaratmaq ideyaları, eyni zamanda, böyük güclərin maraqları ilə üst-üstə düşüb. Bunun da nəticəsidir ki, ermənilər ayrı-ayrı dövrlərdə azərbaycanlılara qarşı genişmiqyaslı qanlı aksiyaların altına imza atıb, tarixi Azərbaycan torpaqlarına qarşı təcavüzkar iddialarını daha da gücləndiriblər. Müxtəlif dövrlərdə ermənilər xalqımıza qarşı fərqli-fərqli təhdidlərdən məharətlə istifadə etməyə çalışıblar ki, buraya da təbliğat, qondarma “soyqırımı” iddiaları, torpaq tələbləri, qətllər-qırğınlar və s. daxildir.
Ermənilərin torpaq - ərazi iddiaları təkcə Azərbaycana yox, digər region dövlətlərinə qarşı da yönəlib. Təsadüfi deyil ki, hələ hakimiyyətdə olduğu zaman Ermənistanın eks-prezidenti Serj Sarkisyan demişdi ki, “biz “böyük Ermənistan” yaratmaq yolunda ilkin addımı atdıq - Qarabağı işğal etdik, bundan sonrakı hədəfləri isə gələcək nəsillərə buraxırıq”. Şübhəsiz ki, gələcək nəsillərə buraxılan hədəflər, əslində, regionda Ermənistanla qonşu olan 3 ölkənin ərazilərini ələ keçirməkdir. Bu ölkələrdən biri, uzun illərdir ki, işğala məruz qalan - ərazisinin 20 faizi Ermənistanın işğalı altında olan Azərbaycandır. İkincisi, Ermənistan Gürcüstanın Cavaxetiya bölgəsinə ərazi iddiaları irəli sürür. Üçüncüsü isə, Ermənistan tərəfindən Türkiyənin Ərdahan, Ərzurum, Qars, Diyarbəkir və Van vilayətlərinə ərazi iddiası irəli sürülür.
Ermənistanın işğalçılıq eyforiyası və separatist yanaşması bu gün də tam çılpaqlığı ilə müşahidə edilir. Bu kontekstdə mühüm bir nüansa diqqət yetirmək məqsədəmüvafiqdir. Məlum olduğu kimi, 27 sentyabr tarixində gürcü xalqı müasir tarixinin ən qanlı və kədərli hadisələrindən biri olan Suxuminin işğalının 25 illiyini qeyd etdi. Bəllidir ki, ermənilərin baqration batalyonu Suxumi uğrunda gedən döyüşlərdə gürcülərə qarşı vuruşub və xüsusi qəddarlıqla fərqlənib. Bu reallıq tarixi mənbələrdə aşkar olaraq öz əksini tapıb. Diqqətçəkən məqam budur ki, Suxuminin işğalının 25 illiyi və Abxaziyanın yaradılmasının ildönümü münasibətilə Abxaziya rəhbəri Raul Xacimbaya “Azadlıq günü və Böyük vətən müharibəsində qələbə” adı altında ilk təbrik göndərən şəxs Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin rəhbəri Bako Saakyan olub. Məktubda qeyd edilib ki, 25 illik dövr ərzində abxaz xalqı çətin, amma şücaətli yol keçmişdir. Bildirilib ki, abxaz xalqı dövlət quruculuğunun bütün çətinlikləri ilə üzləşir, öz dövlətlərini gücləndirir.
Sirr deyil ki, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin bütün yazışmaları Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən aparılır. Belə olan halda, Abxaziya rəhbəri Raul Xacimbaya “Azadlıq günü və Böyük vətən müharibəsində qələbə” adı altında ilk təbrik məktubunu göndərən də məhz işğalçı Ermənistanın XİN-idir. Yəni Ermənistan qondarma, separatçı rejimin rəhbəri Bako Saakyanın dili ilə Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə nəinki hörmət etmədiyini, hətta onu pozmağa çalışdığını aşkar şəkildə nümayiş etdirib.
Göründüyü kimi, ermənilər Abxaziya və Cənubi Osetiyada separatçılıq meyillərini dəstəkləyirlər. Bu, qeyd etdiyimiz kimi, “böyük Ermənistan” xülyasının tərkib hissəsidir. Bütövlükdə isə sadalananlar ermənilərin Gürcüstanın Cavaxetiya regionuna olan ərazi iddialarının daim aktul olmasının göstəricisidir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxSosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17

