Rusiya Ermənistanla hərbi sazişlərdən imtina edəcəkmi?
04.08.2018 [08:34]
İrəvana qarşı Moskvadan sərt reaksiyalar daha da artıb
NATO-nun Brüssel sammitindən sonra başlayan Rusiya mətbuatının Nikol Paşinyana qarşı sərt tənqidləri bu günlərdə bir qədər səngisə də, baş verən son hadisələr işğalçı Ermənistanın yeni rəhbərliyinin yavaş-yavaş Rusiyadan üz döndərdiyi barədə şərhlərin ortaya çıxmasına səbəb olub. KTMT baş katibinin həbsinə cəhddən sonra Rusiyanın əksər aparıcı, o cümlədən hərbi dairələrə yaxın media orqanları Ermənistanın hərbi blokdan uzaqlaşdığını qabardaraq buna qarşı adekvat təbirlər görülməsi üçün həyəcan təbili çalır.
Belə ki, “Hərbi icmal” jurnalının saytında yer alan Viktor Kuzovkovun “Ermənistan NATO-ya doğru sürüklənir?” sərlövhəli yazısında qeyd olunur ki, son həbslərə Xarici İşlər Nazirliyi səviyyəsində Rusiyanın kəskin reaksiya bildirməsi Ermənistan hökuməti ilə münasibətlərin olduqca gərgin olmasından xəbər verir: “Amma məsələ, yəqin ki, şifahi xəbərdarlıqlarla məhdudlaşmayacaq, əməli addımlar atılacaq”. Prezident Administrasiyasına yaxın mənbələr iddia edirlər ki, İrəvanda baş verən son hadisələr, xüsusilə Ermənistanın KTMT-nin nüfuzuna zərbə vurması Kremldə çox qəzəblə qarşılanıb: “Buna görə də Rusiyanın silah almaq üçün Ermənistana 100 milyon dollar kredit verməsi məsələsi sual altındadır”. Yazıda Rusiyanın Ermənistana güzəştləri də qabardılır. Belə ki, Ermənistanın bu kreditlərlə rus silahlarını “daxili bazar” qiymətlərinə almasını xatırladan müəllif yazır ki, münasibətlərin bu məcrada davam etməsi halında Ermənistanın sabiq rəhbərliyinin Rusiyadan “İskəndər” komplekslərini və bir neçə “Su-30SM” qırıcı döyüş təyyarələrini almaq planları da şübhə altına alına bilər.
Ən maraqlısı odur ki, bu qədər həngamədən sonra Ermənistan KTMT baş katibinin vəzifəsini saxlamağı da planlaşdırır. Belə ki, Ermənistan baş nazirinin mətbuat katibi Arman Yeqoyanın sözlərinə görə, kvota 2020-ci ilədək Ermənistana məxsusdur və Xaçaturovun istintaq işi ilə bağlı məsələ Ermənistanın daxili işidir. Ermənistanın müdafiə naziri David Tonoyan da “aysor.am” saytına açıqlamasında bildirib ki, KTMT-nin baş katibi postuna yeni namizəd məsələsi müzakirə olunmayıb, ancaq 2020-ci ilədək Ermənistanın təşkilata rəhbərliyi davam etdirməli, Ermənistanın nümayəndəsi baş katib olmalıdır.
Rusiya XİN-dəki mənbələrin məlumatına görə, son hadisələrdən sonra KTMT-yə üzv ölkələrin növbəti il üçün Ermənistanın namizədliyini təsdiq etməsi çətin məsələdir və çox güman ki, baş katib postuna Belarusun nümayəndəsi seçiləcək: “Ehtimal ki, bu addım Paşinyan və onun hökumətinə ciddi bir siyasi zərbə olacaq”. V.Kuzovkov yazır ki, A.Xaçaturovun həbsi ilə bağlı qalmaqaldan başqa, erməni rəhbərliyinin bəzi digər qərarları da iki ölkə arasındakı münasibətlərə kölgə salır. Onun sözlərinə görə, xüsusilə NATO-nun Cənibi Qafqazda keçirdiyi “Noble Partner 2018” təlimlərində Ermənistanın ilk dəfə iştirak etmək qərarına gəlməsi bu qəbildəndir.
