Ermənistan iqtisadiyyatı çökür
31.12.2016 [11:10]
Serj Sarkisyan çıxış yolunu dövlət müəssisələrini hərraca çıxarmaqda görür
İqtisadiyyatı çökmüş, əhalisinin böyük əksəriyyəti aclıq və səfalət içində yaşayan Ermənistanda vəziyyət gündən-günə daha da pisləşir. Hakimiyyəti zəbt etmiş Serj Sarkisyanın ölkədə kriminal üsul-idarə tətbiq etməsi, korrupsiya və rüşvətxorluğun baş alıb getməsi, işğalçı ölkənin xarici borclarının təqribən 6 milyard ABŞ dollarına çatması, insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması, gizli iqtisadiyyatın xüsusi çəkisinin ilbəil artması özünü sadə ermənilərin güzəranında büruzə verməkdədir. Odur ki, ölkənin ziyalı təbəqəsi, eləcə də az-çox savadı və bacarığı olan ermənilər ailələrini dolandırmaq üçün həmişəlik olaraq Rusiyaya və başqa ölkələrə köç edirlər. Hazırda Ermənistanda yalnız dövlət müəssisələrində çalışanlar, bir də ölkədən həmişəlik köç etməyə maddi imkanı olmayan şəxslər qalmaqdadır. Milli Statistika Xidmətinin Ermənistanın iqtisadi durumuna dair açıqladığı son məlumatlar artıq onları da təşvişə salmaqdadır.
Belə ki, 1 dekabr 2016-cı il tarixinə olan rəsmi məlumata əsasən, ötən 11 ayda Ermənistanda iqtisadi aktivlik cəmi 0,6 faiz təşkil edib. “Lragir.am” saytı yazır ki, bu barədə Ermənistanın Milli Statistika Xidmətinin rəsmi açıqlamasında qeyd olunur. Məlumatda bildirilir ki, oktyabr ayı ilə müqayisədə, noyabr ayında bu göstərici 5 faiz aşağı enib.
Bundan əlavə, yanvar-noyabr aylarında kənd təsərrüfatı məhsullarının istehsalı 6,1 faiz, tikinti sektorunun həcmi 10,9 faiz, elektrik enerjisi istehsalı 6,4 faiz aşağı enib.
Məlumatda qeyd olunur ki, hökumətin cari ildə iqtisadi inkişafın yüksələcəyinə dair verdiyi proqnozların əksinə olaraq, iyul ayından etibarən, ölkədə iqtisadi aktivlik aşağı enməyə başlayıb.
Milli Statistika Xidmətinin açıqlamasında daha sonra qeyd olunur ki, hazırda ölkədə yaranmış iqtisadi durum onu deməyə əsas verir ki, Ermənistan 2016-cı ili sıfır faizlik iqtisadi artımla başa vuracaq. Halbuki dövlət büdcəsində bu göstərici 2,2 faiz nəzərdə tutulmuşdu.
Saytın yazdığına görə, açıqlanan rəsmi məlumatlar heç də həqiqəti əks etdirmir. Ekspertlərin fikrincə, cari il Ermənistan iqtisadiyyatı üçün mənfi saldo ilə başa çatacaq. Çünki ölkədə istehsal müəssisələri ard-arda qapanmaqdadırlar. Bundan əlavə, rus rublunun dəyərdən düşməsi Ermənistan iqtisadiyyatına da ciddi zərbələr vurub. Digər tərəfdən xarici investorların da Ermənistandan üz döndərməsi vəziyyəti daha da gərginləşdirib. İşğalçı ölkə demək olar ki, xaricdən aldığı kredit borclarının ümidinə buraxılıb. Yerli analitiklərin fikrincə, Serj Sarkisyanın hakimiyyəti dövründə ölkə iqtisadiyyatı elə bir kritik vəziyyətə gətirilib ki, onu xilas etmək heç mümkün deyil və həyata keçiriləcək iqtisadi islahatlar belə bunun qarşısında yetərsiz qalacaq.
Görünür, elə bu səbəbdəndir ki, Serj Sarkisyan gözdən pərdə asmaq, parlament seçkiləri öncəsi özünə rəğbət qazanmaq üçün yeni “islahatlar paketi”ni dövriyyəyə buraxmaqdadır.
“Lragir.am” saytı yazır ki, Ermənistanın baş naziri Karen Karapetyan hökumətin iclasında nazirlik və baş idarələrin rəhbərlərinə dövlətin iştirak payı olan kommersiya müəssisələrinin siyahısının hazırlanmasını tapşırıb. Bunda məqsəd isə həmin müəssisələrdəki dövlət payının yaxın vaxtlarda hərraclara çıxarılmasıdır. “Bu qərar həmin müəssisələrə xarici investisiyaların cəlb edilməsi üçün stimul rolu oynayacaqdır. Eyni zamanda ölkədə istehsalın canlanmasına, yeni iş yerlərinin yaradılmasına səbəb ola bilər”, - deyə Karapetyan vurğulayıb.
Məlumatda qeyd olunur ki, baş nazir bu məqsədlə hökumət üzvlərinə üç həftə vaxt verib.