“Kommersant” qəzeti isə Xaçaturovun həbs edilməsi və hərbi alyansı ləkələmək cəhdinin regiondankənar oyunçular tərəfindən ortaya atıldığını yazır. Mümkün kadr dəyişiklikləri məsələsinin cari ilin 8 noyabrından tez baş tutmayacağını yazan “Kommersant” qəzeti Rusiya Federasiyasının dövlət strukturlarında olan mənbələrdən aldığı məlumat əsasında yazır: “Mövcud vəziyyətdə avtomatik olaraq Ermənistandan olan yeni namizədin təsdiq edilməsi mümkün olmayacaq”. Moskva ilə İrəvan arasındakı münasibətlərin rus silahlarının Ermənistana əvvəlcədən razılaşdırılmış şəkildə çatdırılmasına da mənfi təsir göstərə biləcəyini yazan qəzet müdafiə sənayesinin iki şirkətinin nümayəndəsinə istinadən müqavilələrin ikinci paketinin həyata keçirilməsinin sual altında olduğunu iddia edir. Baxmayaraq ki, Ermənistanın müdafiə naziri D.Tonoyan jurnalistlərə açıqlamasında bildirib ki, Rusiyanın kreditlə 100 milyon dollarlıq silah satması ilə bağlı heç bir problem yoxdur.
Bu arada Rusiyanın Ermənistanla hərbi müqavilələrdən ciddi şəkildə imtina etmək barədə ehtimal olunan qərarını adekvat hesab etməyən hərbi ekspert Aleksandr Xramçixin “Vzqlyad” qəzetinə açıqlamasında Rusiyanın silah satışını dayandırması halında Ermənistanın yeni tədarükçülər axtarmağa başlayacağını istisna etmir. Onun sözlərinə görə, bu durumda belə Ermənistan üçün əlavə problem yaranacaq, çünki yeni silahları ənənəvi silah və texnikaya uyğunlaşdırmaq çətin olacaq.
Sonda onu qeyd edək ki, Rusiya ilə Ermənistan arasında hərbi əlaqələrin ciddi müzakirə obyekti olduğu, xüsusilə 100 milyon dollarlıq kreditlə silah satışının dayandırılma ehtimalından bəhs edən yazılar Ermənistan tərəfindən böyük təşvişlə qarşılanıb. Yeni hökumətin nəzarətində olan erməni mediası cidd-cəhdlə bu ehtimalları təkzib etməyə çalışsa da, Rusiyanın kifayət qədər ciddi xəbər agentlikləri və saytlarının məsələni gündəmə gətirməsi işğalçı dövlətin ordusunun silah və texnika ilə təchizatının təhlükə altında olduğunu deməyə əsas verir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxSosial
14 Yanvar 17:10
Gündəm
14 Yanvar 17:08
YAP xəbərləri
14 Yanvar 17:04
Dünya
14 Yanvar 16:39
İqtisadiyyat
14 Yanvar 15:41
Sosial
14 Yanvar 15:24
YAP xəbərləri
14 Yanvar 14:59
Dünya
14 Yanvar 14:38
Sosial
14 Yanvar 14:21
Dünya
14 Yanvar 13:49
Sosial
14 Yanvar 13:27
Sosial
14 Yanvar 13:03
YAP xəbərləri
14 Yanvar 12:46
YAP xəbərləri
14 Yanvar 12:42
Sosial
14 Yanvar 12:37
Siyasət
14 Yanvar 12:15
İqtisadiyyat
14 Yanvar 12:14
İqtisadiyyat
14 Yanvar 12:13
Hadisə
14 Yanvar 12:13
Siyasət
14 Yanvar 11:59
İqtisadiyyat
14 Yanvar 11:33
Müsahibə
14 Yanvar 11:06
İqtisadiyyat
14 Yanvar 10:57
Sosial
14 Yanvar 10:37
Sosial
14 Yanvar 10:35
Hadisə
14 Yanvar 10:28
Analitik
14 Yanvar 10:12
Analitik
14 Yanvar 09:55
İqtisadiyyat
14 Yanvar 09:30
Analitik
14 Yanvar 09:13
Sosial
14 Yanvar 08:52
Sosial
14 Yanvar 08:36
Dünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Siyasət
13 Yanvar 22:36
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
Siyasət
13 Yanvar 20:01
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
Gündəm
13 Yanvar 19:04
Siyasət
13 Yanvar 19:00
Siyasət
13 Yanvar 18:58
YAP xəbərləri
13 Yanvar 18:49
Siyasət
13 Yanvar 18:47
Gündəm
13 Yanvar 18:38
Siyasət
13 Yanvar 18:37
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56
Gündəm
13 Yanvar 16:49
Gündəm
13 Yanvar 16:37
YAP xəbərləri
13 Yanvar 16:34
Hadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:46
Gündəm
13 Yanvar 15:34
Dünya
13 Yanvar 15:26
Dünya
13 Yanvar 15:26
İdman
13 Yanvar 15:22
Xəbər lenti
13 Yanvar 15:22
YAP xəbərləri
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:41
Gündəm
13 Yanvar 14:37