Yerli analitiklər isə belə hesab edirlər ki, Serj Sarkisyan hakimiyyətinin mahiyyəti kriminal, korrupsioner rejim üzərində qurulduğundan, ölkədə aparılacaq hər hansı islahatlar ölkə iqtisadiyyatını dirçəltmək gücündə deyil.
Müxalifətdən olan deputat Nikol Paşinyan “Lragir.am” saytına müsahibəsində Sarkisyan hakimiyyətini ciddi tənqid edərək, onların ölkəni sürükləmiş olduqları bataqlıqdan çıxarmaqda aciz olduqlarını vurğulayıb. “Son 10-12 ildə Ermənistanda 5-6 Nazirlər Kabineti dəyişib. Amma ölkənin iqtisadi modeli heç dəyişməyib. Hakimiyyətin iqtisadi modelinin əsasını ölkənin sərvətlərini xam məhsul halında ixrac etmək, vətəndaşları daimi işlə təmin etmək əvəzinə onları günəmuzd qazanc dalınca digər ölkələrə göndərmək təşkil edir. Onlar belə ümid edirlər ki, bu iki faktor hesabına ölkəyə gələcək pulları təkrar dövriyyəyə buraxmaqla dövləti yaşatmaq mümkün olacaq - əksinə, bu siyasət Ermənistanı daha da məhvə aparır”, - deyə Nikol Paşinyan vurğulayıb. Deputat daha sonra qeyd edib ki, nə qədər ki, ölkənin mövcud iqtisadi modeli dəyişməyəcək, Ermənistan daim “xarici şoklar”ın təsirindən asılı vəziyyətdə olacaq.
Ermənistanda yaranmış durumu şərh edən yerli ekspertlərin sözlərinə görə, son iki ildə Serj Sarkisyanın başı öz hakimiyyətinin ömrünü uzatmaq məsələlərinə qarışması səbəbindən ölkə iqtisadiyyatı sürətlə tənəzzülə doğru istiqamət götürüb. Başqa sözlə, Serj Sarkisyanın sərgilədiyi iqtisadi siyasət Ermənistanı artıq borc bataqlığına sürükləyib. Odur ki, yeganə yol ölkədə hakimiyyət dəyişikliyidir. Maraqlıdır, gələn ilin aprelində keçiriləcək parlament seçkilərində Ermənistan vətəndaşları, eləcə də müxalifət partiyaları bu mühüm vəzifənin öhdəsindən gələ biləcəklərmi? Bunu zaman göstərəcək...
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
14 Yanvar 18:43
YAP xəbərləri
14 Yanvar 18:22
Siyasət
14 Yanvar 18:11
Xəbər lenti
14 Yanvar 18:05
YAP xəbərləri
14 Yanvar 17:56
YAP xəbərləri
14 Yanvar 17:40
Sosial
14 Yanvar 17:10
Gündəm
14 Yanvar 17:08
YAP xəbərləri
14 Yanvar 17:04
Xəbər lenti
14 Yanvar 17:00
Dünya
14 Yanvar 16:39
İqtisadiyyat
14 Yanvar 15:41
Sosial
14 Yanvar 15:24
YAP xəbərləri
14 Yanvar 14:59
Dünya
14 Yanvar 14:38
Sosial
14 Yanvar 14:21
Dünya
14 Yanvar 13:49
Sosial
14 Yanvar 13:27
Sosial
14 Yanvar 13:03
YAP xəbərləri
14 Yanvar 12:46
YAP xəbərləri
14 Yanvar 12:42
Sosial
14 Yanvar 12:37
Siyasət
14 Yanvar 12:15
İqtisadiyyat
14 Yanvar 12:14
İqtisadiyyat
14 Yanvar 12:13
Hadisə
14 Yanvar 12:13
Siyasət
14 Yanvar 11:59
İqtisadiyyat
14 Yanvar 11:33
Müsahibə
14 Yanvar 11:06
İqtisadiyyat
14 Yanvar 10:57
Sosial
14 Yanvar 10:37
Sosial
14 Yanvar 10:35
Hadisə
14 Yanvar 10:28
Analitik
14 Yanvar 10:12
Analitik
14 Yanvar 09:55
İqtisadiyyat
14 Yanvar 09:30
Analitik
14 Yanvar 09:13
Sosial
14 Yanvar 08:52
Sosial
14 Yanvar 08:36
Dünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Siyasət
13 Yanvar 22:36
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
Siyasət
13 Yanvar 20:01
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
Gündəm
13 Yanvar 19:04
Siyasət
13 Yanvar 19:00
Siyasət
13 Yanvar 18:58
YAP xəbərləri
13 Yanvar 18:49
Siyasət
13 Yanvar 18:47
Gündəm
13 Yanvar 18:38
Siyasət
13 Yanvar 18:37
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56
Gündəm
13 Yanvar 16:49
Gündəm
13 Yanvar 16:37
YAP xəbərləri
13 Yanvar 16:34
Hadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:46
Gündəm
13 Yanvar 15:34

